Redaktor seçimi
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Günün xəbəri

İradə Gülməmmədovaya qarşı RÜŞVƏT ittihamı



Yenixeber.org: Hesablama Palatasının az qala hər dəfə dövlət büdcəsinin yerli xərclərindən Abşeron rayon İcra Hakimiyyətinə və onun tabeliyində olan idarə, müəssisə və təşkilatlara ayrılan vəsaitlərin istifadəsi vəziyyəti ilə bağlı həyata keçirdiyi auditin nəticələri üzrə hesabatı yayılanda təxminən eyni qanunsuzluqların aşkarlandığı bəlli olur.

Qurumlar tərəfindən təsərrüfat gəlirləri hesabına maliyyələşməli xərclər bəzi hallarda büdcə vəsaiti hesabına ödənildiyi, müvafiq bölgüyə riayət edilmədən tələbatdan artıq alınmış vəsaitin təyinatı dəyişdirilərək təsərrüfat məqsədlərinə, o cümlədən dövlət büdcəsi ilə nəzərdə tutulmayan mənzil fondunun məişət və istehsalat tullantılarının daşınması xərclərinin, digər xərclərin, eləcə də vergi qanunvericiliyinə riayət edilməməsi səbəbindən vergi orqanları tərəfindən hesablanmış və tətbiq olunmuş maliyyə sanksiyasının ödənişinə yönəldiyi üzə çıxır. Bəzi hallarda mənzil fondunda əsaslı təmir işlərinin eyni ünvanda üst-üstə düşməsi və işlərin dəyərinin artırılması, satınalmalar üzrə qanunvericiliyin və əmək məcəlləsinin tələblərinin gözlənilməməsi, lift xidmətində əhalinin sayının az göstərilməsi, və s. nəticəsində artıq ödənişlərə, həmçinin mövsümə uyğun olmayan alışlara vəsait yönəltməklə səmərəsiz xərclərə yol verildiyi aşkarlanır. Təsdiqlənir ki, “Milli Mühasibat Uçotu Standartlarına keçid təmin olunmayıb, kommunal xidməti üzrə əhali və qeyri-əhali qrupu üzrə məişət tullantılarının daşınması işləri əsasnamələrinə uyğun vəzifə və funksiyasına aid olan müəssisələrə həvalə edilməyib, ödəniş növbəliliyi gözlənilmədiyindən büdcə və sosial sığorta üzrə kreditor borcu artıb.

Bu neqativ hallara təkrar-təkrar yol verildiyinə baxmayaraq, rayon icra hakimiyyətinin başçısı İradə Gülməmmədovaya bundan ötrü “gözün üstə qaşın var” deyən olmur. Aşkar həqiqətdir ki, qeyd olunan nöqsanlar (yumşaq ifadədir – red.) nəhəng korrupsiya aysberqinin görünən tərəfidir.

Məsələ burasındadır ki, ilk baxışda adi səhlənkarlıq kimi görünən bu pozuntuların altında nələrin gizləndiyini itirib-axtaran yoxdur. Bəlkə ödəniş növbəliliyinin gözlənilməməsi” növbədə qabağa salınanlardan təmənna umulması səbəbindən doğan nəticədir? Bəlkə “mövsümə uyğun olmayan alışlara vəsait ayrılması” həmin vəsaitlərin nağdlaşdırılaraq korporativ maraqların təmin edilməsi üçündür? Bəlkə işlərin “əsasnamələrinə uyğun vəzifə və funksiyalarına aid olan müəssisələrə həvalə edilməməsi” uyğunsuz müəssisələrin rəhbərləri ilə korruptiv sövdələşmələrin nəticəsidir?

Əlbəttə, başçı qadındır deyə bütün bunların üstündən sakitcə keçmək olmaz. İşi Baş Prokurorluq araşdırmalıdır.

Etibarlı mənbədən əldə etdiyimiz məlumatlara görə bu yaxında Abşeron rayonunda mühüm vəzifələrdən birini tutmuş şəxs tərəfindən xanım icra başçısına qarşı rüşvət ittihamı irəli sürüldü. Son anadək icra başçısı ilə sıx işbirliyində olan həmin şəxslə İradə Gülməmmədova arasında qəfil uçurumun yaranmasına səbəb ikincinin ambisiozluğunun səbəb olduğu deyilir.

Məsələ burasındadır ki, rayon rəhbərinin sələfi Zakir Fərəcovun bacısı oğlu – Abşeron RİH başçısının birinci müavini Məhəmməd Həsənovla konfliktdə olduğu hamıya bəllidir. Talesiz məmurun bəxti onda gətirməyib ki, İ.Gülməmmədova onu M.Həsənovun kabinetindən çıxan görüb. Bu da xanım başçını necə deyərlər, cin atına mindirib. O üzdən həmin vəzifəli şəxs intriqanın qurbanı olub. Gülməmmədova onu işdən çıxarıb. Görünür, adam vəzifəyə gəlməsi təmənnasız olmayıbmış deyə indi aldanmış vəziyyətə düşdüyündən özünə qarşı haqsızlıqla barışmaq istəmir.(realmedia.az)

Mövzuya qayıdacağıq.

Redaksiyadan: qarşı tərəfi də dinləməyə hazırıq.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam