Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

“Yol polisi bəzi region nömrələrindən qorxur”

“Yol polisi bəzi region nömrələrindən qorxur”

 

“Azərbaycanın avtomobil yollarında olan vəziyyət biabırçı və əsl genosiddir. Qarabağ müharibəsində 30 minə yaxın adam həlak olubsa, o illərdən bu günə kimi də 50 min insan avtomobil qəzalarında həyatını itirib”.

 

Xeberinfo.com:   Modern.az-ın xəbərinə görə, bu sözləri Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bugünkü iclasında  deputat Elmira Axundova deyib.

 

Deputat təklif edib ki, Azərbaycanda şəxsi maşınlarla xarici turistləri gəzdirmək qadağan olunsun:

“Bu yaxınlarda 3 ərəb turist Bakıda avtoqəzalarda həlak oldu. Yollardakı pis vəziyyətə görə hansısa bir qanun layihəsi qəbul edib, ciddi tədbirlər görməliyik. Yaxud da xarici turistlərin Azərbaycanda şəxsi avtomobillərə minməsi qadağan olunsun. Turistlərlə işləyən insanlar, sürücülər xüsusi peşəkarlar olsunlar. Çünki belə getsə, turistləri itirəcəyik”.

 

Komitə sədri Hadi Rəcəbli isə deyib ki, ölkədə yolların vəziyyəti yaxşılaşdıqca, sürət həddi də artır. "Sürət artıqca da təhlükələr çoxalır”.

 

Deputat Araz Əlizadə bildirib ki, sürücülük vəsiqələrinin satışının qarşısı alınmalıdır: “Yollardakı faciələrin qarşısını almaq istəyiriksə, Azərbaycanda sürücülük vəsiqələrinin satışının qarşısı alınmalıdır. İndi qocalmışam. Gün o gün olsun ki, Bakı- Astara yolunun tam açılmasını görüm. Uzun illərdir ki, bu yolda hissə-hissə təmir gedir. Ancaq biz əgər yollarda ölümün qarşısını almaq istəyiriksə, sürücülük vəsiqəsinin satılmasının qarşısını alımalıyıq.

Hazırda yollarda cavanlar tüğyan edirlər. Bizdə xüsusi maşın nömrələri var ki, onlara polis yaxınlaşmağa qorxur. Onlar ləğv edilməlidir. Bəzi region nömrələri var ki, polis onlara da yaxınlaşmağa qorxur. Onlar da ləğv edilməlidir. Bunlar ləğv edilmədikcə, necə yol çəkilir çəkilsin qəzalar yenə də baş verəcək”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam