2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasda cənab prezident Bakı üçün qəbul olunmuş “pilot layihə”yə diqqət çəkdi. Bakı şəhərinin rayonlarının icra hakimiyyətlərindən razılaşdırmaq üçün Dövlət Komitəsinə 68 planlaşdırma həlli (tikintinin eskizi) daxil olub ki, onlardan 10-u norma və qaydalara uyğun olmadığı üçün geri qaytarılıb.
Yenixeber.org: Yerli icra hakimiyyətləri orqanları tərəfindən qəbul olunan ərazilərin sərhədlərində onların sifarişi üzrə hazırlanan Planlaşdırma həlləri, tikintinin sıxlığı və əmsalına, binanın hündürlüyünə, söküntüyə aid binaların qırmızı xətlərinə, şaquli nişanlarına, abadlığına riayət edilməsini nəzərdə tutur.
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Abbas Ələsgərov deyir ki, Komitə tərəfindən 1 hektar ərazidə binanın tikintisi necə olmalıdır təklif edilib. Sahibkara deyilir ki, bina tikintisi üçün yer götürəndə 1 hektardan az sahə götürmə. Bir binaya 33 sot torpaq ayrılmalıdır. Ona görə də sahibkarlar 1 hektar yerdə söküntü işləri aparıb, 3 çoxmərtəbəli bina tikə bilər.
Nəsimi rayonunda pilot layihə adı altında aparılan tikintilərin çoxunda bu qanuna əməl edilmir. Bu yaxınlarda prezident qeyd edib ki, binalar heç bir qaydaya riayət olunmadan biri-birinin yanında, ictimai yerlərdə, həyətlərdə tikilir: “Bu binaların tikilməsinə kim icazə verir?! Yerli icra orqanları. Bu icazəni təmənnasızmı verir?! Əlbəttə ki, yox. İctimai yerdə, həyətdə, yaxud da ki, insanların istifadə etdiyi yerdə bina tikmək cinayətdir və bunu edən cavab verəcək.2
Prezidentin çıxışından Nəsimi rayon icra hakimiyyəti başçısı Asif Əsgərov nəticə çıxarıbmı? Əlbətdə yox.
Nəsimi rayonunda təkcə Fədai İmanov adlı sahibkar onlarla qanunsuz tikinti aparır. Hal –hazırda bu şəxsə məxsus tikinti şirkəti “Moskva” kinoteatrının düz qarşısında bina tikir. Kinoteatrın, insanların istirahət yerinin qarşısında bina. Buna artıq özbaşınalıq da demək olmur. Bu cinayətdir.
“EFEM-2016” MTK, “YENİ EV- 19” , hazırda isə “Daim” MTK –nı təsis edən Fədai İmanov Dəfələrlə Ekologiya və Təbii Sərvətlər nazirliyinin, Bakı şəhər icra hakimiyyətinin yaşıllaşdırma departamentinin, Dövlət Əmək Müfəttişliyi Xidmətinin və digər qurumların, hətta, Prokurorluq orqanlarının onun fəaliyyətindəki əməllərində yer almışç ciddi ittihamların olmasına baxmayaraq “sudan quru” çıxmağı bacarıb.
Lakin Nəsimi rayonundakı biabırçı vəziyətə görə əsas məsuliyyət onda deyil , icra başçısı Asif Əsgərovdadır. Fədaiyə məhəllədaxili ərazilərdə, insanların istirahət yerlərində qanunsuz tikintilər aparmasına razılığı məhz icra başçısı verib.
Ağaclar, yaşıllıqlar məhv edilir, vətəndaşlar dövlətdən incik salınır.
Azerinfo.az əməkdaşlarının Nəsimi rayonunda qanunsuz tikililərlə bağlı videosüjetlərdə cənab prezident İlham Əliyevin toxunduğu problemlər qabarıq surətdə görünür.
Araşdırmalarımız davam edəcək.