Redaktor seçimi
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Günün xəbəri

Hesablama Palatasının qətiyyətsizliyi –Abşeronun “KRALİÇASI” Gülməmmədovanın mənimsədiyi 680,0 min manat yeinti faktı necə ört-basdır edilib?

 Yenixeber.org: Azərbaycanda anomal istilərlə müşayiət olunan iyul ayının ilk günləri həm də respublikanın həyatını silkələyən iki hadisə ilə yaddaqalan oldu. Mingəçevirdə baş verən qəza nəticəsində yaşanan enerji böhranı və əlbəttə ki, Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə qarşı sui-qəsd.
Doğrudur, hər iki hadisə dərhal dövlət rəhbərliyi tərəfindən nəzarətə götürüldü, qısa zaman ərzində paytaxtda və bölgələrdə elektrik təchizatı demək olar ki, tam təmin olundu. Yaxşı ki, sui-qəsd cəhdi də ölümlə nəticələnmədi. Lakin icra başçısına güllə atılmasına verilən rəsmi şərhdə hadisə adi kriminal olay kimi təqdim olunsa da, ictimaiyyət bunu birmənalı qarşılamadı.
Rəylərdə Elmar Vəliyevin idarəçilik metodunun narazılıq doğurması, dövlət qulluqçusu kimi etik davranış kodeksini pozması da səbəb kimi göstərildi. Əlbəttə, bunun tendensiya xarakteri alması yolverilməzdir və cinayətkar layiq olduğu cəzanı almalıdır. Amma bu bir həqiqətdir ki, Azərbaycanda həqiqətən də qanunsuz əməlləri əndazəni aşmış “kiçik padşahlar” vardır və onlar nə qanunun tələbləri ilə hesablaşır, nə də Prezidentin xəbərdarlıqlarına məhəl qoyurlar. Üzücüdür ki, onların fəaliyyətlərinə nəzarət etməklə vəzifələndirilmiş dövlət və hökumət strukturları ciddi ölçü götürmür, əksinə, aşkar etdikləri neqativ halları nəyinsə, hansı maraqlarınsa müqabilində ört-basdır etməyə çalışırlar.
Götürək elə, Abşeron RİH-nin fəaliyyətində 680,0 min manatlıq yeinti faktını aşkarlayan Hesablama Palatasının qətiyyətsizliyini. Palata dövlət büdcəsinin yerli xərclərindən Abşeron rayon İcra Hakimiyyətinə və onun tabeliyində olan idarə, müəssisə və təşkilatlara ayrılan vəsaitlərin istifadəsi vəziyyəti ilə bağlı həyata keçirdiyi auditin nəticələrini Baş prokurorluğa, Prezident Administrasiyasına göndərmədi.
Sadiq oxucularımız xatırlayarlar: Yazmışdıq ki, Abşeronda qurumlar tərəfindən təsərrüfat gəlirləri hesabına maliyyələşməli xərclər bəzi hallarda büdcə vəsaiti hesabına ödənildiyi, müvafiq bölgüyə riayət edilmədən tələbatdan artıq alınmış vəsaitin təyinatı dəyişdirilərək təsərrüfat məqsədlərinə, o cümlədən dövlət büdcəsi ilə nəzərdə tutulmayan mənzil fondunun məişət və istehsalat tullantılarının daşınması xərclərinin, digər xərclərin, eləcə də vergi qanunvericiliyinə riayət edilməməsi səbəbindən vergi orqanları tərəfindən hesablanmış və tətbiq olunmuş maliyyə sanksiyasının ödənişinə yönəldiyi üzə çıxıb. Bəzi hallarda mənzil fondunda əsaslı təmir işlərinin eyni ünvanda üst-üstə düşməsi və işlərin dəyərinin artırılması, satınalmalar üzrə qanunvericiliyin və əmək məcəlləsinin tələblərinin gözlənilməməsi, lift xidmətində əhalinin sayının az göstərilməsi, və s. nəticəsində artıq ödənişlərə, həmçinin mövsümə uyğun olmayan alışlara vəsait yönəltməklə səmərəsiz xərclərə yol verildiyi aşkarlanır. Bir sözlə, Abşeron RİH-nin fəaliyyətində büdcə vəsaitlərinin təyinatdan kənar, səmərəsiz xərclənməsinə yol verilib ki, buna da icra başçısı İradə Gülməmmədova cavabdehlik daşıyır.
Məsələ burasındadır ki, Zakir Fərəcovun Abşerona rəhbərlik etdiyi dönəmdə rayonda vəziyyət indikindən xeyli yaxşıydı. Fərəcov Sumqayıt şəhərinə rəhbər vəzifəyə təyinat alandan sonra Abşeronda onu əvəzləyən İradə xanımın da vəzifəyə gəlməsində məhz Zakir müəllimin dəstək olduğu deyilirdi. Amma çox əfsuslar olsun ki, İ.Gülməmmədova ona etibar edən sələfini məyus etdi, idarəçilikdə ciddi nöqsanlara yol verməklə etimadı doğrultmadı. Xanım başçıdan artmaqda olan ictimai narazıçılığın bir səbəbi də onun alver predmetinə çevirdiyi vəzifə və postları satdığı adamlarla “centlmen sövdələşmələrinə” xəyanət etməsidir. Vəzifəyə gətirib, sonra da ciddi səbəb olmadan uzaqlaşdırdığı şəxslərlə pul qovğası hələ də səngimir.
Qəribədir ki, məyus etdiyi Z.Fərəcovun ona olan güvəncli münasibətinin get-gedə soyuduğunu müşahidə edən İradə xanım bunun səbəbini özündə deyil, başqasında axtarır. Sanki həmişə şübhələnir ki, onunla Zakir müəllimin arasını vuran var. Daha qəribə burasıdır ki, şübhələndiyi şəxsləri məhz həmcinsləri arasında axtarmağa meyllidir. Olub ki, onun belə əsassız şübhələri Abşeron məktəblərindən birinin xanım direktoruna qarşı yönəlib və ikincinin vəzifədən qovulması ilə nəticələnib.
Ambisiyaların bu cür təzahürlərinə həssas yanaşan Zakir müəllim söz-söhbət böyüməsin deyə həmin müəllimənin Sumqayıta təyinat almasına nail olub. Hətta bir ara məlumat dolaşdı ki, bu məsələ barədə saytlardan biri daha müfəssəl məqalə yazıb və nəticədə İ.Gülməmmədova həmin sayt rəhbərinə təsir etmək üçün qadınların əsas silahı olan göz yaşı axıtmaq qərarına gəlib. O da bildirilir ki, İradə xanımın Abşeronxeber.az saytının 5 yaşının tamam olması münasibətilə tədbir təşkil edib KİV işçilərinə şirniyyat qonaqlığı vermək təşəbbüsü də məhz həmin söhbəti səngitmək məqsədi daşıyırmış.
P.S. Bu yaxında Abşeron rayonunda mühüm vəzifələrdən birini tutmuş şəxs tərəfindən xanım icra başçısına qarşı rüşvət ittihamı irəli sürülüb. Son anadək icra başçısı ilə sıx işbirliyində olan həmin şəxslə İradə Gülməmmədova arasında qəfil uçurumun yaranmasına səbəb ikincinin ambisiozluğunun səbəb olduğu deyilir.
Məsələ burasındadır ki, rayon rəhbərinin sələfi Zakir Fərəcovun bacısı oğlu – Abşeron RİH başçısının birinci müavini Məhəmməd Həsənovla konfliktdə olduğu hamıya bəllidir. Talesiz məmurun bəxti onda gətirməyib ki, İ.Gülməmmədova onu M.Həsənovun kabinetindən çıxan görüb. Bu da xanım başçını necə deyərlər, cin atına mindirib. O üzdən həmin vəzifəli şəxs intriqanın qurbanı olub. Gülməmmədova onu işdən çıxarıb. Görünür, adam vəzifəyə gəlməsi təmənnasız olmayıbmış deyə indi aldanmış vəziyyətə düşdüyündən özünə qarşı haqsızlıqla barışmaq istəmir.
Mövzuya qayıdacağıq.
RealMedia.az-ın baş redaktoru, 
Ramin Məhəmmədoğlu

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam