Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Deputat:“Bəzi masaj salonlarında əxlaqa uyğun olmayan xidmətlər təklif edirlər”

 

 

 

“Turistlərin ölkəyə gəlməsi müsbət haldır. Amma elə şeylər var ki, diqqətdə saxlanılmalıdır. Qonşuluğumuzda ərəblər kirayə evlərdə qalır, əxlaqa uyğun olmayan işlərlə məşğul olurlar, oraları çox pis vəziyyətə çeviriblər. Belə olmaz axı”

 

Yenixeber.org: Bunu Milli Məclisin İnsan hüquqları və Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin birgə iclasında Azərbaycanın İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorunun 2017-ci il üzrə illik məlumatının müzakirəsi zamanı deputat Tahir Kərimli deyib.

O, bəzi masaj salonlarının fəaliyyəti ilə bağlı da narazılığını bildirib: “Bəzi masaj salonlarında əxlaqa uyğun olmayan xidmətlər təklif edirlər. Bunların qarşısı alınmalıdır, çox ciddi nəzarət edilməlidir. Azərbaycan mənim nəzərimdə dünyanın “ən göyçək fatması”dır. Mənim dövlətimdən namuslu-qeyrətli dövlət ola bilməz. Milli-mənəvi dəyərləri qorumalıyıq”.

Deputat Fəzail Ağamalı da həmkarının mövqeyini dəstəkləyib. O bildirib ki, qanun çərçivəsində belə şeylərin qarşısı almaq lazımdır: “5-10 manata görə dəyərlərimizi aşağılaya bilmərik”. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam