Redaktor seçimi
Aygün Əliyevaya "DUR" deyən olacaqmı?! -
Azərbaycanda Ramiz Mehdiyevə məxsus erməni şəbəkəsi üzə çıxdı - “Əhmədli Rentekar” kimə məxsusdur?! /
Daha bir amansız qətlin izi ilə...-
Sahib Məmmədovun "islahatları" AHİK-nı borca salıb -
Jurnalistika problemi və ya məsələ təkcə qəzetlər deyil -
Vüqar Gülməmmədovun qayınatasının qoçu şirkəti: Olympus Park-a gözün üstdə qaşın var deyən tapılacaqmı? -
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Günün xəbəri

“Qaçqınkom”un mənzil alverinə bir son qoyulsa… –Məcburi köçkünlər üçün tikilmiş evlərin bölgüsündən kimlər razı, kimlər narazıdır?

 

Nəinki mənzillər, hətta infrastruktur obyektlərdəki iş yerləri də köçkünlərə rüşvətlə verilir.

Yenixeber.org: Beyləqan rayonunun ərazisində (Xocavənd qəsəbəsinin yaxınlığında) rayonda məskunlaşmış Ağdam, Füzuli, Xocavənddən olan məcburi köçkünlər üçün 146 ailəlik çoxmənzilli binanın ayın 25-də açılışı gözlənilir. Sadiq oxucularımız xatırlayarlar, bu lin aprel ayında bu evin hələ inşasının davam etdiyi vaxt RealMedia.az-ın redaksiyasına daxil olan məlumatlar əsasında yazmışdıq ki, artıq mənzillərin sahibləri bəllidir və adları siyahıya yerləşdirilənlərin arasında mənzilə həqiqətən ciddi ehtiyac duyanlardan, kirayədə acınacaqlı həyat tərzi keçirənlərdən daha çox imkanlılar, özlərinə Beyləqanda fərdi ev tikənlər, həyətyanı sahəyə yiyələnənlər, hətta Bakıda ev-eşik quranlar üstünlük təşkil edir. Həmin məlumatlarda bildirilirdi ki, elələri rəsmən açıqlanmayan müəyyən tələbləri yerinə yetirmək imkanına malik olduqları üçün qabağa düşə biliblər.

Bu cür ayrı-seçkilik siyasəti barədə cəmiyyətə sızan məlumatlar haqlı narazılıqlara, şikayətlərə səbəb olur. Evsizlikdən daha çox əziyyət çəkən və maddi durumları ağır olan şikayətçilər redaksiyamıza müraciət edərək bildirmişdilər ki, dəfələrlə “Qaçqınkom”a, Komitənin sədrinə, əhalisi Beyləqanda məskunlaşan məcburi köçkün rayonların rəhbərliklərinə, Komitənin Beyləqan rayonu üzrə nümayəndəsinə müraciət etsələr də, şikayətlərinə baxılmır.

“Xocavənd qəsəbəsində məcburi köçkünlər üçün tikilən evlər indidən “pay-püşk” edilib” sərlövhəli həmin yazı işıq üzü görəndən sonra əldə etdiyimiz məlumata görə, Dövlət Komitəsinin sədri Rövşən Rzayev bəzi şikayətçiləri qəbul edib, onları inandırıb ki, qaçqın və məcburi köçkünlərə fərdi ev və mənzillərin verilməsində ədalət prinsipi gözlənilir, növbəlilik pozulmur.

Artıq indi – binanın təhvil verilməsinə sayılı günlər qaldığı vaxt mənzillərin sahiblərinin siyahısı cəmiyyətə sızıb. Belə ki, rüşvət verib mənzil alanlar bu barədə “Allah-bəndə” söhbətlərində açıq danışırlar. Həmin siyahının bir nüsxəsi də bizim əlimizdədir. Etibarlı mənbədən verilən məlumata görə, belə səhih siyahının əllərdə dolaşması əvvəlki məqalədə yer alan korrupsiya ittihamlarının təsdiqidir. Biz həmin siyahını indidən açıqlamaq istəmirik. Çünki, komitənin bu məsələ ilə möhtəkirlik edən alverçi mənsubları həmin siyahıda cüzi dəyişiklik etməklə, ittihamın altından çıxa bilərlər.

Ancaq maraq və bir az da acı gülüş doğuran bir məsələ də qəsəbənin infrastrukturunda çalışacaq işçilərin, hətta sosial obyektlərdə, məktəbdə xadimə, gözətçi işləyəcək adamların da yerlərinin satılması iddiasıdır. Son vaxtlar işə düzəlmək üçün müraciət edənlərə “siyahı dolub deyirlər.

Əlbəttə ki, biz həqiqətə çox, həm də çox uyğun gələn bu ittihamların Rövşən Rzayevə yönəlməsində maraqlı deyilik. Böyük ehtimalla sədrin özünü də aldadır, ona yalan məlumat verirlər. Amma ya vəlvələdən, ya zəlzələdən, kimin günahı olursa olsun, belə vəziyyətdə xalqımızın “balıq başdan iylənər” məsəli yada düşür.

Qarşı tərəfin mövqeyini dinləməyə və dərc etməyə hazırıq.(realmedia)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam