Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Həkim səhlənkarlığı daha bir ananın ölümünə səbəb oldu-Beyləqanda

 

  

Son vaxtlar Azərbaycanda həkim səhlənkarlığı ucbatından doğuş zamanı ana və körpə ölümləri kəskin şəkildə artıb. Hətta bu yaxınlarda Beyləqan rayonunda bir ailənin faciəsinə çevrilən ölüm halı da qeydə alınıb. Yenə də ana ölümü…

Yenixeber.org: Redaksiyamıza daxil olan məlumata görə, hadisə Beyləqan Rayon Mərkəzi Xəstəxanasında baş verib. Belə ki, xəstəxananın doğum şöbəsində çalışan həkim Nigar Quliyevanın qızı həkim-ginekoloq Luiza Orucova səhlənkarlığı ucbatından Xoşbəxt Ağayevanın ölümünə səbəb olub.

İddialara əsasən, Luiza Orucova Xocəvənd rayonundan məcburi köçkün düşmüş 31 yaşlı qadının üzərində təcrübə keçirmiş. Qadın isə onun üzərində keçirilən təcrübə zamanı daxili qanaxma nəticəsində dünyasını dəyişib.

Hətta bir neçə müddət bundan öncə ölən qadının ailəsi həkim səhlənkarlığı iddiası ilə şikayət də ediblər. Ancaq ənənəvi olaraq ananın qətli ört-basdır edilir və heç bir nəticə yoxdur. Çünki Səhiyyə Nazirliyi indiyə qədər heç bir həkimi əlində ölən xəstəsinə görə cəzalandırmayıb. Bu arxayınlığın nəticəsidir ki, bu gün Doğum Evlərində özbaşınalıq və rüşvət xəstəliyi hələ də davam edir. Tibb ocağını bazara çevirən həkim Nigar Quliyevanın yolunun “layiqli” davamçısı Luiza Orucovaya isə “gözün üstə qaşın var” deyilməməsi fakt olaraq qalır. Beləliklə, Nigar Quliyeva və qızı Luiza Orucova doğum evini şəxsi biznesi kimi idarə edirlər.

Göründüyü kimi, bu cür səhlənkar və məsuliyyətsiz həkimlərin sayəsində ölkəmizin  doğum evlərində ana və körpə ölümlərinin sayı artmaqdadır. Məhz fizioloji proses olan doğuşun normal yekunlaşması, doğuşa qədərki prosesləri düzgün qiymətləndirmək  həkim peşəkarlığı tələb edir. Təəssüf ki, bu kimi problemlər hələ də həllini tapmay ıb.

Redaksiyamıza daxil olan müraciətlə bağlı araşdırmamız davam edir. Bizi izləməyi unutmayın.  Biz isə sözügedən nazirliyin və adı çəkilən həkimlərin mövqeyini geniş şəkildə dərc etməyə hazırıq.

Gülnarə Eynullaqızı (realmedia.az)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam