Redaktor seçimi
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Günün xəbəri

Tikinti mafiyasının qurbanları İlham Əliyevə müraciət etdi-Problem

 

Bakıda tikinti mafiyasının qurbanları olan 15 ailə dövlət başçısı İlham Əliyevə müraciət edib.

Yenixeber.org: Həmin müraciəti olduğu kimi təqdim edirik:

Hörmətli, cənab Prezident!

Bundan əvvəl də tərəfimizdən Sizə və aidiyyatı başqa orqanlara saysız-hesabsız müraciətlərimiz olmuşdur. Bu dəfə nəhayət, əmin olmaq istərdik bizim yazdıqlarımız Sizə çatdırılacaqdır. Biz bu şikayəti mənzil dələduzluğu ilə üzləşmiş 15 ailə adından yazırıq. Artıq 5-ci ildir bir qrup dələduzun cinayət əməli ucbatından evsiz qalmışıq. Korrupsiyaya qarşı Mübarizə İdarəsi cəmi 1 nəfəri ( “DAĞLAR” MTK sədri Şahin Əliyevi ) həbs etməklə bu cinayəti bəsitləşdirmişdir. 15-20 ailəni tək adam aldada bilərdimi? Bu ağılasığmazdır! Halbuki, arada saysız-hesabsız vasitəçilər, təhrikçilər, saxta notarius oyunbazları iştirak etmişlər.

İşi araşdıran Korrupsiyaya qarşı Mübarizə İdarəsi MTK-nın inşa etdiyi binanın altındakı, MTK təsisçilərinə məxsus 900 kv.m.-lik obyektin satılıb bizə dəymiş ziyanın ödəniləcəyi ilə bizi ümidləndirdi. Biz də zərərimizin ödəniləcəyi təqdirdə, istintaqın və məhkəmənin çoxsaylı həbslər etməməsini humanist addım kimi qəbul etdik. Məhkəmə instansiyaları arasındakı sonraki 4 il ərzində baş verən məhkəmə ötür-ötüründən sonra, sonda Ali Məhkəmə sədrinin müəmmalı və qəfil təqdimatıyla obyektə qoyulan həbs qərarı götürülmüşdür. Halbuki iş icra mərhələsindəydi və obyektin hərraca çıxarılaraq satılıb ziyanlarımız ödənilməliydi. Beləliklə, obyektə qoyulan həbs qərarı hansısa kənar şəxsin (MTK təsisçisi Çingiz Rzayevin evdar xanımı Sevinc Rzayevanın) xeyrinə götürülmüşdür. Həbsi götürən məhkəmə bir məsələyə əhəmiyyət verməmişdir, o da, 900 kv.m.-lik qeyri-yaşayış sahəsinin müqavilədə dəyərinin 214.000 manat olmasına. Yəni qeyri-yaşayış sahəsinin 1 kv.m. 240 manata düşmüşdür. Bu qiymət müqavilənin tərtib edildiyi 2007-ci il üçün qeyri-yaşayış sahəsinə olan qiymətlərdən dəfələrlə aşağıdır. Nəticədə hüquq ədalətin tərəfində yox, güclünün(varlının) tərəfində olmuşdur. Bizim hər birimizin əlində “DAĞLAR” MTK-dan mənzil almağımızla bağlı MTK sədrinin və notariusun möhürüylə təsdiqlənmiş sənəd var, amma evsizik, beşinci ildir olmazın çətinliklərlə üzləşmişik. Biz dövlətin kimlərəsə verdiyi möhürə, notarial sənədləşməyə güvənərək on illərlə topladığımız məbləğlə mənzil almaq istəmişik. Lakin dələduzlara tuş gəlmişik. İndi isə onların tərəfini saxlayan məhkəmə instansiyaları ilə çəkişmədəyik.

Cənab Prezident, harayımıza səs verin, xahiş edirik. Son ümid yerimiz Sizsiniz. Bizi bu ölkədən, hakimiyyətdən küsdürənlərin qarşısını alın”.(aztoday)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam