Redaktor seçimi
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Günün xəbəri

Ağ Göl Milli Parkında naməlum obyektlər:Malikanə, tennis kortu, helikopter meydançası (FOTO)

Ölkəmizin təbiəti haqqında maraqlı informasiyalar paylaşan “Ecofront” səhifəsi bu dəfə milli parklardakı naməlum obyektlər barədə məlumat yayıb.

Yenixeber.org: “Ecofront” səhifəsinin araşdırmaları zamanı məlum olub ki, dövlət tərəfindən xüsusi mühafizə olunan milli parklarda naməlum tikililər var:

“Sizə Ağ Göl Milli Parkından yola çıxaraq milli parklardakı naməlum obyektlər haqqında danışmaq istəyirik. Söhbət uçaq naməlum obyektlərdən yox, təyinatı bəlli olmayan, ETSN tərəfindən təbliğ edilməyən, mövcudluğu və təyinatı haqqında məlumat verilməyən ilk baxışdan malikənəyə oxşayan tikililərdən gedir.

Son günlər, Ağ Göl Milli Parkının niyə digər Milli Parklarla müqayisədə heç tanınmaması, gedilməməsi diqqətimizi çəkdi. Heç biz də orda heç vaxt olmamışıq. Komandamızın üzvləri Milli Parka getmək üçün əraziyə elekton xəritədə baxarkən peyk görüntülərindən maraqlı tikili kompleksi təyin ediblər. Malikənəyə oxşar bu tikintinin həyətində tennis kortu, helikopter meydançası və digər yardımçı binalar görünür. Yerli camaatın dediyinə görə bu villa yuxarılara aiddir. Sübutumuz olmadığına görə ad çəkmirik amma ETSN in açıqlaması yerinə düşərdi.

Ağ Göl Milli Parkı, Ağ Gölün qərb sahili.
Malikənəyə oxşar tikili, tennis kortu və helikopter meydançası.

Oxşar, nisbətən kiçik tikili tanınmış Abşeron Milli Parkında da müşahidə olunub. Burada helikopter meydançasında fərqli olaraq kater portu yer alır.

Şahdağ Milli Parkında – sərhədləri ictimaiyyətə açıq olmadığı üçün demək çox çətindir – və ya siravi vətəndaşların getmək üçün ETSN-dən və Sərhəd Qoşunlarından icazə almalı olduğu Şahyaylağında Sədərək TM in sahibi Yusif Qədimbəyliyə aid olduğu deyilən tikilini də bu siyahıya əlavə etmək olar. Yusif bəyin tez tez bu seyrangaha dağ keçisi ovu üçün gəldiyi Xınalıq və qonşu kəndlərin sakinləri tərəfindən danışılır.

Ağ Göl Milli Parkı. Yaxınlıqda başqa bir yer. Ev və helikopter meydançası.

Göy Göl Milli Parkında oxşar və daha iri ölçülü tikililər hazırda turizm məqsədi ilə istifadə edilir. ümid edək ki, bir gün bu tikililər də turizm məqsədi ilə istifadə ediləcək.

Abşeron Milli Parkı.
Ev və kater portu.

Bu siyahıya Şirvan Milli Parkında -Eko şəhərcik- kimi qeyd edilən istifadəsiz qalmış tikilələri də əlavə etmək olar. Ümid edək ki, yaxın zamanda turistlərin və ya ekoloji layihələr araşdırmalar üçün araşdırmaçı qrupların istifadəsinə hazır olacaq.

Sözü gedən obyektlərin peyk görüntülərini paylaşıma əlavə edirik. Mövzunu diqqətdə saxlayacağıq.

Adı çəkilən tikililər haqqında ETSN in mövqeyi çox maraqlı olardı. Ümid edirik mövzu ictimaiyyətin diqqətini çəksə sözü gedən qurum bu barədə açıqlama vermək nəzakətində bulunub məntiqli bir açıqlama ilə bizim narahatlıqlarımıza bir son verəcək. Bizə ən maraqlı olan isə Ağ Göl Milli parkında olan, haqqında ən az bildiyimiz malikənəyə oxşayan tikintidir”.(aztoday.az)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam