Redaktor seçimi
Heydər Əliyevin posterini sökdürən Vüqar Sədiyev bu qədər sərvəti hansı məmurun hesabına əldə edib? -
TALIBOVLAR SƏRVƏTLƏRİNƏ SƏRVƏT QATIRLAR – Məhərrəm Talıbovun oğullarının dəbdəbəli həyatı.../
Zaur Mikayılov iri şəhərlərdə iri məbləğləri belə “yuyur” –
İcra məmurunun oğluna verilən milyonluq tenderlər -
Bakı-Quba yolunun Ziyalı, əməli Saleh olmayan bəxti....
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Günün xəbəri

11 gündür suyu qurumayan Binəqədi - VİDEO

11 gündür suyu qurumayan Binəqədidən reportaj

 

 

Bakıya güclü yağış ötən həftənin əvvəlində yağsa da, Binəqədi şossesininbir hissəsi hələ də su altındadır.
Xeberinfo.com:  Su təkcə magistral yolda deyil, həm də şosse ətrafındakı yaşayış tikililərini də əhatələyib.
Hazırda ərazidə Fövqəladə hallar nazirliyinin işçiləri tərəfindən su çəkilmə prosesi aparılsa da 11 gündür ki, bir çox evlər hələ də üfunətli suyun altındadır, BBC Azərbaycanca müxbiri Günel Səfər xəbər verir.
Sakinlərin çoxu ərazini tərk edib, ya da günün çox hissəsini nasos işlədərək həyətlərini sudan təmizləməklə məşğuldurlar.
Çəkiliş apardığımız hər evdə, bir neçə cüt uzunboğaz çəkmə var. İnsanlar işdən qayıdarkən, yolun sudan qurumuş hissəsində ayaqqablarını dəyişərək uzunboğaz çəkmələri geyinərək yavaş addımlarla evlərinə doğru irəliləyirlər.
Onlar suyun bir az çəkildiyini, ancaq xəstəlik mənbəyi ola biləcəyini da qeyd edirlər.
Ərazidə küçələrin əksəriyyətində geyimlərinin üzərinə FHN yazılmış şəxslər iri nasoslar qoşublar.
Sakinlər bildirir ki, həyətlərə yığılmış su yağış suyu deyil, kanalizasiyanın daşması nəticəsində əmələ gəlmiş su yığınıdır.
Məsələ ilə bağlı Azərsu ASC-dən şərh almaq mümkün olmayıb.
Ancaq qurum sözçüsü Anar Cəbrayıllı ötən həftə Binəqədi rayonunun digər su basmış ərazisi olan Sulutəpə qəsəbəsində yağış sularının qarşısının alınması ilə bağlı şəbəkənin olmadığını və bu səbəbdən, qrurmun yaranmış vəziyyətə cavabdeh olmadığını bildirmişdi.
O əlavə edib ki, hazırda Bakının mərkəzi küçələrin cəmi 15 faizində yağış drenaj sistemi var və "olmayan infrostruktura görə Azərsu məsuliyyət daşımır".
Bakı ərazisində sentyabrın 28 və oktyabrın 17-də yağan şiddətli yağışlar sellərin, saatlarla davam edən tıxacların yaranmasına və bir çox yaşayış yerlərinin sua altında qalmasına səbəb olub.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam