Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

“Azərbaycanın hər hansı bir ölkədən internet trafikinə görə asılılığı yoxdur”

 

124

“Son günlər haqqin.az və virtualaz.org informasiya agentliklərinə istinad etməklə bəzi informasiya agentliklərində Azərbaycan rabitəsinin 100%-inin İran ərazisindən həyata keçirilirməsi barədə yanlış informasiya yayılmışdır. Yayılan məlumatlarda haqqın.az İranın MNA agentliyinə istinad edərək xəbər verir ki, bu ölkənin rabitə nazirinin müavini Cavad Azəri Cahromi belə bir bəyanatla çıxış edib”. 

Xeberinfo.com:   Bu fikirlər “Delta Telekom LTD” MMM-dən “AzPolitika.info”ya daxil olan məlumatda yer alıb.

Məlumatda daha sonra bildirilir: “Nəzərinizə çatdırırıq ki, İran Rabitə nazirliyinin və şəxsən cənab Cahrominin Azərbaycan tərəfi ilə həmişə isti münasibətləri mövcud olub və bu gündə əməkdaşlıq yüksək səviyyədə davam etdirilir.

Diqqətinizə çatdırırıq ki, cənab Cavad Azəri Cahromi müsahibəsində İranda son zamanlar internetin inkişafı məsələlərindən danışmış, qonşu ölkələrlə bu istiqamətdə geniş layihələr həyata keçirildiyini vurğulamış və Azərbaycan Respublikasının ayrılmaz tərkib hissəsi olan Naxçıvan MR-in rabitəsinin 100% həcmi İran ərazisindən keçən rabitə kanalları ilə verildiyini bildirmişdir. ( “… 100 percent of Azerbaijan and Nakhchivan’s communications,) (http://en.mehrnews.com/news/120995/Iran-smart-filters-95mn-explicit-(contents-on-Instagram)
Bildiririk ki, Ermənistan respublikası ilə həmsərhəd ərazidə yerləşən Naxçıvan MR 90-cı illərdən başlayaraq ermənilər tərəfindən bütün sahələrdə olduğu kimi rabitə sahəsində də blokadada saxlanıldığını nəzərə alsaq, Muxtar Respublikanın rabitə ilə təminatının ən qısa və keyfiyyətli yolu İran ərazisindən keçən rabitə kanallarıdır. Rezerv olaraq isə Naxçıvan MR digər istiqamətdən rabitə ilə təmin olunur ki, bu da birbaşa İrandan asıllığı aradan qaldırır.
İnternetlə təminat məsələsində isə “Delta TelekomLTD” MMM İran ərazisində fəaliyyət göstərən yerli internet operatorları ilə qarşılıqlı əməkdaşlıq edərək, İİR-in internet trafiki ilə təmin olunmasının əhəmiyyətli hissəsini həyata keçirir və bu əməkdaşlığın artırılmasında maraqlıdır.
Bir daha qeyd edirik ki, haqqın az və virtualaz.org sayıtlarında yayılmış məlumatlar həqiqəti əks etdirmir. Qeyd olunan saytlardan internetin İrandan tranzit olunması ilə bağlı “Delta Telekom LTD” MMM-ə şifahi və ya yazılı formada hər hansı müraciət daxil olmamışdır.
Sonda bir daha informasiya agentliklərinə bu cür məsələlərdə diqqətli olmağı və Respublikamızın mövcud geosiyasi vəziyyətini nəzərə alaraq yanlışlıqlara yol verməməyi xahiş edir və əmin edirik ki, Azərbaycan dövlətinin hər hansı bir ölkədən internet trafikinə görə 100% asıllığı yoxdur”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam