Redaktor seçimi
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
Günün xəbəri

Şahin Məmmədova yaxın olan idarə müdirinin maxinasiyaları:SUVARMA SİSTEMLƏRİNDƏ "QURUDULAN PULLAR"

 

 

 



Rəsmi məlumatda Ağcabədi Suvarma Sistemləri İdarəsindən bildirilib ki, rayon ərazisində 36291 hektar ərazi suvarma suyu ilə təmin edilir. Bundan 9492 hektar sahədə pambıq əkilib ki, pambıq sahələri arat, birinci və ikinci suvarma suyu ilə tam təmin olunub. Üçüncü suvarma suyundan isə 6280 hektar sahə suvarılıb. İnformasiya ötən ilindir. 

Yenixeber.org: Qeyd olunub ki, rayonun suvarılan ərazilərinin 30 faizə qədəri nasos stansiyaları vasitəsilə suvarılır ki, bunun üçün 51 ədəd nasos stansiyası ərazilərə xidmət edir. İdarə tərəfindən nasoslarda müntəzəm olaraq təmir işləri aparılır. Bununla bağlı  savash.org-a istinadla xəbərə görə Ağcabədi Suvarma Sistemləri İdarəsi rəisi Malik Mirzəyevin bu statistik yalanları büdcədən pul silməyə yönəlib. 

Təkcə 2012-2013 cü illər ərzində Ağcabədi Suvarma Sistemləri İdarəsinə üst-üstə 1 milyon manata yaxın vəsait ayrılıb. Bu vəsaitlər isə nasos stansiyalarının, texnikaların təmirinə, kanalların təmizlənməsinə xərclənib. 

Ancaq vəsaitlərin xərclənməsində şişirtmələrə yol verilərək dövlət vəsaitinin bir hissəsi mənimsənib.Vurğulayırlar ki, M.Mirzəyevin hazırki vəzifəsinə irəli çəkilməsində qardaşının rayon icra başçısının müavini işləməsi rol oynayıb. O qardaşı ki, Xalid Mirzəyevin adı məktəblini döyməkdə hallanmışdı. Bu haqda sonolay.org saytı xəbər yaymışdı. Başçı müavinin oğlu Ayxanın oxuduğu 11 saylı məktəbin 6-cı sinif şagirdi Rəvan Oruc oğlu Səfərovu döymüşdü. Sonra onu tədris otağına salaraq qapısını bağlamışdı.

İcra başçısı müavinin bu addımı atmasına səbəb Rəvan Səfərovun Xaliq Mirzəyevin birinci sinifdə oxuyan oğlu Ayxanın 20 qəpiyini alıb, geri qaytarmaması olub (?) İdarənin tabe olduğu "Meliorasiya və Su Təsərrüfatı" ASC-nin rəhbərliyindən gələn göstərişləri də əldə rəhbər tutmağı şəninə sığışdırmır. Şahin Məmmədov rayonda 16 km-lik çuqun boru satdırıb. Rayon ərazisində cəmisi 3-dənə şirin su üçün artezian vuruldu. Həmin artezianlar icra başçısı tərəfindən çobanlara satıldı. Rayona içməli su çəkmək üçün alınmış xeyli sayda dəmir su borularını Şahin Məmmədov 1 milyona kimlərəsə satdı.

Şahin Məmmədov 2-ci dəfə dövlət büdcəsindən külli miqdarda pul ayırtdırdı və Ağcabədi camaatına içmək üçün Qarabağ kanalından su çəkdirdi. Bütün bu işlər rayondakı sahibkarların hesabına edildi. Büdcədən ayrılmış vəsaitlər isə icra başçısının hesabına yatırıldı. Ağcabədi suvarma sistemləri barəsində, su və melorasiya idarəsində, subartezian quyuları idarəsində Qıyamadınlı kəndindən Şahin Məmmədovun 50-yə yaxın qohumunun adına əmək haqqı yazılır. Onlar işə çıxmırlar, ancaq maaş kartları əllərində, hər ay əmək haqqı alırlar. Şahin Məmmədov əslən Ağcabədinin Qıyamadınlı kəndindəndir. Rayonda tender oyunları gedir. Belə ki, maliyyə idarəsinin işçilərinin adına, uşaqlarının adına, yaxud yaxın qohumlarının adına olan şirkətlər tenderlərdə qalib elan edilir.

Məlumata görə, Mirzəyev Malik icra başçısı Şahin Məmmədovla eyni kənddəndirlər. Eyni zamanda Şahin Məmmədovun əmisi oğlu Əzən Məmmədovun qızının həyat yoldaşıdır. 

Bu şəxslərin hazırda həbsdə olan rabitə və informasiya texnologiyaları nazirliyinin aparat rəhbəri Vidadi Zeynalovla yaxın dostluq əlaqəsi olduğu iddiaları var.(rubrika.az)



Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam