Yenixeber.org: Şamaxı rayonunda kabusa çevrilən “AMPA” ləqəbli Əflatun Məcidovun özbaşınalığı ilə bağlı hazirda həbsdə olan realliq.info saytının baş redaktoru İkram Rəhimovun yazdığı yazılar ölkədə böyük ajiotaja səbəb olmuşdu. Həmin yazılardan sonra məlum oldu ki, Məcidovlar Şamaxıda illərlə baş verən kriminal hadisələrin əsas səbəbkarlarıdır.
Belə ki, rayonda baş verən silahlı insident də “Ampa” ləqəbli Əflatun Məcidovun adı ilə bağlanır. Fakt isə odur ki, hadisəni törədən və vətəndaşın evinə hücum çəkərək odlu silahla onu yaralayan şəxslər – Samir və Nadir qardaşları Məcidovların bacısı uşaqlarıdır. Dayılarının yüksək vəzifə tutması və “AMPA” – nın “oğru ideyası” bu kimi cinayətlərin sıralanmasına səbəb olur.
Qeyd edək ki, Şamaxıda illərlə baş verən cinayətlərdə bu şəxsin adının hallanması təsadüfi deyil. Bir müddət öncə Yol Polisi əməkdaşına xəsarət yetirilməsi və rayon icra başçısına qarşı üsyan qaldırılması kimi hadisələrin “Ampa” ləqəbli Əflatun Məcidov tərəfindən həyata keçirildiyinə dəlillər var. Şamaxının sabiq icra başçısı Asif Məmmədovun rayonun girişində ucaltdığı zəhmətkeş simvoluluğu özündə əks etdirən abidənin uçurdulması “Ampa”-nın bu sayaq işlərindən biridir. Həmin illərdə (2013 – cü ildə) icra başçısına qarşı etiraz aksiyalarının başlanması da Məcidovların adı ilə bağlıdır.
İcra başçısının tapşırığı ilə rayonun girişinə qoyulmuş abidə “Ampa”-nın xoşuna gəlməmişdi. Bundan sonra əlaltılarına verdiyi avtobillə abidənin uçurulmasını tapşıran Əflatun Məcidov məqsədinə çatmışdı. Gecə ilə yük maşınını idarə edən şəxs maşını yoldan çıxardaraq abidəyə çırpmış və onun dağıdılmasına verilən tapşırığı icra etmişdi.
Realliq.info saytının yazdığına görə, “Ampa” ləqəbli Əflatun Məcidovun qanunsuz əməlləri bunlarla bitmir:
“Saytın elektron poçtuna göndərilən video görüntülər adıçəkilən kriminalın nələrə imza atdığının göstəricisidir. Video görüntülərdə “Ampa” – nın yaxın ətrafı və dostu Sadiq adlı şəxsin, Rusiyadan toy etmək üçün vətənə qayıdan Seymur (bəziləri həmin şəxsin adının Lətif olduğunu qeyd edir) adlı şəxsi vəhşicəsinə döymələri və hadisənin necə lentə alınması nümayiş olunur. Rusiyada hörməti olan şəxsin, Əflatun Məcidovun tapşırığı ilə dəhşətli hala salınmasını özündə əks etdirən videoda etikdən kənar ifadələr işləndiyindən sizə təqdim edə bilmədik. Lakin videoda bəzi səs mantajı aparılır və yaxın saatlarda Realliq.info vasitəsilə sizə təqdim ediləcək.
Şamaxıda öz qaydalarını tətbiq edən və hamını hədələməkdə davam edən “Ampa”-nın sosial şəbəkələrdə “oğru” və ya “vor zakon” kimi təbliğ edilir. Sağlam gəncləri ətrafına şəkən Ədalət Məcidov illər keçdikcə onları cinayətə təhrik edir və nəticədə qüvvələrin onunla hesablaşmasını təmin edir. Rayonda “Ampa” – nın istəklərinə və qaydalarına qarşı çıxanlar ağır cəzalandırılır. Yaxın keçmişdə bacısı uşaqları tərəfindən həyata keçirilən cinayət hadisəsi buna misal çəkilə bilər.
Məcidovlar bacısı uşaqlarını həbsdən qurtarmaq üçün cinayətin baş vermə səbəblərini saxtalaşdırmaq üçün istintaqa təzyiq edirlər. Hətta istintaqda odlu silahdan istifadə edilməsi faktını dəyişdiriblər. Onlar hadisədə zərərçəkən şəxsin susdurulmasına da nail olublar.Hadisə isə belə olmuşdu: Realliq.info – nun apardığı araşdırmalar zamanı məlum olmuşdu ki, Şamaxı şəhərində yaşayan Elxan adlı şəxs Nadir və Samir adlı şəxslər tərəfindən evində güllələnib. Hadisə nəticəsində ağır yaralanan Elxan Şamaxı rayon xəstəxanasına yerləşdirilib. Xəstəxanadan Realliq.info – ya bildirilib ki, Elxanın qarın və qol nayihəsindən güllə yarası alıb”.
Maraqlıdır ki, Şamaxıda baş verən cinayət hadisələrinin mediada işıqlandırılmasından sonra “Ampa”nın qardaşı Tərtər rayon Polis şöbəsinin rəisi Rauf Məcidov vəzifəsindən uzaqlaşdırılaraq sərəncama göndərildi. Gözlənilirdi ki, Şamaxıda baş verən kriminal hadisələrlə bağlı hüquq-mühafizə orqanları ciddi tədbirlər görəcək və əsl səbəbkarlar cəzalandırılacaq. Təəssüf ki, gözləntilər özünü doğrultmadı. Baş verən kriminal hadisələr barədə araşdırmalar aparan Realliq.info saytının baş redaktoru İkram Rəhimov oktyabrın 26-da Dövlət Təhlükəsizlik Xidməti tərəfindən saxlanıldı və işdən çıxırılan Rauf Məcidov isə Daxil İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin şöbə rəisi təyin olundu
Qeyd edək ki, Məcidov qardaşlarının Bakıda və Şamaxıda böyük biznesi var. Onlar bina tikintisi və digər bu kimi işlərlə tanınır. Belə ki, Şamaxı avtovağzalı, rayonda şadlıq sarayları, Pirquluda restoran və hotellər, Çuxuryurdda, Avaxlıda hektarlarla torpaq sahələri Əflatun Məcidovun şəxsi əmlakı hesab olunur. Bununla yanaşı Şamaxıda zavodu, 160 – a yaxın yük daşıyan maşını və özünün istifadəsində olan 20 – yə yaxın bahalı avtomobilinin olduğu bildirilir.
Şamaxı sakinlərindən redaksiyamıza daxil olan məlumatlara görə, “Ampa” ləqəbli Əflatun Məcidov özünü rayonun sahibi kimi aparır və ona qarşı çıxanları kriminal qaydalarla cəzalandırır. Etdiyi bütün özbaşınalıları fonunda yüksək vəzifəli şəxslərin adlarını hallandırır. Hadisələrin gedişindən də məlum olur ki, böyük biznesə sahib Məcidov qardaşları adlarını hallandırdıqları məmurların himayəsinə sığınaraq qanunsuz əməllərindən əl çəkmirlər…(aztoday.az)
Orxan Abbasov
Yenixeber.org olaraq qarşı tərəfi də dinləməyə hazırıq.