Redaktor seçimi
Mingəçevir Təhsil sektorunun müdirini nazir müavini ilə nə bağlayır?!:  Sevinc Həsənova məsul şəxslər barədə kompramat toplayır -
TƏCİLİ! "Landmark Baku"da çalışan diplomatları iranlı qızlarla görüşdürüb çəkdirən iş adamının adı məlum oldu —
AzTU-nun rektoru Vilayət Vəliyevə "DUR" deyən tapılacaqmı?! -
Emin Əmrullayevin “Bəddualı paketi” -
AzTU-nun rektoru Vilayət Vəliyev "bazarkom" kimi -
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Günün xəbəri

5 - yaşlılardan Təhsil Nazirliyinin adı ilə pul yığılır?!: RƏZALƏT

5 - yaşlılardan Təhsil Nazirliyinin adı ilə pul yığılır?!: RƏZALƏT

 

        Təhsil Nazirliyinin təsdiq etdiyi dərsliyin qiyməti 17 manatdır?

 

Xeberinfo.com: Orta məktəblərdə müxtəlif adlarla pul yığılması günümüzün normasıdır. Bunun əksini düşünmək, ya da danışmaq isə ya özünü, ya da qarşındakını avam saymaqdan başqa bir şey deyil. Olsun, ölkə insanı bu acı həqiqətlə çoxdan barışıb və susur.

Amma, bu gün xeberinfo.com-a daxil olan məlumata isə seyriçi qalmaq mümkünsüzdür. Söhbət bu ildən orta məktəblərdə fəaliyyətə başlayan məktəbə hazırlıq kurslarından gedir. Abşeron rayonundakı oxucularımızın redaksiyamıza verdiyi məlumata görə, orta məktəblərdə məktəbə hazırlıq kurslarına cəlb olunmuş 5 yaşlı uşaqlardan pul yığılır. Həm də Təhsil Nazirliyinin adı ilə. Sən demə, Təhsil Nazirliyi tərəfindən məktəbə hazırlıq kursları üçün təsdiq olunmuş 4-5 kitabdan ibarət kamplekt var və bunun qiyməti də 17 manatdır. Müəllimlər bu məbləği valideyinlərdən toparlamalı və Sumqayıtda "Xəmsə" deyilən satış məntəqəsindən bu kamplekti almalıdır(?)

Bu məlumata seyriçi qalmağın mümkünsüzlüyü hədəfdə 5 yaşlı uşaqların olması səbəbindəndir. Təsəvvür edirsinizmi, hələ normal danışmağı bacarmayan körpələrdən hansısa adla pul alınır. (Fərq etməz birbaşa valideyindən alınsa da. Əsas odur ki, bu uşaqların qulağı, gözü bu yaşından bunca çirkaba bulaşır.) Bu RƏZALƏTdir, bu gələcəyimizin kor, kar olmasını gözə almaqdır. Başqa nə ad verək buna?                       

                                         ***

Xatırladım ki, Nazirlər Kabinetinin müvafiq qərarı ilə orta məktəblərdə dövlət büdcəsi hesabına məktəbə hazırlıq kursları açılıb. Qərarda 5 yaşlı uşaqların məktəbə hazırlıq təhsilinin təşkilində məktəbəqədər təhsil müəssisələri iləyanaşı, mövcud təhsil və digər sosial-mədəni obyektlərin infrastrukturundan, dövlət ümumtəhsil məktəblərinin pedaqoji kadr potensialından istifadə edilməsi də nəzərdə tutulub. Elə təhsil naziri də bu haqda danışanda 5 yaşlıların məktəbə hazırlanmasının pulsuz olacağını bildirmişdir.

Biz bu məlumatla bağlı Təhsil Nazirliyinin Mətbuat Xidmətindən bir açıqlama almaq istədik. Təəssüf ki, xidmətin telefonuna dəfələrlə zəng etsək də dəstəyi qaldıran olmadı(?)

Abşeron rayon təhsil şöbəsinin sözçüsü Aysel xanım isə bu məlumatdan xəbərsiz olduğunu bildirdi: “Orta məktəblərdə hazırlıq kurslarından heç bir halda pul alınmamalıdır. Amma, bu məlumatı da tərəfimizdən araşdıracağıq”.

İnformasiya şöbəsi.

 

     


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam