Azərbaycanın regionlarında, paytaxt Bakıda yol-nəqliyyat infrastrukturu müasirləşdirilir, avtomobil yolları şəbəkəsi yenidən qurulur. Yeni yolötürücüləri, körpülər, tunellər, yerüstü və yeraltı piyada keçidləri inşa edilir. Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı sərəncamlar ölkədə yol infrastrukturunun təzələnməsini daha da sürətləndirir.

Yenixeber.org: Eyni zamanda, yol inşaatçıları tərəfindən regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramları çərçivəsində təkcə beynəlxalq əhəmiyyətli magistralları deyil, ölkənin rayonlarındakı kəndlərarası yollar da yenidən qurulur. Bununla da bölgələrdə yaşayan əhalinin gediş-gəlişi asanlaşır və yetişdirdikləri məhsulun mərkəzə daşınmasında əvvəllər mövcud olan çətinliklər aradan qalxır. Həmin yollar hesabına təbii ki, regionların iqtisadi potensialı da yüksəlir.

“Yol iqtisadiyyat, mədəniyyət, bir sözlə həyat deməkdir” – ulu öndərin bu fikirləri onun yol təsərrüfatının inkişafına nə qədər böyük önəm verdiyinin əyani sübutudur. Bu gün ümummilli liderin inkişaf strategiyasını uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə bütün sahələrlə yanaşı, nəqliyyat-yol kompleksində, eləcə də yol təsərrüfatında sistemli və davamlı tədbirlərin həyata keçirilməsi, dövlət başçısının bu istiqamətdə imzaladığı çoxsaylı sərəncamlar nəqliyyat-yol infrastrukturunun dinamik inkişafına yol açmışdır. Ölkə Başçısının respublika və yerli əhəmiyyətli yolların yenidən qurulması, hətta ucqar dağ kəndlərinə belə yeni yolların çəkilməsi ilə bağlı konkret tapşırıqlar verməsi yol infrastrukturunun artan templə inkişaf etdirilməsindən xəbər verir.

Bütün bu kimi işlər ürəkaçan sevindirici hallardır. Lakin bu sahədə neqotiv halların da hökm sürdüyü danılmaz bir faktdır. Məsələn Tərtər rayonunu yollarına cavabdeh olan 29 saylı Tərtər Yol İstismar İdarəsinin fəaliyyəti bi baxımdan ürəkaçan deyil. Bu İdarənin xidmət etdiyi avtomobil yolunun uzunluğu-270 km,onun da 79 km respublika əhəmiyyətlidir. Bu İdarəyə bizə verilən məlumatlara görə uzun illər Əliqulu Bayramov rəhbərlik edib. Əliqulu Bayramovun rəhbərliyi dönəmində Tərtərin yollarının demək olar ki, bərbad vəziyyətdə olduğunu bildirən mənbənin sözlərinə görə son dövrlər yolların çəkilişində,təmir olunmasında müəyyən qədər irəliləyiş hiss olunmaqdadır. Yenə də Əliqulu Bayramovun sayisəndə. Baxmayaraq ki,artıq Əliqulu Bayramov 29 saylı Tərtər Yol İstismar İdarəsinin müdiri deyil. Amma idarəyə hələ də nəzarət edən Əliqulu Bayramov məlumatlı mənbənin sözlərinə görə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sədri Saleh Məmmədovla çox yaxşı münasibətləri olduğuna görə oğlu Ramil Bayramovu öz yerinə təyin etdirərək idarəyə nəzarət funksiyasını öz əlində saxlaya bilib.Bu məsələdə ona hətta Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun da gücü çatmayıb. Məlumatlı mənbənin sozlərinə görə 29 saylı Tərtər Yol İstismar İdarəsində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinhələ struktur dəyişiklikləri olmadığı dövrlərdə, yəni quruma sabiq sədr Cavid Qurbanovun rəhbərlik etdiyi dövrdə də Əliqulu Bayramovun sözünü qarşısına söz qoya bilən olmayıb. Bu da ancaq hazırki sədr Saleh Məmmədovla olan yerliçilik, sıx döstluq münasibətlərinin olması iklə bağlıdır.

Elə Saleh Məmmədovun sayəsində son dövrlər 29 saylı Tərtər Yol İstismar İdarəsinə ayrılmış vəsaitlər hesabına rayonon kənd yollarının bir qismi təmir olunub. Maraqlıdır görəsən uzunluğu 20- 23 kilometr olan Buruc-Güləbatlı-Xoruzlu-Kəbirli-Bayandurlu-Qaradağlı kəndlərarası avtomobil yolunun yenidən qurulmasına nə qədər vəsait ayrılmışdı və bu vəsaitin nə qədəri təyinatı üzrə xərclənib. Tərtər-Hindarx avtomobil yolunun Tərtər rayonunun ərazisindən keçən hissəsinin əsaslı təmirinə ayrılmış vəsait də həmçinin.

Məlumatlı mənbənin sözlərinə görə 29 saylı Tərtər Yol İstismar İdarəsinin hazırki müdiri Ramil Bayramova Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sədri Saleh Məmmədov xüsusi qayğı ilə yanaşır və kifayət qədər sərbəstlik də verib. Çünki o,sədrin dostunun oğludur.(aktualinfo.org)

Qarşı tərəfi dinləməyə hazırıq.