Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

“Badü Kübə” MTK -nin sədri Ədalət Qəmbərov sakinlərdən qanunsuz pul yığır-FOTO/VİDEOREPORTAJ

 


 

 Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi “V” yaşayış sahəsində “Badü Kübə” MTK tərəfindən inşa olunan “13 M” saylı çoxmərtəbəli binanın sakinləri MTK-nın sədri Ədalət Qəmbərovdan şikayət edir, sədrin onlardan qeyri-qanuni yolla 350 min manat toplayaraq, binanın kommunal problemlərini həll edəcəyinə, liftin quraşdırılmasına və binanı zibillərdən təmizlənməsinə söz verdiyini iddia edirlər.

Yenixeber.org: Dəfələrlə yeni tikilən binalarda mənzillərin bir neçə nəfərə satıldığının şahidi olmuşuq. Görünür, tikinti sektorunun da xalqa açıq olan və olmayan, müəmmalarla dolu bilmədiyimiz oyunları var. Çox təəssüf ki, bu oyunda qazanan tərəf çox vaxt satan, uduzan tərəf isə alıcı olur. Redaksiyamıza yazılan şikayət ərizələri ilə tanış olduqdan sonra məlum oldu ki, bu oyunun qurbanları sırasına Yeni Günəşli qəsəbəsində tikilən binanın sakinləri də daxil olublar. Şikayətlər əsasında göstərilən ünvanda olduq.

Qeyd edək ki, inşası hələ 2005-ci ildə “Badu-kübə” MTK tərəfindən başlamış gördüyünüz bu bina 2009-cu ildə sakinlərin ixtiyarına verilməli idi. İlk illər iş sürətlə getsə də, 2007-ci ildə həmin MTK –ya Ədalət Qəmbərov adlı şəxs sədr seçildikdən sonra binanın tikintisi iflic vəziyyətinə düşüb. Belə ki, Ədalət Qəmbərov binanın tikintisini davam etdirmək əvəzinə özünün tikəcəyi 1 və 2-ci blokların olmayan mənzillərini və ondan əvvəl 3 və 4-cü blokların tikilmiş 13 mərtəbəsindəki mənzilləri təkrarən satmağa başlayır. Mənzilləri dəfələrlə satılmış, aldadılmış vətəndaşların çoxsaylı şikayıtləri əsasında Baş prokurorluq yanında KQMİ işə qarışdıqdan sonra Ədalət Qəmbərov 19 mərtəbəli binanın 15 mərtəbəsinin tikintisini başa vurur.

Apardığımız araşdırmalardan sonra bizə məlum oldu ki, Ə.Qəmbərov haqda elə həmin KQMİ-də neçə illərdən bəri AR CM 178.3.2

və digər maddələri ilə cinayət işi və vergidən bir milyon manata yaxın yayınması ittihamı ilə Suraxanı rayon məhkəməsində istintaq üzrə iş davam etdirilir. Buna baxmayaraq o bu gündə sakinlərdən qaz, işıq və su xətlərinin çəkilməsi, zibillərin təmizlənməsi, blokların pilləkənlərinin düzəldəməsi və yük liftlərinin quraşdırılması üçün qeyri-qanuni yollarla pul yığır. Sakinlərin gözləntilərinin əksinə olaraq, həmin pulu sadalanan məqsədlər üçün deyil özünün və qızının adına rəsmiləşdirdiyi gördüyünüz bu ticarət mərkəzinin təmirinə xərcləyir. Binanin sakini Sübhan Əmişovun sözlərinə görə, 2007-ci ildə bu başıbəlalı binadan iki ev alıb.

Maraqlıdır ki, yüksəkmərtəbəli yeni tikili olan binalarda qaz, su, və işıq xəttlərinin sakinlər tərəfindən pul yığılıb çəkilməsi məsələsini ilk dəfə eşitdik. Hələ bu azmış kimi sakinlərin ödədiyi bu vəsait də təyinatı üzrə xərclənməyib. Aylarla problemlərinin öz vəsaitləri hesabına həll olunacağını gözləyən sakinlər nəticə əldə olunmadığını görəndən sonra bir yerə toplaşaraq Ədalət Qəmbərovun yanına gedir və onlardan yığdığı 350.000 manat pulu hara xərclədiyini və ümumiyyətlə vəd etdiyi probleməri nə vaxt həll edəcəyini soruşurlar. İstirahətdən yeni qayıdan, adı kimi özü heç ədalətli olmayan Ədalət Qəmbərov sakinlərə əsəbiləşərək, “Siz mənə nə vaxt pul vermisiniz? Pulu kimə vermisiniz gedin ondan da tələb edin!” – deyir və hamını otağından qovur. Sakinlərin sözlərinə görə, pulu Ədalət Qəmbərovun tapşırığı ilə həmin MTK-nın mühasibi Naibə Rzayeva yığıb.

İndi sakinlər əlləri ayaqlarından uzun şikayət etmədikləri dövlət orqanı, döymədikləri qapı qoymayıblar. Lakin Ədalət Qəmbərova bu günədək gözün üstə qaşın var deyib, yerindən tərpədən olmayıb. Sakinlərin sözlərinə görə, yenitikilidən mənzil alarkən əvvəlki sədrə etibar ediblər. Amma rəhbərlik dəyişəndən sonra, pulları da əllərindən gedib, əsəbləri də.(xural.com)

Redaksiyadan: Ə.Qəmbərovla gün ərzində əlaqə saxlamaq cəhdlərimiz alınmadı. Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam