Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

“Əhmədli”də acınacaqlı mənzərə– FOTO

“Əhmədli”də acınacaqlı mənzərə

 

Hər həftənin şənbə-bazar günləri təşkil edilən kənd təsərrüfatı məhsulları yarmarkasından sonra dəhşətli mənzərə yaranır - meyvə-tərəvəz qalıqları, zibil tullantıları küçə boyu səpilir

 

Yenixeber.org: Yerli KİV-ə istinadən məlumatına görə, Xətai rayonu, Məzahir Rüstəmov küçəsi (“Əhmədli” metrostansiyası, “Bakı” kinoteatrının yanı) meyvə qalıqlarından keçilməz olur.

“Küçə boyu səpələnmiş tullantıları toplayıb daşımaq əvəzinə binaların həyətinə, ağacların dibinə atırlar. Üfunətdən nəfəs almaq mümkün deyil”, - sakinlər şikayətlərində bildiriblər.

Onların sözlərinə görə, antisanitariya səbəbindən binaların blokları siçovul yuvasına çevrilib. 

“Yarmarkada diri toyuq-cücə satılır, onları elə küçədəcə kəsirlər, içalatını torbaya yığıb ağacın dibinə atırlar. Eləcə də, balığı piştaxtanın üstündə təmizləyirlər, içalatını köhnə vannalara yığırlar”, - yaxılıqdakı binanın sakini Allahverdi Musayev söyləyib.

Şikayətçilər deyir ki, yarmarka açılandan ərazi sahibsiz heyvanların məskəni olub. 

“Küçədəki bu vəziyyətlə bağlı Xətai Rayon İcra Hakimiyyətinə şikayət etmişik. Hələlik heç bir tədbir görülmür”.

Başqa bir sakin isə bildirir ki, yarmarkanın fəaliyyət göstərdiyi günlər binaların qarşısı keçilməz olur. Həm satıcılar, həm də alıcılar maşınlarını həyətlərdə saxlayırlar. Bəziləri isə elə binanın həyətində piştaxta qoyub meyvə satır. Dəfələrlə narazılıq yaransa da, bu vəziyyətin qarşısını almaq mümkün olmur. 

“Yağış yağandan sonra vəziyyət daha dözülməz olur, tullantılar palçığa qarışır”, - sakinlər əlavə ediblər.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam