Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Əhməd Muxtarov büdcə oğurluğunda ittiham olunur... -İDDİA

Əhməd Muxtarov büdcə oğurluğunda ittiham olunur...
 Yenixeber.org: Hacıqabul rayon İcra hakimiyyətinin başçısı Əhməd Müxtarova qarşı ağır ittihamlar var. Bu barədə DİA.AZ-a Nazirlər Kabinetindəki məlumatlı mənbə xəbər verib.

İddialara görə, Hacıqubulun RİH başçısı rayona ayrılan büdcə vəsaitlərinin xərclənməsində böyük yeyintiyə yol verdiyindən hazırda durumu olduqca gərgindir.

Mənbənin dia.az-a söylədikləri: "Təxminən 400 min manata yaxın büdcə vəsaitinin xərclənməsində Əhməd Muxtarov və adamları yeyintiyə yol verib. Yerli maliyyə idarəsinin müdiri də durumla bağlı hədəfdədir".

Mənbə iddia edir ki, Əhməd Muxtarova qarşı konkret ittihamlar olduğundan rayonda həbslər də həyata keçirilə bilər: "Adamlar o qədər arxayın şəkildə büdcəni talayıblar ki, hıtta rəsmi qurumlar tərəfindən ittiham oluna biləcəklərini, yediklərinə görə cavab verməli olduqlarını belə unudublar".

Dia.az bildirir ki, qeyd olunanlarla bağlı Əhməd Muxtarovun mövqeyini öyrənmək istəsək də, telefon zənglərimizə cavab verən olmadı. Redaksiyamızda isə rəsmi qurumların maliyyə araşdırmalarının yekunları var və yaxın vaxtlarda həmin faktları təqdim edəcəyik. Bizi izləməkdə davam edin... 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam