Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

“İKİ VİRAN QOYULMUŞ XƏSTƏXANA” –“Ələbaxan həkimlər və tibb bacıları…”

etibar eliyev

“Azərbaycan səhiyyəsi ölümü insana yaxınlaşdıran səhiyyədir”.

 Yenixeber.org: Məlumata görə, tanınmış təhsil eksperti Etibar ƏliyevBakının 2 səhiyyə ocağındakı acınacaqlı vəziyyətdən bəhs edən “Facebook” statusunda belə yazır.

E.Əliyevin actual və düşündürücü statusunu təqdim edirik: “Yanaşı dayanan iki xəstəxana: 5 saylı şəhər Klinik Xəstəxanası və C.Abdullayev adına Elmi-Tədqiqat kardiologiya İnstitutu. Birinciyə uzun illər Bəxtiyar Vahabzadənin kürəkəni Ziya Əsədov, ikinciyə isə uzun illər Adil Baxşəliyev rəhbərlik edib. Hər iki tibb müəssisəsi viran qoyulub. Nikolay dövrünün liftləri və reanimasiya şöbələri, sökülüb-tökülən xəstəxana divarları, sınıq-salxaq çarpayılar insanı dəhşətə gətirir: ölüm haqqında düşünürsən. Belə yerlərdə xəstənin sağalma ehtimalı barədə danışmaq adsurddur. Ələbaxan həkimlər və tibb bacıları bu viran qoyulmuş xəstəxanaların insan amilidir. Dedilər ki, hər ikisinin rəhbəri dəyişib. Dəyişən rəhbərin “islahata” nədən başlaması təəccüblüdür. Xəstə üçün kasıb, yaxud varlı klinikanın olması vacib deyil, onu sağaltmaq lazımdır. Bu cür xəstaxanalarda neçə illərdir ki, baş verən ölüm halları biganə insan statistikası kimi qiymətləndirilməlidir.

P.S. Xəstələnməyin. Bahalı klinikalarda kasıb xəstənin üzünə baxan yoxdur, kasıb xəstəxanalarda isə şərait. Azərbaycan səhiyyəsi ölümü insana yaxınlaşdıran səhiyyədir”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam