Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Təhsil Nazirliyi təhsil ocaqlarını niyə bağlayır?- Qəribə açıqlama...

Təhsil Nazirliyi təhsil ocaqlarını niyə bağlayır?

 

 Aşağı Quşçu kəndində yaşayan uşaqların bəziləri bu il məktəbəqədər hazırlıq kursuna gedə bilməyəcəklər. Buna səbəb İsmayıl Mürşüdov adına Aşağı Quşçu kənd orta məktəbində yaradılacaq 5 yaşlı uşaqlar üçün məktəbə hazırlıq qruplarından birinin ləğv olunmasıdır.

Yenixeber.org: Sözügedən problemlə bağlı müraciət edən məktəbin müəllimi Göyçək Məmmədova bildirir ki, O, bu ilin oktyabr ayında dərsə başlayacaq 3 qrupdan birinə dərs deyəcəkmiş. Hətta bunun üçün Təhsil Nazirliyinin təşkil etdiyi kursa da gedib. Lakin dərslərin başlamasına bir neçə həftə qala onun rəhbərlik etdiyi qrup ləğv edilib. Müəllim bununla bağlı Tovuz rayon Təhsil Şöbəsinə müraciət edib. Bildirilib ki, sözügedən qrupu Təhsil Nazirliyi ləğv edib. Digər qruplarda yer olmadığı üçün bu il kənddə 18 uşaq məktəbəqədər hazırlıq kurslarına gedə bilməyəcək. 29 ildir ibtidai siniflərə dərs deyən müəllim indi nə edəcəyini bilmir.

Sözügedən problemlə bağlı Təhsil Nazirliyi ilə əlaqə saxladıq. Nazirliyin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov bildirdi ki, şifahi şəkildə cavab verilə bilməz: "Yazılı şəkildə bizə müraciət edin, məsələ araşdırıldıqdan sonra sizə məlumat veriləcək". 

 

Məsələ diqqətimizdədir...

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam