Redaktor seçimi
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Günün xəbəri

"NARDARAN İŞİ"NDƏ CAVİD QURBANOV İZİ

 

"NARDARAN İŞİ"NDƏ CAVİD QURBANOV İZİ

Yenixeber.org: Savadları, istedadları ilə öyünməsələr də, fərasətli, comərd, bəsirət gözləri açıq elə insanlar var ki, yüksək məqamda qərar tutan başqalarının diqqətini çəkirlər. Necə deyərlər, "zəmanənin nəbzini tutmağı" bacaran belə adamların huşgarlığından, xidmətindən hakimiyyətin "yuxarı eşelonunda" yer alan ixtiyar sahibləri istifadə etmək istəyirlər. Bu mənada bəxti gətirən "zəmanə adamları"ndan biri də maştağalı Tərlan kişidir.
Bağ qonşusu olduğu millət vəkili Cavid Qurbanovla dostlaşmağı bacaran Tərlan kişiyə böyük etimad göstərilir. Cavid Qurbanov hələ avtoyol təsərrüfatına rəhbərlik etdiyi dönəmdə ona Maştağadakı əlverişli sayılan kanal yolunun üstündə avtoservis hədiyyə edir. Sonrakı dövrdə Tərlan kişi Cavid müəllimin rəhbərlik etdiyi "Azərbaycan Dəmir Yolları" QSC-nin infrastrukturundakı bir çox işləri idarə etmək səlahiyyətlərinə yiyələnir. Etibarlı mənbədən daxil olan məlumata görə, təşkilati-hüquqi formasına görə, məhdud məsuliyyətli cəmiyyət (MMC) tipli sahibkarlıq subyekti yaradan Tərlan kişi "28 may" dəmiryol vağzalının ətrafında yeni qurulan restoran şəbəkəsini də işlədir.
Etibarlılığı ilə özünə gün-güzəran quran Tərlan kişi başqa dostlarına münasibətdə də sədaqət nümunəsidir. Belə ki, digər bağ qonşusu olmuş Bəhruz Əlimədətovu da həmişə yüksək qazanclı iş başında görməyə alışmış Tərlan kişi onun karyerasının qürub etməsi ilə barışmayıb və hərəkətə keçib. Öyrənmişik ki, ƏƏSMN-nin tabeçiliyində olan "Qocalar Evi"nin direktoru vəzifəsindən uzaqlaşdırılandan sonra Səhiyyə Nazirliyinin paytaxtdakı tibb müəssisələrindən birinə baş həkim vəzifəsinə gedən (hərçənd, bu fakt mümkün qədər gözə çarpmaması üçün səy göstərilir. Tezliklə həmin müəssisənin adını və orada baş verənləri də açıqlayacağıq - red.) Bэhruz Əlimədətov məhz Tərlan kişinin vasitəçiliyi ilə QSC rəhbərinə çıxıb Dəmiryol Xəstəxanasının baş həkimi kürsüsünü ələ keçirmək niyyətindədir.
Tərlan kişidən fərqli olaraq, Cavid Qurbanov heç də həmişə dostluğa sadiqliyi ilə seçilməyib. Hələ rəhmətlik Heydər Əliyev onu dönüklüyünə görə sərəncamla işdən qovmuşdu. Bu barədə müfəssəl məlumatlar hələ də internet resurslarında qalmaqdadır. Sabiq Nəqliyyat naziri Ziya Məmmədovun "qələmi qırılandan" sonra Cavid Qurbanov onunla da kəsdiyi çörəyi unutdu. Etibarlı mənbədən aldığımız məlumata görə, Tərlan kişinin oğlu Nardaran hadisələrinə görə həbs olunanda atası onu dardan qurtarmaq üçün deputat dostuna ağız açıb, amma sözü yerə düşüb. Hərçənd, istisna deyildir ki, məlum hadisələrdən əvvəlki dövrdə Tərlan kişinin MMC-sinin vasitəsilə qazandığı kapitalın əhəmiyyətli bir hissəsi oğlunun əli ilə radikal dini qruplaşmanın maliyyələşməsinə sərf olunub. Bu məsələ ətrafında araşdırmalarımız davam etdiyindən, təfərrüatları açıqlamağa tələsmirik.
Məqalədə adları çəkilən şəxslərin mövqelərini bildirmək haqlarını tanıyırıq.
Araşdırmamız davam edir
Nyus.Az

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam