Redaktor seçimi
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Təhməzlilərin "6-cı mərtəbə"sində çirlki pullar belə yuyulur -
Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki ekoloji fəlakət yaradır-
Heydərovların “London macərası” başa çatdı – 
Qadının evini başına uçuran “Melissa Group” tikinti şirkəti kimindir? -
Deputatlığa namizəd olmuş “Emil Daymond” kimi tanınan Emil Məmmədov əslində kimdir? -
Günün xəbəri

Amsterdamda Xocalı rekviyemi başladı

Amsterdamda Xocalı rekviyemi başladı

 

 

 

Bu gün Amsterdamda Azərbaycanın ən böyük diaspor təşkilatlarından olan Avropa Azərbaycanlıları Konqresinin (növbədənkənar) VI Qurultayı və Xocalı soyqırımının 26-cı ildönümünə həsr edilmiş mərasimlərə start verilib

Yenixeber.org: Hazırda Amsterdam şəhərində “De Rode Hoed (The Red Hat)” Mərkəzində simfonik orkestrın iştirakı ilə Xocalı soyqırımının 26-cı ildönümünə həsr edilmiş rekviyem davam edir.


Sabah isə qurultayın açılışı olacaq. Əvvəlcə, Avropa Azərbaycanlıları Konqresinin İdarə Heyətinin hesabatı dinləniləcək. Mandat komissiyasının məlumatından sonra Avropa Azərbaycanlıları Konqresinin rəhbər orqanlarının yeni tərkibi formalaşdırılacaq.
Panel müzakirələrində Azərbaycan Respublikası Prezidentinin "2018-ci ilin Azərbaycan Respublikasında “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi haqqında" Sərəncamına uyğun olaraq Avropa ölkələrində Azərbaycan Xalq Cümhuriyyətinin yüz illiyinin qeyd edilməsi ilə əlaqədar Avropa Azərbaycanlıları Konqresinin Tədbirlər Planı layihəsinin müzakirəsi keçiriləcək.


İkinci paneldə "1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında" Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq Avropa ölkələrində 1918-ci il 31 mart azərbaycanlıların soyqırımının yüzilliyinin qeyd edilməsi ilə əlaqədar Avropa Azərbaycanlıları Konqresinin Tədbirlər Planı layihəsi müzakirəyə çıxarılacaq.
"Azərbaycan diaporu və Azərbaycan mediası: əməkdaşlıq səviyyəsi, problemlər və onların həlli yolları" (KİV və diapor təşkilatları rəhbərlərinin iştirakı ilə) adı ilə keçiriləcək digər panel jurnalist Azər Həsrətin moderatorluğu ilə baş tutacaq.


Daha sonra Avropa Azərbaycanlıları Konqresinin Nizamnaməsinə əlavə və dəyişikliklər, Аvropa Azərbaycanlıları Konqresinin 2018-2021-ci illər üçün fəaliyyət proqramı qəbul ediləcək.
Qurultay həmçinin Xocalı soyqırımı ilə bağlı bəyanat verəcək, “Metsamor” Atom Elektrik Stansiyası ilə əlaqədar beynəlxalq təşkilatlara müraciət edəcək.


Qeyd edək ki, tədbirdə Azərbaycandan Prezidentin köməkçisi Əli Həsənov, Disporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov, xalq şairi Sabir Rüstəmxanlı, Azəri-türk Qadınlar Birliyinin rəhbəri Tənzilə Rüstəmxanlı, AAK sədri Sahil Qasımov, o cümlədən, ölkənin aparıcı media qurumlarının rəhbərləri - “Yeni Müsavat” Media Qrupunun rəhbəri Rauf Arifoğlu, “Teleqraf” Media Qrupunun rəhbəri Aynur Camalqızı, APA Holdinqin prezidenti Vüsalə Mahirqızı, Report İnformasiya agentliyinin rəhbəri Murad Əliyev, "Haqqin.az" saytının rəhbəri Eynulla Fətullayev və s. iştirak edir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam