Redaktor seçimi
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Günün xəbəri

Mülkləri Çexiyadan Dubaya, Cəlilabaddan Bakıya qədər uzanan biznesmen deputata seçki EMBARQOSU -bele deyirler

 

  
Mülkləri Çexiyadan Dubaya, Cəlilabaddan Bakıya qədər uzanan biznesmen deputata seçki EMBARQOSU - bele deyirler
Erkən parlament seçkiləri keçiriləcəyi deyilir. Hətta keçirilməsə belə, məlumata görə, növbəti seçkidən sonra Milli Məclisdə Malik Həsənov adlı deputat olmayacağı bildirilir.
Yenixeber.org: Əmlak Komitəsi sədri Kərəm Həsənovun qardaşı olan M.Həsənovun növbəti mandat şansının tükənməsi iki səbəblə izah edilir: ləğv edilmiş MTN-nin keçmiş rəhbəri Eldar Mahmudovun siyahısından deputat seçilməsi və bu dayağı itirməsi, ikincisi Gəncənin güllələnmiş sabiq başçısı Elmar Vəliyevlə quda olan qardaşı K.Həsənovun mövqeyinin zəifləməsi...

Bildirirlir ki, M.Həsənov parlamentin biznesmen deputatlarından biridir. Onun çıxışlarına rast gəlmək mümkün deyil, çünki biznes işləri ucbatından gərgin qrafiki olur və Milli Məclisdə ölkənin gündəmində olan məsələlərdən danışmağa vaxtı yoxdur. Parlamentin isə yenilənməsi, biznesmenlərin növbəti çağırışda sayının azaldılması siyasi qərardır və artıq MM-də daha çox siyasiləşmiş deputatların olacağı ehtimal edilir. 

Bununla belə, tam qərar verilməyib və hələ də ümidlidir ki, M.Həsənov komitə sədri olan qardaşının yuxarı eşelonla əlaqələri sayəsində parlamentə düşəcək. Əks halda nə cəlilabadlılar ona səs verəndir, nə də cəmiyyətdə tanınmış bir siyasətçidir. 

Onun “Medilan hospital”ı, Bakıda və Cəlilabaddda obyektləri fəaliyyət göstərir. Bir müddət öncə Beynəlxalq araşdırmaçı jurnalistlərdən ibarət Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Araşdırmaları Layihəsinin (OCCRP) yayılan son araşdırmasında diqqətdən kənarda qalan daha bir fiqurun – Malik Həsənovun da adı keçirdi. 

Çexiyanın Praqa və Marinask Lazne şəhərlərində daşınmaz əmlak və otellər alan tanınmış azərbaycanlılar arasında 67 saylı Cəlilabad şəhər Seçki Dairəsindən mandat almış Malik Həsənovun da adı var idi. Hər iki çex şəhərində bahalı malikanələrə sahiblənmiş komitə sədrinin deputat qardaşının bu pulları hardan əldə etdiyi sirr deyil – millət vəkilinə qadağan edilmiş biznesdən…

Bildirək ki, təkcə M.Həsənovun yox, qardaşı K.Həsənovun da Avropada daşınmaz əmlakları var. Həsənovların oliqarx həyatı korrupsiya pullarının hesabına mümkünləşib. Beynəlxalq araşdırmaçıların ortalığa qoyduğu faktlar göstərir ki, Həsənovlar prezidentə qarşı Qərbdə başlamış kampaniya üçün tutarlı arqumentlər veriblər. Əgər Həsənovlar Avropada mal-mülk sahibi olmasaydılar, korrupsiya pullarına varlanmasaydılar beynəlxalq dairələrin ölkəmizin imicinə zərbə vuran bu halları tirajlamazdı.

Təkcə M.Həsənovun yox, qardaşı K.Həsənovun da Avropada daşınmaz əmlakları var. Həsənovların oliqarx həyatı korrupsiya pullarının hesabına mümkünləşib. Beynəlxalq araşdırmaçıların ortalığa qoyduğu faktlar göstərir ki, Həsənovlar prezidentə qarşı Qərbdə başlamış kampaniya üçün tutarlı arqumentlər veriblər. 

Əgər Həsənovlar Avropada mal-mülk sahibi olmasaydılar, korrupsiya pullarına varlanmasaydılar beynəlxalq dairələrin ölkəmizin imicinə zərbə vuran bu halları tirajlamazdı. "AZINKO-holdinq”in prezidenti, deputat Malik Həsənovun Dubayda da biznesi var.

Çexiyadan Dubaya, Cəlilabaddan Bakıya qədər uzanan biznez imperiyası olan M.Həsənovun növbəti mandat şansı o zaman siyasi situasiyadan və Kərəm Həsənovun vəziyyətindən çox asılı olacaq. Nə anti-Azərbaycan şəbəkəsi, nə Qarabağ problemi ilə bağlı çıxış edir, nə mətbuata müsahibə verir, nə vətəndaşları narahat edən məsələlərdən danışır, nə seçiciləri qəbul edir. 

Onu da deyək ki, hazırkı parlamentarilər arasında bu 3 il ərzində əhalini qıcıqlandıran, əsəblərini tarıma çəkən çıxışlar edənlər oldu, biznesi olan milyonçu mandat sahibləri kreslo zəbt etməklə hakimiyyətin daxili və xarici siyasətində müdafiə işində iştirak etmədilər, Orduxan və digər xaricdə olan şəxslərin kampaniyaların əksər deputatların lazımi cavab verə, iqtidarı müdafiə edə bilmədilər, çoxunun başı şəxsi biznesinə qarışdı.Onlardan biri də Malik Həsənov idi. Ona görə də növbəti seçkidən sonra biz daha siyasiləşmiş, aktiv deputatlardan formalaşan Milli Məclis görə bilərik. Eyni zamanda hakimiyyətə loyal münasibəti ilə seçilən və müəyyən qədər çəkisi olanlar seçkiyə qatılıb seçiləcək. Malik Həsənov kimi lal deputatlar isə öz biznesləri ilə məşğul olmağa göndəriləcək
(cahan.info)

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam