Redaktor seçimi
Ramin Abdullayev hələ də cəzasız qalıb: Yuxarı instansiyalar cəza tədbiri görə bilmir? -
Cavanşir Feyziyevlə Ağalar Vəliyevin pulunu BALTA KƏSMİR: Amma nə olsun... -
Anar Əlizadə Abromoviçin də yaxtasını Türkiyədə gizlədib -
Saleh Məmmədovun "gözqamaşdıran" biznesi -
Kənd Təsərrüfatı Nazirliyinin rəhbərliyində "soyuq" savaş - Fəda Abbasov Sərvan Cəfərovla Elçin Zeynalova qarşı -
Emin Əmrullayevin menyusuna: Göyçay şəhəri 7№-li orta məktəbin öz qanunları var –
“Veysəloğlu”nun toz basmış vitrinləri…- Şirkətin sahibi Aydın Talıbov kimdir ? -
Goranboy Rayon Mədəniyyət Sektorunda İsax Məmmədov hakimi-mütləqliyi:
Günün xəbəri

Nizaminin icra başçısı Qazilərin adından BELƏ YARARLANIR... -YENİ HOQQABAZLIQ.../FOTOLAR+VİDEO


İndiyədək mətbu nəşrlərdə, internet xəbər portallarında Bakı şəhərinin Nizami rayonu ərazisində ağacların, yaşıllıqların məhv edilməsi ilə müşayiət olunan və yerli sakinlərin ciddi narazılığına səbəb olan qanunsuz tikililərə rəvac verilməsi barədə çoxsaylı tənqidi məqalələr dərc olunub.

Yenixeber.org: Məqalələrdə qeyd olunur ki, sözügedən ünvanlarda qanunvericiliyin tələbinə görə bina inşa edilməzdən əvvəl ağaclarm ərazidən köçürülməsinə dair Ekologiya Nazirliyinin Ekspertiza İnstitutu rəy verməliydi. Yəni, həmin ağaclar kəsilməli deyil, sadəcə yeri dəyişdirilərək başqa əraziyə köçürülməli, orada qulluğu davam etdirilməliydi. Lakin, yaşıllıqlar başqa əraziyə köçürülmədən məhv edilib.

Bu qəbildən olan məlumatlar, şikayətlər “Dəryaz” qəzeti redaksiyasına da daxil olmaqdadır. Belə ki, məlumatlardan birincisi Nizami rayonu ərazisində Elşən Süleymanov küçəsində şam ağaclarını çıxarılıb yerində obyekt tikilməsi ilə bağlıdır. Videogörüntülərlə qeydə aldığımız həmin yamac yerdə dağ sürüşməsinin qarşısını almaq üçün vaxtilə əkilmiş boybaboy 50-yə yaxın ağac məhv edilmiş, avtotəmir emalatxanası inşa edilmişdir. Emalatxana sırasına ən axırda əlavə edilmək üçün tikilməkdə olan iki boksun sahibinin guya Vətən müharibəsi qazisi olduğu barədə şayiə buraxılmışdır.

Qəribədir ki, yuxarı instansiyalara nə qədər şikayətlər edilsə də, bu mənfi tendensiya qarşısıalınmaz bir prosesə çevrilib. Sanki qanunun ayaq altına atılıb tapdalanmasında maraqlı olan böyük bir şər qüvvə dövlətə, cəmiyyətə meydan oxuyur, onun qarşısında yerli icra hakimiyyətləri də, hüquq-mühafizə və cinayət təqibi orqanları da, məhkəmələr də, bir sözlə, bütün aidiyyəti qurumlar, onların bir-birini əvəzləyən rəhbər vəzifəli şəxsləri də acizdirlər.


Qazi adı arxasında gizlənmək Nizami rayon rəhbərliyinin həmişəki sınanılmış fəndidir. Halbuki, nə qazinin, nə də şəhid ailəsinin bütün digər vətəndaşların hörmətlə yanaşdığı qanuna tüpürmək, dövlətin və cəmiyyətin maraqlarını tapdalamaq kimi bir imtiyazları yoxdur. Onu da deyirlər ki, emalatxananın əsl icarədarı etiraz edənlərə “mən pulumu vermişəm, kimin hünəri nədi mənim qabağımı kəssin?” deyərək sinəsinə döyür. Dediyi “hünərsiz, gözükölgəli kimciyəzlərin” arasında isə əlbət ki, əlaqədar vəzifəli şəxslər, o cümlədən, RİH, ŞİH-nin yaşıllaşdırma təsərrüfatı, yerli polis, ərazi ekologiya idarəsi və FHN-nin mənsubları nəzərdə tutulur.

50-yə yaxın şam ağacının məhv edilməsi barədə digər fakt Nizami rayonunun Fuad Abbasov küçəsində qeydə alınmışdır. Bildirilir ki, adı naməlum olan sahibkar həmin küçədə yerləşən “Araz Market” mağazası ilə üzbəüz nahiyədə hündürmərtəbəli bina tikmək istəyir.


Məlumata görə, tikintiyə maneə törədən ağacın kökündən çıxarılmasına “əsas” yaratmaq üçün onu sındırıb budağını altında dayanmış olan maşının damına atıblar və aidiyyəti qurumlar qarşısında “ağacın zərərsizləşdirilməsinin zəruriliyi” məsələsini qaldırmağa çalışıblar.


Lakin avtomobil sahibi əmlakına ciddi ziyan dəymədiyini, ağacın çürük olduğunu heç bir şikayətinin olmadığını deyib. Amma bu o demək deyil ki, sahibkar onun işini axsadan ağacın aradan qaldırılması üçün hiyləgər səylərini dayandıracaq. Yeri gəlmişkən, xatırladaq ki, həmin ünvanda yaşayan sakinlərin dəvəti ilə tikinti ağacların məhv edildiyi əraziyə baxış keçirmişik və qeydə aldığımız video-kadrlarda sağ qalmış həmin ağacın əsla quru olmadığını təsdiqləyən görüntülər vardır.


Ağaclar və yaşıllıqlar bir çox hallarda tikinti işlərinə başlamazdan əvvəl elə Bakı Şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyinin Bitki Mühafizəsi Şöbəsinin işçiləri tərəfindən əvvəlcə budanır, daha sonra isə həmin ərazidə olan bütün ağaclar və yaşıllıqlar məhv edilir. Birliyin əməkdaşlarının tələm-tələsik üzərində budama əməliyyatı apardıqları ağaclar çox keçmədən kəsilir və kəsilən ağacların hesabına boşalan ərazidə ayrı-ayrı şəxslər tərəfindən yeni obyektlər tikilir. Məlum olur ki, “budama” əməliyyatı elə ağacların kəsilməsi və yerinin qabaqcadan sövdələşmə aparılan adamlara, əsasən tikinti şirkətlərinə satılması üçün zəmin hazırlamaq məqsədi daşıyırmış. Doğrudur, arabir olur ki, ictimaiyyətin, medianın böyük təzyiqindən sonra Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tikintinin aparılmasına maneçilik törədən ağacların və kolların müvafıq rəy alınmadan götürən şəxslər barədə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253.3.1-ci maddəsi ilə inzibati xəta haqqında protokollar tərtib edərək Nizami rayon məhkəməsinə göndərir, məhkəmə də həmin şəxslər barəsində cinayət işi açmaq əvəzinə, onları müəyyən məbləğdə cərimələyir. Çünki həmin məhv edilmiş yaşıllıqların və ağacların konkret olaraq sayı və kəsilmə tarixləri dəqiqləşdirilmir, bilərəkdən az göstərilir. Məsələn, məhkəmə öz “humanizmini” belə əsaslandırır: “Ağacların kök qalıqları və gövdələri ərazidə müəyyən edilmədiyindən, həmin ağaclarm diametrlərinin ölçülüb qiymətləndirilməsi mümkün olmamışdır”. Qəribə məntiqdir, deyilmi? Hansı ağackəsən cinayətkar qopardığı ağacın kökünü hadisə yerində saxlayar?

Başqa bir nüansı da nəzərdən qaçırmaq olmaz: ETSN-nin də, Bakı ŞİH-nin də məsul şəxslərinin vəzifəsi yalnız ondan ibarət deyildir ki, yaşıllıqların məhv edilməsi xəbərini alandan sonra hərəkətə keçsinlər, hadisə yerinə gəlib vurulan ziyanın həcmini müəyyənləşdirməklə işlərini bitmiş hesab etsinlər. Hadisə şahidi olan vətəndaş baş verənlərə laqeyd də qala bilər. Lakin ETSN-nin aidiyyəti qurumlarının rəhbər və funksionerlərinin vəzifəsi həm də təhkim olunduqları əraziyə mütəmadi nəzarət etməkdir.

Nizami rayonunda yüzlərlə ağacın qətliamlarının birinə də Arif Mustafayev adlı sahibkara məxsus “Karaev City” tikinti şirkəti qol qoyub.

Şirkətin Kamil Balakişiyev və Şirin Mirzəyev küçələrinin kəsişdiyi yerdə inşa etmək istədiyi “göydələnin” tikilməsi üçün Şirin Mirzəyev 48/52 ünvandakı 3-mərtəbəli binalar sökülməlidir. Problem budur ki, 8-10 mənzilin sakinləri ilə anlaşma əldə olunmayıb. Sakinlərin sözlərinə görə, şirkət onlara ilk əvvəl vəd etdiklərinə əməl etməkdən boyun qaçırıb, cari təklifləri isə onları qane etmir. Hətta şirkət rəhbərliyinin həyasızlığı o həddə çatıb ki, sakinləri mənzillərini tərk etmədiklərinə görə məhkəməyə də verib və onlara müqavimət göstərmələrinin əbəs olduğunu bildirib: “məhkəmədəkilər bizim adamlardı, pulumu verib öz xeyrimə qərar çıxartdıracağam”.

Vətəndaşların dəvəti ilə baş verənlərin “Xəzər” televiziyasında ictimailəşdirilməsi belə vəziyyəti haqqa doğru dəyişməyib.


Şikayətlə bağlı qarşı tərəfin mövqeyini öyrənmək cəhdimiz Arif Mustafayevin qeyri-konstruktiv yanaşma nümayiş etdirərək söhbətdən yayınması ucbatından baş tutmadı. O və şirkətin ofisində rastlaşdığımız şəxslərin davranışlarını müşahidə edəndə bizdə elə təəssürat yarandı ki, onlar qətiyyən iş adamlarına xas olan mədəniyyətə malik deyillər.

Eləcə bizə “axır məqsədiniz nədir” sualını verib dururdular. Sanki jurnalistin vətəndaşların hüquqlarının pozulması faktlarına ictimai əhəmiyyətli hesab etməsi, heç bir təmənna güdmədən neqativ halları işıqlandırması onları təəccübləndirirdi.


Rayon rəhbərliyinin də olaylara susması, ərazidə yaşayan vətəndaşların təməl hüquqlarından olan mülkiyyət hüquqlarının pozulmasına göz yumması yalnız gözükölgəliklə izah oluna bilər. Ən nəhayət, qeyd olunan neqativ hallarla bağlı suallarımızı mesaj kimi Nizami RİH-nin başçısı cənab Coşqun Cəbrayılova göndərmişik. Cavabı hələ də özünü gözlədir.(Deryaz.az)

Məqalədə adları keçən hər kəsin mövqeyini dərc etməyə hazırıq

Mövzuya qayıdacağıq


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam