13 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinin rəisindən ŞİKAYƏT
"Fəraid Qəhrəmanov yuxarı instansiyaların ona yerinə yetirilməsi üçün göndərilən məktublara, o cümlədən AR Nazirlər Kabinetinin 10 may 1994-cü il tarixli qərarına məhəl qoymayaraq, ikinci qrup əlillərin hüquqlarını tapdalayır"
Biləsuvar rayonunun İsmətli kənd sakini, ikinci qrup əlil Ağayev İxtiyar Ağakərim oğlunun redaksiyamızın elektron poçtuna şikayət məktubu göndərib.
Yenixeber.org: Şikayətçi yazır:
"Hörmətli redaksiya!
Mən Biləsuvar rayonu Aranlı kənd ümumi orta məktəbində müəllim işləyirəm. 2009-cu ildən ikinci tip ağır gedişli şəkərli diabet xəstəsi olaraq ikinci qrup əliləm.
Məlumdur ki, ölkə rəhbərliyi xalqın həyat səviyyəsinin yaxşılaşdırılması, sosial müdafiəsinin gücləndirilməsi, xüsusilə, əlillərin hüquqlarının qorunması, onların daha artıq qayğı ilə əhatə olunması istiqamətində mütəmadi olaraq kompleks tədbirlər həyata keçirir. Belə tədbirlərdən biri də, ikinci qrup əlillik dərəcəsi olan və işləyən müəllimlərə hər ay maaşlarının 25% həcmində əlavə əmək haqqının ödənilməsidir. Ətraf rayonlarda, o cümlədən Bakı şəhərində bu qayda icra olunur və sağlamlıqları məhdud olan müəllimlərin maddi durumlarının möhkəmlənməsində mühüm rol oynayır.
Çox təəssüf ki, Biləsuvar rayon Təhsil Şöbəsində ikinci qrup əlillərə bu qanun şamil olunmur, yaxud gizli olaraq istədikləri adamlara şamil olunur. Hətta uzun müddət bu qanun əlillərdən gizli saxlanılıb, onlara heç bir məlumat verilməyib. Xəbər tutduqdan sonra dəfələrlə Biləsuvar rayon Təhsil Şöbəsinin rəhbərliyinə, muhasibatlığa müraciət etsək də, müraciətlərimiz müxtəlif bəhanələrlə rədd edilir. 2016-cı ilə qədər şifahi, sonrakı illərdə isə yazılı şəkildə Biləsuvar rayon Təhsil Şöbəsindən tutmuş digər aidiyyət dövlət qurumlarına müraciətlər etsək də, bu müraciətlər bir-birinə ötürülərək, sonda 13 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinin rəisi Fəraid Qəhrəmanova göndərilir.
Yuxarı instansiyalardan bizə göndərilən məktublarda tələbimizin qanuni və yerinə yetirilməli olduğu bildirlir. Həmin məktubların bir surəti də 13 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinin rəisi Fəraid Qəhrəmanova göndərilir. Fəraid Qəhrəmanov isə yuxarı instansiyaların ona yerinə yetirilməsi üçün göndərilən məktublara, o cümlədən AR Nazirlər Kabinetinin 10 may 1994-cü il tarixli qərarına məhəl qoymayaraq, ikinci qrup əlillərin hüquqlarını tapdalayır. Bununla da Biləsuvar rayon müəllimləri ilə respublikanın digər şəhər və rayonlarındakı müəllimlər arasında ayrı-seçkilik yaradılır. Halbuki Biləsuvardakı müəllimlər erməni işğalçılarına kütləvi tələfat vermiş və vətən yolunda öz canlarını qurban verən Mübariz İbrahimovlar yetişdirib.
Hörmətli redaksiya!
Xahiş edirəm, mənim bu şikayətimi dərc edərək, haqq səsimi aidiyyəti qurum rəhbərlərinin diqqətinə çatdırasınız.
Ümid edirəm ki, Biləsuvar rayonunun təhsil müəssisələrində işləyən ikinci qrup əlillərin haqlarını tapdalayan, onların hüquqlarına tüpürən, oturduqları kreslolarda özlərini hakimi-mütləq sayan və yuxarı instansiyaların göstərişlərinə məhəl qoymayan, dövlət büdcəsini talayan, əlilləri ölkə rəhbərliyindən narazı salmağa çalışan başabəla məmurlar Azərbaycan Respublikası qanunlarını yerinə yetirməyə məcbur ediləcək, 10 il müddətində mənə çatacaq qanuni haqqımın yerinə yetirilməsi təmin ediləcək".
Məsələ ilə bağlı qarşı tərəfi də dinləməyə hazırıq.(tezadlar)
E.ŞİRİNOV