Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

BMT qadın hüquqları üzrə Azərbaycanın apardığı işləri araşdıracaq

 

Azərbaycanın qadın hüquqları üzrə apardığı işlər BMT Komitəsi tərəfindən nəzərdən keçiriləcək.

"Xeberinfo.com":  BMT-nin Azərbaycandakı nümayəndəliyindən "Trend"-ə verilən məlumata görə, Azərbaycanın qadın hüquqlarının təmin edilməsi istiqamətində həyata keçirdiyi fəaliyyət BMT-nin Qadınlara qarşı ayrı‐seçkiliyin bütün formalarının ləğvi Komitəsi (CEDAW) tərəfindən fevralın 18-də canlı yayımlanacaq toplantıda araşdırılacaq.

Azərbaycan Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Konvensiyanı imzalayan 188 ölkədən biridir. Azərbaycan Konvensiyanın tələblərinin həyata keçirilməsi ilə əlaqədar qeyd edilən və 23 müstəqil ekspertdən ibarət Komitəyə müntəzəm hesabatlar təqdim etməlidir.

Komitə ölkədə qadın hüquqlarının təşviqi və müdafiəsi ilə bağlı məsələlər üzrə Azərbaycan Respublikası hökumətinin nümayəndə heyəti ilə müzakirələr aparacaq və eyni zamanda, QHT nümayəndələrinin fikirləri də dinləniləcək.

İclasda stereotiplər və erkən nikahın artmasına şərait yaradan patriarxal münasibətləri aradan qaldırmaq üçün tədbirlər, qadın və qız uşaqlarının alverinə qarşı mübarizə səyləri, doğulan uşağın cinsinə nəzarət metodu kimi istifadə olunan abortların tənzimlənməsi üzrə tədbirlər, əməkhaqqlarında gender əsaslı fərqlərin aradan qaldırılması, keçmiş SSRİ vətəndaşlarının sayının çoxluğunu nəzərə alaraq, vətəndaşsızlıq sisteminin yaradılması üçün prosedurların hazırlanması kimi məsələlər müzakirə ediləcək.

Xatırladaq ki, CEDAW-nun sözügedən 60-cı sessiyasında BMT-nin Rezident Əlaqələndirici Antonius Bruk, BMT-nin Əhali Fondunun Proqram Müşaviri və BMT-nin Gender Qrupunun rəhbəri Bəhicə Əliyeva iştirak edəcəklər.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam