Redaktor seçimi
Cavid Qurbanovun əmisi oğlu niyə ölkədən qaçıb?! -
Gəncə şəhər stadionunun tikintisi mərhum nazirin oğlunun iş ortağına tapşırılıb -
Ağsuda dövlətin pulu küçələrin işıqlandırılması adı ilə “qaranlığa qərq olur” –
“Samur” Gömrük Terminalındakı Rüfət Qəhrəmanov kimdi? — Şahin Bağırovun adamı yoxsa… /
Bakı Dövlət Universitetində korrupsiya faktları aşkarlandı -
Sahil Babayevin gücü qarşısında Qanunlarımız və İcra Mexanizmi aciz qalıb -
Qusarçay Saleh Məmmədovun Daş Karxanasında belə “buxarlanır” –
Məzahir Pənahov dövlətin pulunu necə xərcləyir?:
Günün xəbəri

Haqqını tapa bilməyən Qazax sakini

 

      "Xeberinfo.com":   Bu yaxınlarda rayonların birində işləyib istefaya çıxmış yüksək çinli bir polis işçisiylə qanunların məmurlar tərəfindən mütamadi olaraq pozulmasından, vətəndaşların haqlı şikayətlərinə baxılmamasından söhbət edirdik.Həmsöhbətim qayıtdı ki, vallah,Bakıya baxanda əyalətlərdə qoruq- qadağa var. qanunun aliliyinə hörmətlə yanaşırlar. vətəndaşların şikayətlərinə az da olsa baxırlar və s. Amma Bakıda sanki qanun deyilən şey yoxdur, kim necə istəyir elədə hərəkət edir. Bu qanunsuzluqda oğul istəyirəm sakit yaşasın.

    Bəlkədə rayonda işləmiş tanışımın dediklərini qəribçiliyə salmazdım,amma bu günlərdə Qazax rayonunun Hüseyinbəyli kənd sakini olan oxucumuz ta 450 km yolu qət edib redaksiyamıza şikayətə gəlməsəydi. Şikayətçi kimdir və nədən,kimdən şikayət edir? Bunu bilək ,sonra şikayətçimiz danışsın biz də dinləyək. Şikayətçi Qazax rayonundakı Hüseinbəyli kəndinin qocaman və xəstə sakini Əhmədov Kərəm Məhəmməd oğludur. Kərəm Əhmədov ali təhsilli hüquq işçisidir. Ukrayna respublikasının Odessa şəhərindəki Meçnikov adına Odessa Dövlət Universitetinin hüquq fakultəsini bitirib.Uzun illər həmin şəhərin hüquq- mühafizə orqanlarında çalışıb,Çox təəccüblüdür ki, Kərəm müəllimin şikayəti həmikarlarının səhlənkarlığından, laqyidliyindən, vətəndaşların ərizə və şikayətlərinə ciddi yanaşmamalarındandır.

  Gəlin Kərəm Əhmədovun özünü dinləyək:

- Mənim şikayətim 1966-ci il təvəllüdlü qonşum Orucova Şahlıq Firudin qızından və ona havadarlıq edən bir sürü xırda buynuzlu məmur sürüsündəndir.  Bu qadın 5 ildir ki, havadarlarının köməyi ilə mənə göz verib, işıq vermir. Mütamadi olaraq mənə və ailəmə sataşır, əsəblərimlə oynayır, məni təbdən çıxarmaq istəyir. Bununlada o uzun illərdir ki, mənə mənəvi və maddi ziyan vurur. Mən də şikayətlərimi yazılı surətdə aidiyatı qurumlara bildirirəm,ancaq bu qurumlar 5 ildə bir dəfə də olsa mənim şikayətlərimə düz-əməlli baxıb hüquqi qiymət verməyib.

  2010- cu ildən üzü bəri hər zaman qonşum Şahlıq Orucova gah gizli, gah da açıq olaraq əlində ovxarlı balta mənim həyətimə girmiş. qarşısına keçən cavan və yaşlı meyvə ağaclarını kəsmişdir. Hər kəsə məlumdur ki, bir ağacın qulluğunda durub, onu böyüdüb ərsəyə gətirmək, barını dərmək üçün illər lazımdır. Bir Allah bilir ki,həyətimdəki calaq meyvə ağaclarını böyütmək üçün illərlə zəhmət çəkib, tər tökmüşəm, bar verəndə uşaq kimi sevinmişəm. Amma Şahlıq bu sevincimi irin-qana döndərib.Bar verən ağaclarımı  kəsib, hətta 30 illik qoz ağaclarına belə kəsməyə əli gəlib.

  Atalarımızın qonşu haqqında gözəl zərbi-məsəlləri var. Deyir,"Qonşu qonşu olsa, bağ çəpəri neylər", "Yaxşı qonşu qardaşdan irəlidir", "Qonşun pisdir köç qurtar" və s.

  Mənim də qonşum pis olduğuna görə qonşumla aramızda çəpər yox, hündür daş hasar var, qonşum qardaşımdan yaxın ola bilmədi, hay deyəndə,hay vermədi, sevincimə sevinib, kədərimə ağlamadı. Qonşum pis oldu, köçə bilmədim. Ona görə ki,bu yurd mənə ata-babamdan qalıb. Mən də heç vaxt ata- baba yurdunu boş qoymaram. 

   Şahlıq Orucovanın "Babam mənə kor deyib,gələnə-gedənə vur deyib", "Burda mənəm,Bağdadda kor xəlifə"prinsipi ilə yaşamasından, özbaşnalıq edib ağaclarımı kəsməsindən,mənə xeyli maddi ziyan vurmasından, Qazax rayonu Hüsynbəyli kənd icra nümayəndəsi vəzifəsini daşıyan Raqub Mustafa oğlu Şəfiyeva, kənd bələdiyyəsinin sədri Musa Qurban oğlu Musayevə və Qazax rayon polis şöbəsinə yazılı surətdə şikayət ərizəsi vermişəm. Hər üç qruma etdiyim müraciətlər heç bir nəticə vermədi və mən Respublika Daxili İşlər Nazirliyinin 102 nömrəli qaynar xəttinə zəng edib, şikayətimi bildirdim. Onlar da ədəb-ərkanla müraciətimi qeydiyata aldılar və mən böyük ümidlə işin sonunu gözlədim. Çox təəssüf ki,aradan aylar keçməsinə baxmayaraq, "qaynar" xəttin soyuqluğunu hiss etməkdəyəm.

  Bu yerdə Kərəm müəllim dərindən bir ah çəkir, köksünü ötürür. Əsəbləşir,danışa bilmir, boğazını qəhər tutur. 71 yaşlı qoca  bir qurtum su içir,yenidən sözə başlayır:

- Qardaş, məmurların, hüquq- mühafizə işçilərinin mənə qarşı haqqsız hərəkətləri, ötür- ötür oyunu, süründürməçiliyi ürəyimi ağrıdır, səhətimə pis təsir edir. Azdan, çoxdan mən də hüquq təhsili almışam, qanunları beşindən az bilsəm də, dördündən yaxşı bilirəm. Belə olmaz axı?! Vətəndaş olaraq hər birimizin anayasa hüquqlarımız var. Cənab prezident dəfələrlə ptoplantılarda, konfıranslarda məmurlara tapşırıb ki, xalqla yaxşı rəftar edin, onların ərizə və şikayətlərinə ciddi yanaşın, qanunun aliliyini qoruyun, haqqı nahaqqa verməyin və s.Amma görürsünüz də, xırda bir iş üçün nə qədər qapı döymüşəm,nə qədər o qapıların önündə dayanmışam, nə vaxtsa ədalətin zəfər çalmasını gözləmişəm. Beş il az müddət deyil. Beş ildə hansı təşkilatlara müraciət etməmişəm?! Artıq idarələrin qapısını döyməkdən üzümün suyu da tökülüb, abrım gedib.

   Son illər ölkədə əhali arasında intihar hallarının artdığı müşahidə edilməkdədir. Çox vaxt da bunun səbəbini ailə münaqişələri, sosial çatışmamazlıqla bağlayırlar, amma heç vaxt deməyiblər ki, filankəs məmur özbaşnalığına dözməyərək özünə qəsd edib.Mən bir mənalı olaraq deyirəm ki,intiharların çoxsu məmurların,hüquq- mühafizə orqanlarının camaat haqqında yeritdiyi aşağılama siyasətidir. Belə getsə mən də intihar yoluna əl atacam. İslam dinində buyrulur ki,intihar Allahın xoşuna gəlməyən bir hərəkətdir. Deyirəm belə olan halda Allah bu haqsızlıqları yaradanları görmür? Niyə bunların cəzasını vermir?!

  Sadaladığım orqanlara şikayət ərizəsi verməklə kifayətlənməyib rayonun sabiq icra başçısına və onun birinci müavini Fərman Nağdəliyevə də şifahi və yazılı məlumat vermişəm, çox təəssüf ki, o birilər kimi bunlar da şikayətim haqqında ciddi ölçü götürmədilər. Mənim üçün maraqlıdır ki, bu məmurlar idarə etdikləri ərazilərdə sakinlərin ərizə və şikayətlərinə baxmırlarsa, bəs onda onlar nə işlə məşğuldurlar?! Bəlkə onlar elə bilirlər ki,aldıqları rüşvətlə xalqın xidmətində dururlar. Şahlıq Orucova o qədərmi böyük adamdır ki, Qazax boyda rayonun hüquq-mühafizə orqanları onunla bacarmırlar? Bəlkə o qanunlardan alidir? Əgər bu doğurdan da belədirsə, mən Şahlıq Orucova haqqında yazdığım şikayəti geri götürür və onun qarşısında məğlub olduğumu etiraf edirəm.

   Alimlər ağacları dünyanın "ağ ciyəri" adlandırırlar .Və bu ağacları qorumaq, onlara aqrotexniki qulluq etməyi də hər yerdə olduğu kimi bizdə də Ekologiya və Təbii Sərvətlər Nazirliyinə həvalə olunmuşdur.Mən də bunu bildiyimdən Şahlıq Orucovanın  başıma açdığı oyunlar haqqında bu Nazirliyə də şikayət ərizəsi göndərdim və inandım ki,heç bir təşkilatdan görmədiyim diqqəti bunlardan görəcəm, dərdimə əlac edəcəklər. Atalarımızın gözəl bir sözü var; "Sən saydığını say,gör Fələk nə sayır". Qopqocaman  nazirlik münaqişəni yoluna qoymaq əvəzinə, ən asan yolu seçib. Yəni 2013-cü ilin 25 iyulunda şikayət məktubumu almaqları barədə cavab məktubu göndəriblər. Bəh- bəh, bu da ümid bəslədiyim,güvəndiyim nazirlik.

   Hərdən öz-özümə sual verirəm ki, ay Allah, görəsən bu qadının gücü nədədir ki,bu boyda rayonun məmurları onun əməllərinin qarşısında acizdirlər, mütidirlər? Sualımın cavabını özüm tapıram. Məlumdur ki, hər yerdə və hər kəsin bir "iş"verəni, bir quyruq bulayanı var. Bu "iş" verən,quyruq bulayan məmurlar tətəfindən yüksək maaşla təmin olunurlar. ən baçlıcası isə sevilirlər. Şahlıq Orucova da bu vəzifə sahiblərinin "iş" verəni olduğuna görə mənim işim daşa dirənib, şikayətimə baxılmır.

  2012-ci ildə Qazax rayon polis şöbəsinin rəis əvəzi, polis polkovnik- leytnantı Firuz Babayevə, şöbənin əməkdaşları Nazim Əliyevə, Şahvələddin Həsənova və başqa vəzifə sahiblərinə məlumat vermişəm. Lakin onlar Şahlıq haqqında ciddi tədbir görmək əvəzinə,onunla şifahi söhbət aparıblar ki, bunun da müsbət nəticəsi olmayıb.

   Mən xeyli vaxtdır ki, səhətim və müalicəmlə əlaqədar Bakıda uşaqlarımla birlikdə yaşayıram. Kənddə yaşayan həyat yoldaşım Gülüsüm İskəndər qızı Axundova tez-tez mənə və uşaqlarıma baş çəkmək üçün Bakıya gəlir,həyət-baca sahibsiz qalır. Bundan istifadə edən Şahlıq Orucova həyətə girib meyvə ağaclarımı kəsir. Yoldaşım şəhərdən kəndə dönəndə bunun canlı şahidi olub. Bu hadisə 2014-cü il 15 iyul tarixində baş verb. Şahlıq tərəfindən mənə vurulmuş maddi ziyanın miqdarı təxminən 20000 manatdan artıqdır. Amma Qazax rayon təbiəti mühavizə şöbəsi, rayon irca hakimiyyətinin kənd nümayəndəsi bu ziyanın 2500 manat olduğunu iddia edir.  

  Şahlıq Orucovanın əməlləri mənin başıma gətirdikləri ilə bitsəydi nə vardı ki, bir təhər yola vermək olardı. Amma bu mənəm- mənəmliklə yaşayan qadın məndən başqa iki nəfər də qonşunun başına oyun açır, onlara sataşır, əmlaklarına ziyan yetirir. Məsələn, bizim qonşuluğumuzda yaşayan Elmira Hüseynovanın çəpərinə od vurmuş, başqa bir qonşum olan Abdullayeva Qənirə İsa qızına dəfələrlə imkan verməmişdir ki, həyətyanı sahəsinə çəpər çəksin.

  Maraqlı və təəccüblüdür ki, Qazax rayon prokrorluğunda Şahlıq Orucovanı dələduz və qonşularla yola getməyən birisi kimi tanıyırlar. Hətta 2000-ci ildə elə belə əməllərinə görə ona bir il şərti cəza da veriblər. Dövlət orqanlarından əlim tamam üzüldüyündən son ümid yeri kimi qardaşıyla söhbət apardım ki, bacısının başına ağıl qoysun, lakin danışığından məlum oldu ki, qardaş da bacısı kimi dələduz və fırıldaqçıdır.

  Bir vaxtlar Şahlığın əməlləri barədə, mənə vurduğu ziyan barədə məndə olan xeyli sənədləri və kəsilmiş ağaclarımın 18 ədəd foto görüntü şəkillərini maddi sübut kimi Ekologiya və Təbii Sərvətlər Naziri Hüseyin Bağırova göndərmişdim. Nazir də tədbir görmək üçün şikayət məktubumu Qazaxdakı iki saylı ərazi ekologiya və təbii sərvətlər şöbəsinə göndərmişdi. Onlar da Şahlığa cərmə yazmışdılar.

  Hər kəsə məlumdur ki, qanunla işinə səhlankar yanaşan,işinin öhtəsindən gələ bilməyən,qanunları pozan vəzifə sahibləri işlərindən azad olunur, hətta haqlarında cinayət işi belə açılır. Ancaq 5 ildir ki, mənim haqqımı ayaqlar altına atıb tapdayanlar, şikayətlərimə dırnaq arası baxanların biri də işdən çıxarılıb cəzalandırılmayıb.

 Hörmətli redaksiya, sizdən xahiş edirəm ki, mənə kömək edin ki, Şahlıq kimi dələduz qonşudan canım qurtarsın. Onun mənə vurduğu maddi və mənəvi ziyanı hesablamaq üçün komissiya yaradılsın. Komissiyanın çıxardığı qərar qeyd- şərtsiz yerinə yetirilsin.

 

Şikayətçi Kərəm Əhmədovun dediklərini qələmə aldı:

Məhərrəm Şəmkirli

Qeyd: Yazıda adı çəkilən qarşı tərəfin də fikirlərini işıqlandırmağa hazırıq.    

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam