Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Salyanda Regional Qaz İdarəsi vətəndaşları aldatdığını açıq-aşkar təsdiq etdi-Foto

 

Tarif Şurasının 22 dekabr 2016-cı il 19 nömrəli qərarına əsasən, il ərzində istehlakçılara verilən 1700 kubmetr təbii qazın hər kubmetri 10 qəpiklə, 1700 kubmetrdən çox istifadə olunan qazın hər kubmetri 20 qəpiklə hesablanır və beləliklə, 2018-ci ildə limiti aşan abonentlər 2019-cu ilin yanvar ayının 1-dən etibarən istifadə etdikləri hər kubmetr qaza görə 10 qəpik ödəməlidirlər.

Yenixeber.org: Şirvan büromuzun məlumatına görə, Salyan Regional Qaz İdarəsi Tarif Şurasının qərarına məhəl qoymayaraq, yeni təqvimin başlanmasını yanvarın 10-na keçirmişdi. Belə ki, kütləvi şəkildə qaz istifadəçilərinə paylanan bildirişilərdə qaz sayğaclarının yanvarın 1-i əvəzinə 10-da oxunduğu göstərilərək, istifadə olunmuş hər kubmetr qaza görə 20 qəpik hesablanmışdı. Əmıəkdaşımız vətəndaşların çoxsaylı müraciətlərini nəzərə alaraq, Salyan Regional Qaz İdarəsində olarkən baş mühəndis əvəzi Nemət Haqverdiyev bildirmişdi ki, biz dekabr ayının 31-də işçilərimizi qapı-qapı sala bilmərik, onlar da bayram etməlidirlərlər…

Baş mühəndisə deyəndə ki, təqvim ili yanvarın 1-dən başlayır, cavabı bu olmuşdu ki, il 365 gündür… Problemlə bağlı əlaqə saxladığımız “Azəriqaz” İstehsalat Birliyinin mətbuat xidmətinin rəhbəri İbrahim Kərbalayevlə də qeyd etmişdi ki, işçilər bayrama görə yanvarın 3-dən işə çıxdıqları üçün sayğac göstəricilərinin yazılması yubanıb. Hətta sonradan Salyan Regional Qaz İdarəsindən abonentin şikayətinə verilən rəsmi cavabda bildirilirdi: “...29.12.2018-dən 02.01.2019-dək qeyri-iş günü olduğu üçün sayğacların oxunması sonrakı günlərdə aparılıb”.

Beləliklə, eyni sərfiyyat göstəricisi 10 gün fərqlə rəsmi qeydiyyata alınıb. Bununla da, dövlət tərəfindən abonentlərə verilən illik 1700 kub metr, 10 qəpik hesabı ilə limiti əslində “Azəriqaz”ın dediyi kimi, yanvarın 10-dan yox, 1-dən hesablanaraq hər abonentə 20-30 manat ziyan vurulub. Beləcə, təkcə Salyan rayonunda 23 min nəfərə yaxın qaz istifadəçisi olduğunu nəzərə alsaq və buraya 700 nəfər qeyri-əhali istifadəçisini əlavə etsək, 10 gün fərqində abonentlərdən yarım milyon manatdan çox qaz pulu mənimsənildiyi ortaya çıxır.(virtualaz.org)

Emil Məmmədov


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam