Redaktor seçimi
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Günün xəbəri

"AAAF İnşaat"dakı milyonluq yeyinti faktları haqda açıqlama verdi, işdən çıxarıldı -ŞİRKƏTİN KEÇMİŞ KOMENDANTINDAN RƏSMİ QURUMLARA MÜRACİƏT

 Abşeron sakini Cabbarov İntizam Əmiraslan oğlu tərəfindən redaksiyamıza şikayət məktubu daxil olub.

Yenixeber.org: Şikayətçi iddia edir ki, “Mən, Cabbarov İntizam Əmiraslan oğlu, yazaraq sizləri məlum edirəm ki, ali təhsilliyəm, YAP-nın üzvü və 3 övlad atasıyam.  

Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 167-də yerləşən "AAAF İnşaat" MMC-də 2018-ci ilin noyabr ayından 2024-cü ilin yanvarınadək komendant işləmişəm! İşlədiyim MMC-də 6 komendant çalışırdıq.

2023-ci ilin oktyabrından bu günə kimi MMC-də baş verən cinayət tərkibli qanun pozuntuları ilə bağlı 5 dəfə cənab Prezidentimizə, 2 dəfə Birinci vitse-prezidentə, 2 dəfə Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə, 3 dəfə Dövlət Vergi Xidmətinə, 2 dəfə DTX-ya və digər aidiyyəti dövlət qurumlarına şikayət və müraciətlər etmişəm! Müraciətlərimdən 3 ay sonra - 30 dekabr 2023-cü il tarixdə (Yeni il günü) MMC-nin rəhbəri Camal Rəcəbov tərəfindən mənimlə bağlanmış əmək müqaviləsinə xitam verilmişdir!

İşlədiyim 5 il müddətində MMC-də baş verən cinayət tərkibli qanun pozuntuları faktlarını sizin də nəzərinizə çatdırıram:
- Dövlət büdcəsindən 10 mliyonlarla manat yayınma faktları;
- Mənzillərin alqı-satqısı zamanı hər mənzildən 2 min manat rüsum adı altında 10 mliyon manatdan çox pulun toplanılması;

- 5 il ərzində yüzlərlə işçinin nağd cədvəl əsasında əmək haqqlarının ələ verilməsi, məzuniyyətsiz işlədilməsi faktları;
- Kommunal xidmətlər adı ilə ay ərzində 60-70 min manat pulların yığılaraq, mliyonlarla manatın təyinatı üzrə xərclənmədən mənimsənilməsi faktları; 
- İllərdir liftsiz təhvil verilmiş binalarda yaşayan insanların zülm çəkməsi. Binalar da elektrik şitlərinin ölüm mənbəyi olması, dəfələrlə binaların yarasız elektrik şitlərinə ğorə alışıb yanması faktları və sairə kimi faktların mövcudluğu.
Altı aydır ki, bu faktları bütün aidiyyəti dövlət qurumlarına təqdim etmişəm! 2 dəfə Dövlət Vergi Xidmətində qəbulda olmuşam, bir dəfə Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində qəbulda olmuşam və faktları təqdim etmişəm! Bir dəfə Dövlət Əmək Müfəttişliyində qəbulda olmuşam! Çox təəssüf edirəm ki, bu qurumlar hələ də susurlar!

MMC-yə 2 ildir rəhbər təyin edilmiş Camal Rəcəbov əvvəllər Dövlət Vergi Xidmətində çalışmış və naməlum səbəblərdən xaric edilmişdir. O, keçmiş millət vəkili Hadı Rəcəblinin qardaşı oğludur! Əlaqələri böyük olduğundan şikayət və müraciətlərə baxan yoxdur! Mənə xəbər göndərir ki, ölkədə Prezidentdən yuxarısı yoxdur, yazanda ona yaz!
Üç aydır Camal Rəcəbova görə işsiz qalmışam! Bunları Sizə yazmaqda məqsədim odur ki, bəlkə Prezidentimiz, Birinci vitse-prezidentimiz sizin sayt vasitənizlə mənim səsimi eşidə".

Jalə FAMİLQIZI, ("Hurriyyet")

Redaksiyadan: Yazıda adları qeyd olunan qurumların və şəxslərin mövqeyini dərc etməyə hazırıq.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam