Şəki polisindən nazir Vilayət Eyvazova qarşı təxribat?-Fotolar
Yenixeber.org: Rayonun Çələbi xan qəsəbəsində iyulun 24-də baş vermiş ağır cinayət hadisəsi Şəki Polisinin fəaliyyətsizliyini tam sübuta yetirdi
Məlum olduğu kimi uzun müddətli səmərəli və uğurlu fəaliyyətindən sonra nazir Ramil Usubov artıq neçə müddətdir Prezident Aparatında çox mühüm bir vəzifəyə təyinat alıb. Nazir işlədiyi dövrdə polisin adını və nüfuzunu demək olar ki, yüksəklərə qaldırıb və xalq arasında polisə hörmət qazandırıb. Təbii ki, bütün bu işlərdə birinci müavin kimi general Vilayət Eyvazovun da yaxından köməyi olub. V.Eyvazovun bacarıqlı polis işçisi olması və işinə peşəkarcasına yanaşması, onun nazir təyinatında mühüm rol oynayıb. Ona görə də R.Usubovdan sonra prezident cənab İlham Əliyevin V.Eyvazovun Daxili İşlər Naziri təyin olunması təyinatı hamı tərəfindən məmnunluqla qarşılandı. Birmənalı olaraq demək olar ki, V.Eyvazov polis sistemində başlanan islahatları uğurla davam etdirəcək. Söhbət etdiyim polis məmurlarının hamısı yekdilliklə bildirirlər ki, V.Eyvazov kənardan gələn kadr deyil, hamını yaxşı tanıyır, işinin ustasıdır və onunla işləmək hər bir polis işçisinə xoşdur.
Amma... təəssüf ki, bu əmma olmayaydı. Yəni hadisələrin gedişatı göstərir ki, V.Eyvazovun nazir postuna təyin olunması Şəki Polis Şöbəsinin rəhbərliyini və işçilərini razı salmayıb. Bəlkə də Şəki polisinin nazir postuna öz namizədi varmış. Bu baş vermədiyindən nazir V.Eyvazova qarşı təxribat yolunu seçiblər. İndidə gəlin Şəki polisinin nazirə qarşı təxribat yaratmasının və polisin xalq arasında nüfuzuna zərbə vurmasının detallarını aydınlaşdıraq.
Bildiyimiz kimi, polisin funksiyalarından biri də, baş verən cinayət hadisəsinə dərhal reaksiya verməsi və hadisənin mərkəzində olmasıdır. Bundan sonra isə cinayət hadisəsi polis tərəfindən bütün incəliklərinə qədər araşdırılır, günahkarlar müəyyən edilir və iş son nəticədə məhkəməyə göndərilir. Bəs Şəki polisi niyə öz funksiyasına əməl etmir? Niyə polisin nüfuzuna ziyan gətirirlər? Aşağıda təqdim etdiyimiz hadisə göstərir ki, Şəki polisinə veriləcək suallar hələ çoxdur.
Deməli, Şəki rayonunun Çələbi xan qəsəbəsində qaçqın və məcburi köçkünlər üçün salınmış şəhərcikdə, 24 iyul 2019-cü il tarixdə baş vermiş cinayət hadisəsi sakinlər arasında, sözün əsl mənasında böyük bir ajortaj yaradıb. Laçın rayon sakinləri 1982-ci il təvəllüdlü Abdullayev Əbdül Nurqələm oğlu, 1989-cu il təvəllüdlü Əbdülov Xəqani Nurqələm oğlu, 1960-cı il təvəllüdlü Əbdülova Solmaz Şöhrət qızı, 1993-cü il təvəllüdlü Əbdülova Aygün Şükür qızı, iyulun 24-ü 2019-cu ildə, onları yurdundan didərgin salan ermənilərin əvəzinə Kəlbəcər köçkünü, şəhid ailəsi Salmanova Zümrüd Umid qızını və oğlu Salmanov İlqar Rafiq oğlunu ölümünə döyüblər. Məişət zəmnində baş verən münaqişə zamanı ana və bala öz evinin qarşısında yuxarıda adı çəkilən Laçın rayon sakinləri tərəfindən ağac parçaları ilə dəhşətli dərəcədə döyülüblər. İlqar Salmanov bu vəhşicəsinə döyülməyin nəticəsində hazırda Şəki Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsindədir. Vəziyyəti orta ağır qiymətləndirilir. Şəhid ailəsi Zümrüd Salmanova isə həmin “qəhrəman” laçınlılar tərəfindən öldürmək məqsədilə, həm döyülüb, həm də boğulmağa məruz qalıb. Əllərindən güclə qurtaran Z.Salmanova hələ də özünə gələ bilmir. İ.Salmanovun aldığı ağır xəsarətlərin isə sağalması, hələ uzun müddət çəkəcək. Lakin bu zədələrdən hansı fəsadlar qalacaq, o hələ məlum deyil. Verilən şəkillərə diqqətlə baxın. Bu qədər ağır xəsarət alan, qan içində olan zərərçəkən hələ də Şəki Polisinin diqqətindən kənardadır, cinayəti törədənlər isə hələ də sərbəst gəzirlər.
Hadisəni törədənlərin kimliyi də olduqca maraqlıdır. Əbdül Abdullayev Çələbi xan qəsəbə məktəbində texniki işçidir. Hər halda təhsil işçisinin belə hadisəyə yol verməsi heç də yaxşı hal deyil. Xəqani Əbdülov Şəki rayonunda Azəriqazın işçisidir. Maraqlıdır ki, Fərari sayılan X.Əbdülov dövlət işində necə işləyir? Aygün Əbdülovanın isə vərəm xəstəsi diaqnozu ilə Çələbi xan qəsəbəsindəki uşaq baxçasında tərbiyəçi işləməsi, sözün əsl mənasında sensasiyadır. Bütün bunları qoyaq bir kənara. Artıq məsələ məlumdur. Cinayət hadisəsi baş verib və ağır yara alanlar var. Belə vəziyyətdə qaçqın şəhərciyinin sakinləri tezliklə günahkarların cəzalandırılmasını, ölkədə qanunçuluğun mövcud olduğunu gözlədikləri halda, Şəki polisinin fəaliyyətsizliyi bütün gözləntiləri alt-üst edib. Şəki Rayon Polis Şöbəsinin istintaqı aparan polisi, mayor Mübariz Əhmədov, sözün əsl mənasında fəaliyyətsizlik yolunu seçib. Bu isə qəsəbə sakinləri arasında, birmənalı qarşılanmayıb. Axı hamı yaxşı bilir ki, cinayət varsa, cəza da olmalıdır. Aradan keçən bu müddət ərzində mayor M.Əhmədov yalnız döyülənlərin ifadəsini almaqla işini bitmiş hesab edib. Bəs döyənlər? O qədər insanların gözü qarşısında qanunçuluğa arxa çevirərək cinayət törədənlər niyə bu gün tam sərbəst gəzirlər? Sanki heç nə olmamış kimi qəsəbə sakinlərinin gözü qarşısında rahatca öz işləri ilə məşğuldurlar və elə bil belə bir cinayəti törətməyiblər. Belə çıxır ki, bu qəsəbədə dövlətin heç bir qanunu işləmir, asayiş qorunmur. Deməli, kim kimi istəsə, basıb döyə bilər, ağır bədən xəsarələri yetirər, ona görə isə heç kəs ona güldən ağır söz deyə bilməz. Bu fikri Şəki Rayon Polis Şöbəsinin müəyyən əməkdaşları yaradıblar. Görünür onların məqsədi polisin nüfuzuna zərbə vurmaq, nazir kimi cənab Vilayət Eyvazovu imicinə kölgə salaraq , ona qarşı təxribat törətməkdir.
Ancaq bu oyun alınmayacaq. Maraqlıdır ki, neçə gündür reanimasiyada yatan İlqar Salmanovdan polislər heç bir izahat almayıblar, tibbi ekspertizya keçirilməyib. Yəqin gözləyirlər ki, xəstə sağalsın, problem də beləcə həllini tapsın. Təbii ki, cidanı çuvalda gizlətmək mümkün deyil. Bəlkə də Şəki polisi bunu istəyərdi ki, cinayətin səsi yuxarılara gedib çıxmasın. Amma indiki texnologiya əsrində bu mümkün deyil. İnanırıq ki, onun cinayətlərin açılması barədə verdiyi göstərişlərinin əleyhinə getdikləri üçün nazir cənab V.Eyvazov bu hadisəni nəzarətə götürəcək və indiyə qədər fəaliyyətsizlik göstərərək, cinayətin açılması, günahkarların cəzalandırılması üçün heç bir addım atmayan, istintaqı aparan mayor Mübariz Əhmədov, həmçinin Şəki Polis Şöbəsinin rəhbərliyi barədə ciddi tədbirlər görəcək.(tezadlar)
Hazırladı: Elçin MƏMMƏDLİ