Redaktor seçimi
 Eyni QHT-lər, eyni layihələr: dövlət düdcəsi harada itir? -
“Karqo Şamil”in görünməyən üzü…
QHT Agentliyinin “Məlahətli Ana” seçimi -
Fuad Nəcəfli və Samiq Sadıxov cütlüyünün görünməyən əməlləri -
111№-li məktəbin 1№-li problemi:
Məmur QHT-si, dövlət qrantı və korrupsiya: Agentlik kimi qoruyur?-
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması yenidən başladı: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini kofe aparatlarında "əridir" -
Günün xəbəri

İnam Kərimovun ümidini qıran Bayandur Rzayev

 

          
İnam Kərimovun ümidini qıran Bayandur Rzayev
Azərbaycan Respublikasının Kənd Təsərrüfatı naziri İnam Kərimov bu gün peşəkar kadr problemi ilə üz-üzə qalıb. 

Yenixeber.org: Peşəkar mütəxəssis olaraq hər zaman prezidentin ümidlərini doğruldan İnam Kərimov nazir təyin olunandan sonra bütün gücünü səfərbər edərək ölkədə kənd təsərrüfatının inkişafı üçün ciddi islahatlara start verdi. Bu sahədə ki, priroritet sahələri müəyyənləşdirəndən sonra nazirlikdə şəffaflığın təmin olunması, sahibkarların, fermerlərin səmərəli çalışması üçün bir sıra layihələrə start verdi. Amma məsələ heç də ürəkaçan olmadı. Bunun isə başlıca səbəblərindən biri yerli icra hakimiyyəti başçılarının öz maraqlarından çıxış etmələri oldusa, digər problemdə peşəkar mütəxəssis qıtlığı oldu. Bu səbəbdən yeni nazir köhnə kadrlarla işləmək zorunda qaldı. Belə mütəxəssislərdən biri də Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti rəisi kimi fəaliyyət göstərən Bayandur Rzayev oldu. 
GundemXeber.Az-ın məlumatına görə, ölkədə baytarlıq sahəsinin iflic olması səbəbindən nazirin ilk addımlarından biri də xidmət rəisini vəzifəsindən azad edərək bu sahəyə Bayandur Rzayevi gətirməsi oldu. Amma Bayandur Rzayev fəaliyyətə başlayan kimi nəin ki, islahatlara başladı, əksinə uzun illər bu sahədə az qala mafioz qruplaşmaya çevrilən şəxsləri ətrafına toplamaqla durumu daha da ağırlaşdırdı. “Gündəm Xəbər”in əldə etdiyi məlumata görə bu günün özündə bölgələrdə ki, xidmətin şöbələri yenə köhnə dədə-baba qaydasında işləməkdə, xidmət xətti ilə həyata keçirilən tenderlər isə biabırçı durumdadır. Ekspertlər bildirir ki, bu günün özündə xidmətin xəttiylə hər ay bir neçə yüz min manat pul qeyri-qanuni şəkildə kimlərinsə cibinə axıdılır. Bununla bağlı nazirə reallığı deyəcək kimsə yoxdur. Çünki, xidmət rəisi Bayandur Şahbaz oğlu Rzayev bütün rıçaqları əlində cəmləşdirib və onun maraqlarından çıxış etməyən şəxslər bir günün içində çıxılmaz duruma salınaraq xidmətdən kənarlaşdırılır. Bununla bağlı araşdırmamızı nəzərinizə çatdıracağıq. İndilikdə isə tək bunu demək kifayətdir ki, adi araşdırmalara start verilsə xidmətin nələr etdiyini, nazirlik daxilində az qala gizli qüvvəyə çevrilmələrinin şahidi olarıq.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam