"Kristal-L" MTK dövləti aldadır - Şikayət
Şahin Camalov Məhəmmədəli oğlu “KRİSTAL-L” MTK-ya ittihamlar səsləndirib.
Xeberinfo.com: Narazı vətəndaşın dia.az-a müraciətində deyilir:
"Nəzərinizə çatdırıram ki, Bakı şəhəri, Binəqədi rayonu, Mir Cəlal küçəsi 3169 cu məhəllə, 59 K saylı yaşayış binasının tikinti işləri mənimlə bağlanmış 19 iyun 2009-cu il tarixli № 2466/322/1 saylı müqaviləyə əsasən “KRİSTAL - L” MTK tərəfindən həyata keçirilmişdir.
Tərəflər arasında bağlanmış müqaviləyə əsasən tikib mənə təhvil verəcəkləri yasayış evinin sahəsi 137 kvadrat metr olmalı idi.
Lakin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə müraciət edib “ÇIXARIŞ” aldıqda məlum olmuşdur ki, mənim mənzilimin ümumi sahəsi 111.85 kvadrat metrdir.
Bu barədə “KRİSTAL - L” MTK-nın direktoru cənab Azər Məhərrəmova dəfələrlə şifahi müraciət etsəm də hər dəfə “...Əmlak Məsələləri Dövlət Komitəsinin aparmış olduğu ölçmə işləri yanlışdır” deyib bizi özündən uzaqlaşdırıb və ən sonda “...gedin hara istəyirsiniz şikayət edin” deyə bildirmişdir.
Bundan başqa, onu da diqqətinizə çatdırım ki, heç bir qanuni əsası olmadan guya binaya kommunal xidmətləri göstərmək üçüm “KRİSTAL - J” MMC sirkəti də yaratmışlar və əhalidən kommunal xidmət adı altinda isti su üçün hər kub mertə -2 manat, mənzillərin qızdırlması üçün hətta divarların altına düşən sahəni hesablamaq şərti ilə hər kvadrat metrə 0.4 manat, hər otağa – 10 manat, binanın zirzəmisində avtomobil saxlamaq üçün hər avtomobildən 50 manat vəsait toplayırlar.
Nəticədə qanunsuz olaraq, yüz minlərlə manat vəsait toplanır və Azərbaycan Respublikasının Vergilər Nazirliyinə heç bir vergi ödəmirlər".
Daha sonra dia.az-a daxil olan ərizədə qeyd olunur: "Binadaki 522 mənzilə dair kommunal xidmət göstərən şirkət mülkiyyətçilərlə normal bir müqavilə belə bağlanmamışdır. 2014–cü ildə formallıq xatirinə bağlamış müqavilənin şərtlərinə belə əməl etmirlər və əhalidən topladıqları vəsaitin muqabilində onlara heç bir qəbz təqdim etmirlər. Bütün bu qeyd edilənlərlə bağlı 22 fevral 2016-cı ildə rəsmi məktubla “KRİSTAL - L” MTK və “KRİSTAL - J” MMC-ya bütün bina sakinləri adından müraciət etdik, öz iradlarımızı bildirdik.
02 mart 2016-cı il tarixdə “KRİSTAL - L” MTK-nın hüquqsünası Salman adlı şəxs bizə cavab məktubu təqdim etdi və son sözü də belə oldu ki, burada “KRİSTAL - L” MTK və “KRİSTAL - J” MMC-nin öz qanunları işləyir, Azərbaycan Respublikasının qanunlarının bizə aidiyyatı yoxdur.
Biz Azərbaycan Respublikasinin tam hüquqlu vətəndaşlarıı kimi Sizdən xahiş edirik ki, “KRİSTAL - L” MTK-nın və “KRİSTAL - J” MMC-nin rəhbərliyindən sakinlərlə qanun çərçivəsində davranmalı olmaları və Azərbaycan Respublikası ərazisində yalnız bir qanunun olmasının, mən və mənim kimi 522 sakinin mənzil sahəsindən oğurlanmış kvadratmetrlərin bərpa olunması üçün müvafiq göstərişlər verməyinizi sizdən xahiş edirəm".
Qarşı tərəfi də dinləməyə hazırıq...