Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Qoşa Qala qapılarının ətrafı da zəbt edildi… -Restoran tikilir /FOTOLAR

 

Şəhərin mərkəzində qala divarlarının ətrafında boş qalan ən balaca və dar yerlər də artıq zəbt edilir. Qoşa Qala qapılarının ətrafı, qalanın aşağı divarının yanında yeni restoran üçün hazırlıqlar gedir.

Yenixeber.org  xəbər verir ki, bu barədə sosial şəbəkədə narazı sakinlərlə yanaşı memar Elçin Əliyev də paylaşım edib. Aparılan işlərə etirazını bildirən memar bildirib ki, bu gedişlə Bakıda bir dənə də boş yer qalmayacaq:

“Dünyanın heç bir yerində şəhər büdcəsinə bu qədər xeyir vermək istəyi yoxdur! Tezliklə Bakıda bir dənə də olsun pulsuz yer qalmayacaq.
Sizi bilmirəm, amma şəxsən mən Azərbaycan məmurları ilə fəxr edirəm! Qalın dəri pul kisələrinizi hazırlayın, yastıqlarınızın, döşəklərinizin altından əmanətlərinizi çıxarın, əziz həmvətənlər – yaxın günlərdə qala divarının yaxınlığındakı kiçik meydanın yerində yeni bir restoran açılacaq”.

Qeyd edək ki, qala divarları boyunca oturacaqlar qoyulub. Restoranı avtomobil yolundan ayırmaq üçün də artıq dəmir çəpər çəkilib.(Tribunainfo)
 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam