Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

“SOS”! “SOS!!” “SOS!!!” ÖMÜRLÜK MƏHBUSLAR HƏBSXANASINA DİQQƏT !!!

“SOS”! “SOS!!” “SOS!!!” ÖMÜRLÜK MƏHBUSLAR HƏBSXANASINA DİQQƏT !!!

 

Akif Nağı ömürlük məhbuslara zülm edən, prezidentin sərəncamına ironiya ilə yanaşan rəislə bağlı müraciət etdi

Yenixeber.org: Qarabağ Azadlıq Təşklilatının sədri, Ömürlük Məhbusların Hüquqlarını Müdafiə Komitəsinin rəhbəri Akif Nağı Qobustan həbsxanasındakı ağır vəziyyət, məhbuslara işgəncə verilməsi, həbsxana rəisi və əməkdaşlarının özbaşnalığı ilə bağlı prezident İlham Əliyevə müraciət edib. Müraciətdə deyilir:

 

“Ömürlük həbs cəzası almış məhbusların yaxınlarının şikayəti əsasında Sizə müraciət edirik. Bu insanların ümidləri hər yerdən üzülüb, saysız müraciətlərinə heç bir reaksiya verilməyib. Bu vəziyyət onların dövlətə, haqq-ədalətə inamlarını öldürüb. İnsanların bu cür carəsiz vəziyyətə salınması dövlətimiz üçün ciddi təhlükə mənbəyinə çevrilə bilər. Buvəziyyət məsul şəxslərin, məmurların öz vəzifə borclarına məsuliyyətsiz yanaşmasının, acgözlüyünün, rüşvətxorluğunun, kütbeyinliyinin nəticəsi olaraq meydana gəlir. Ömürlük məhbusların, onların yaxınlarının bu vəziyyətə salınmasına görə Ədliyyə nazirliyinin, Penitensiar xidmətin, Qobustan həbsxanasının rəhbərliyi birbaşa məsuliyyət daşıyır. Ədliyyə nazirliyinin və Penitensiar xidmətin rəhbərliyi edilən müraciətlərə heç bir reaksiya vermir, heç bir problemin həllinə maraq göstərmir, bununla da insanları hakimiyyətdən incik salır, dövlətin sosial dayaqlarına zərbə vururlar. Qobustan həbsxanasının rəhbərliyinin fəaliyyəti isə, ümumiyyətlə, dövlətin siyasətinə qarşı yönəlib. Həbsxanın rəisi Aftandil Ağayev hətta Sizin apardığınız siyasətə qarşı çıxmaqdan çəkinmir, Sizin 10 fevral 2017-ci il tarixdə imzaladığınız “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” sərəncamınıza ironiya ilə yanaşır, şahidlərin dediyinə görə, Sizin ünvanınıza təhqiramiz ifadələr işlədir və “mən buranın ağasıyam, nə istəyirəm edirəm, hara istəyirsiniz şikayət edin”, -deyir. Bu harınlamış “ağa” nın özünü nə üçün belə aparmasının, kimə arxalanmasının səbəbi məlum deyil. Həbsxanın rəisi Aftandil Ağayev, əməkdaşları Ədalət Hümbətov, Adil Şirməmmədov, Rabil adlı nəzarətçi xüsusi işgəncə, adamlardan pul qopartma, korrupsiya mexanizmi yaradıblar. Onların bu işgəncə mexanizmi yayın isti günlərində daha şiddətli həddə çatıb. Kameralarda istidən dayanmaq mümkün deyil, ventilyatorları məhbusların əlindən alır, sonra yenidən baha qiymətə özlərinə satırlar, soyuducular normal işləmir, kamerasına soyuducu alıb gətirmək istəyən məhbuslardan rüşvət olaraq 1000-1200 manat istəyirlər. Məhbuslara müxtəlif cür fiziki və mənəvi işgəncələr verirlər. Ən geniş yayılmış cəzalardan biri odur ki, işıqları bir neçə saatlığına söndürürlər, kameralarda istidən nəfəs almaq mümkün olmur, soyuducuların içərisindəki bütün ərzaq xarab olur.  Məhbusların yanına gələn yaxınlarını incidir, hər addımda pul alırlar. Uzunmüddətli görüş üçün otaqlar antisanitariya vəziyyətindədir, nisbətən babat otaqları rüşvətlə verirlər. Bu günlərdə görüşə gedən valideynləri otağa salıb qapını bağlayıblar, yuyunmaq üçün verilən suya elektrik cərəyanı buraxıblar, məhbusun yaşlı atası, kiçik yaşlı uşağı elektrik cərəyanının vurması ilə ağır vəziyyətə düşüblər. Ən dəhşətlisi isə odur ki, onların şikayətinə cavab veriblər ki, “yaxşı eləmişik, hamınızı bü cür qıracağıq”. Məhbuslara yaxınlarının meyvə, tərəvəz aparmasına imkan vermir, amma həmin malları həbsxanın daxilində çox baha qiymətə satırlar. Ümümiyyətlə, həbsxana mağazasında qiymətlər həddindən  artıq  bahadır. Bu məslələrlə Sizin vaxtınızı almaq istəməzdik, amma məmurlar heç bir müraciətə cavab vermir, ölçü götürmürlər. Ona görə də xahiş edirik ki, bu məsələyə müdaxilə edəsiniz, uyğun tədbirlərin görülməsi üçün tapşırıqlarınızı verəsiniz.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam