Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Lənkəranı niyə qaranlığa qərq ediblər?- İşıq idarəsinin “yağlama” əməliyyatı

 

Yenixeber.org: Lənkəranda regional elektrik şəbəkə ilə abonentləri arasında qalmaqal yaranıb.

BakuPost.az-a müraciət edən şəhər sakinləri ələ salındıqlarını bildiriblər. Rayonda elektrik enerjisinin ciddi problemə çevrildiyini bildirən şikayətçilər qeyd ediblər ki, əvvəllər həftə sonu, yəni şənbə və bazar günləri Lənkərana elektrik enerjisi fasilələrlə verilirdisə, indi həftənin bütün günləri əhali müxtəlif saatlarda enerji üzünə həsrət qalır: "Yenə giley-güzarımız daha çox qaranlığa qərq edilən 9-cu xətlə bağlıdır. Rayonun ən böyük abonent tutumu olan bu xəttini sanki işıqfora qoşublar. Hər gün söndürülən bu xəttin acınacaqlı taleyi haqlı abonentləri düşündürməyə vadar edir. Yerli sakinlər 3 gündür bu anoloji vəziyyətlə bağlı son ümid yeri kimi Lənkəranda fəaliyyət göstərən yerli televiziyaya üz tutublar. Məsələ ilə bağlı düzgün informasiya əldə etmək üçün televiziyaya müraciət edən insanlara verilən cavab daha da acınacaqlı olub. Elektrik Şəbəkə əməkdaşları media nümayəndələrini belə özlərinin "açılma, yağlanma” adlandırdıqları "daxili təmir işləri”ni çəkməyə icazə vermirlər. Əgər köhnə avadanlıqlar əsaslı təmir edilirsə, açılma və yağlanmalar olursa, niyə də əhali onları görməməlidir? Bu gizli qalan "bərpa işləri”nin arxasında həqiqi baş verənləri bilmək heç də çətin deyil”. 

Lənkəran sakinləri əlavə edib ki, aidiyyəti qurumun belə özbaşınalığı əhalinin ciddi şəkildə hiddətlənməsinə səbəb olur: "Əhalini bu istidə işıqla sınağa çəkənlər hansı məsuliyyət daşıdıqlarını yaxşı bilirlər. Müəmma və sirli "yağlama” əməliyyatının arxasında dayanan gizli məqsədlər inanırıq ki, tezliklə onların sonuna çıxacaq. Bununla da Lənkəranın üzərindən qara buludlar çəkiləcək, işıqlı abonentlərin mənzillərində işıq problemi öz həllini tapacaq”. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam