Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Kişilərin sayının artması mənfi hallara səbəb olur

    

Kişilərin sayının artması mənfi hallara səbəb olur
"Kişilərin sayının həddən artıq çoxalması onların ailə qurmaq üçün partnyor tapa bilməməsi, eyni zamanda ölkədə zorakı davranış hallarının geniş yayılması nəticəsində ümumi kriminogen durumun daha da ağırlaşması, qız qaçırma, erkən nikah, insan alveri və bu kimi bir sıra mənfi hallarla sıx şəkildə əlaqəlidir".
Yenixeber.org: Bunu BMT-nin Əhali Fondunun baş müşaviri Fərid Babayev "Azərbaycanda gender əsaslı cinsi seçimin qarşısının alınması və aradan qaldırılması üzrə Milli Fəaliyyət Planı" layihəsinin təqdimatında deyib. 

O, bildirib ki, mövzu üzrə keçirilmiş tədqiqatlar ailə vahidinin sosial-iqtisadi vəziyyətindən asılı olmayaraq, valideynləri mütləq şəkildə oğul övladına sahib olmağa vadar etdiyini göstərir. "Bu fenomenlə bağlı aparılmış ən son araşdırmalar zamanı əldə edilmiş məlumatlar göstərir ki, vəziyyət gələcəkdə əhalinin ümumi strukturu və dinamikası baxımından xoşagəlməz nəticələrə gətirib çıxara bilər. Bu istiqamətdə Azərbaycan hökuməti ilə sıx əməkdaşlıq şəraitində müxtəlif layihələr həyata keçirilir. Belə layihələrdən biri də Avropa İttifaqının maliyyə dəstəyi ilə reallaşdırılır. Ümid edirik ki, həyata keçirdiyimiz birgə səylərimiz nəticəsində bu gün müzakirəyə çıxardığımız Milli Fəaliyyət Planının qəbulu və uğurlu icrasına nail ola biləcəyik və beləliklə də ölkəmizi “çatışmayan qızlar” fenomeninin yayıldığı ölkələrin siyahısından çıxararaq Cənubi Koreyadan sonra ikinci uğur hekayəsini yazmağa müvəffəq olacağıq"

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam