Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Vəliyevlər imperiyası çökür: rektorun oğlanları həbs oluna bilər –VİDEO

Oliqarx, rektor, deputat: Üçü birində olan Əhməd Vəliyev – Yeni Çağ Media
Yenixeber.org: Odlar Yurdu Universitetinin rektoru, keçmiş deputat Əhməd Vəliyevə məxsus “Muğan Bank” Açıq Sıhmdar Cəmiyyətində (ASC) qalmaqal yaranıb.  Muğan Bankın İdarə Heyətinin üzvü və baş direktor olmuş Asif Əzizov bankı məhkəməyə verib.  Asif Əzizovun iddia tələbi işə bərpa və əmək haqqının ödənilməsi ilə bağlıdır. İddiaya Nərimanov Rayon Məhkəməsində baxılacaq. Martın 14-nə iş üzrə məhkəmə hazırlıq iclası təyin edilib. İclas hakim Solmaz Ədilovanın sədrliyi ilə keçiriləcək.  Mərkəzi Bank ötən il “Muğan Bank” ASC-nin lisenziyasını ləğv edib. Bank hazırda ləğv prosesindədir.

“Muğanbank” ASC-nin Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin ailə üzvlərinə (Elmir Maqbet oğlu Mehdiyev – 67,74%, Vəfa Əhməd qızı Vəliyevaya – 10,65% və Fəridə Cahandar qızı Mehdiyevaya 10,03%) məxsus olduğu deyilirdi. Daha sonra isə bankın payının böyük hissəsi Odlar Yurdu Universitetinin rektoru, sabiq deputat Əhməd Vəliyevin oğulları – Samir və Munir Vəliyevlərə ötürüldü, Vəliyevlərin Bankdakı payı 10,65%-dən 88,33%-ə, Mehdiyevlərin payı isə 89,35%-dən 11,67%-ə dəyişdi.

Qeyd edək ki, “Muğanbank” ASC bir müddət əvvəl cari ilin üçüncü rübü üzrə maliyyə nəticələrini açıqlamış, zərərlə işlədiyi məlum olmuşdu. Belə ki, bankın sentyabrın 30-na xalis zərəri 1,287 mln manat, yığılmış zərəri 24,938 mln manat olduğu görünür. Maraqlıdır ki, Mərkəzi Bank sözügedən bankda kapital adekvatlığı əmsalının 3%-dən aşağı olduğunu desə də, bankın hesabatında bu rəqəmin 21,81%-ə bərabər olduğu görünür. Bu isə bankın riskli durumda olduğunu hesabatlarında gizlətmiş göstərir. Bununla bağlı redaksiyamıza daxil olan məlumata görə, əslində həmin bank keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovla “Odlar Yurdu” universitetinin rektoru Əhməd Vəliyevin şərikli müəssisəsidir. Onların “Muğanbank”dakı işlərini isə Eldar Mahmudovun əmisi oğlu Vüqar Mahmudovla, Əhməd Vəliyevin kürəkəni, eyni zamanda “Muğanbank”ın Müşahidə Şurasının sədri Elmir Mehdiyev həyata keçirib. Əhməd Vəliyev güclü arxası olmadan respublikada bank sahibinə çevrilə bilməzdi, bu işdə onun əsas himayədarı və biznes ortağı isə sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudov olub. Elə adıçəkilən bankın idarəçiliyində də əsas söz sahibləri onların yaxın qohumları – Eldar Mahmudovun köməkçisi, eyni zamanda əmisi oğlu Vüqar Mahmudov və Əhməd Vəliyevin kürəkəni Elmir Mehdiyev söz sahibidirlər. Daxil olan məlumatda həmçinin iddia edilir ki, sabiq MTN şefinin “qara pulları” məhz bu bank tərəfindən realizə edilirmiş.

Əhməd Vəliyevin ailə biznesi təkcə “Muğan Bank”la bitmir. Bu millət vəkili, rektor, biznesmen, oliqarx Əhməd Vəliyevin biznesinin sərhədləri Türkiyəyə, Rusiyaya, İngiltərəyə qədər uzanır. Nəhəng oliqarxa çevrilmiş Əhməd Vəliyev və onun oğulları – Samir və Munir Vəliyev geniş ailə biznesi yaradaraq hazırda “JMR” adlandırılan “Jalə-Biznes” MMC, Bülbül prospektində fəaliyyət göstərən “Jalə Plaza”, Odlar Yurdu Universiteti, “Muğanbank” ASC və “Oksigen” klinikasını idarə edirlər. Rektorun oğlu Samir Vəliyev Təhsil Nazirinin Müşaviri olanda  ata-bala  “diplom biznesi” ilə milyonlar qazandılar.
Məlumat üçün qeyd edək ki, Samir Vəliyev əvvəl Təhsil Nazirinin Müşaviri, sonra peşə təhsili üzrə sektor müdiri, daha sonra Akkreditasiya və Nostrifikasiya İdarəsində rəis səlahiyyətlərini icra edib. Yəni xaricdə təhsil alan şəxslərin diplomlarının tanınması ilə bağlı məsələlərə Samir Vəliyev baxıb və bu yolla milyonlar qazanıb. Təsəvvür edirsiniz, rektor Əhməd Vəliyev oğlunun səlahiyyətlərindən istifadə edərək “Odlar Yurdu”nda  xaricdə təhsil alan tələbələr üçün mərkəz yaradıb və saxta diplomların tanınması ilə külli miqdarda pul qazanıb.
Sözün qısası, Əhməd Vəliyevin ailə üzvlərinə, oğlanlarına məxsus olan Londonda, Türkiyədə, Avropanın müxtəlif ölkələrində olan və dəyəri yüz milyonlarla ölçülən mülklərin mənbəyi Korrupsiya Qarşı Mübarizə İdarəsi tərəfindən araşdırılmalıdır. Bununla bağlı redaksiyamıza  daxil olan məlumata görə, yaxın zamanda Əhməd Vəliyevin oğlanları Munir və Samir Vəliyevin həbsi gözlənilir. Bizə daxil olan məlumatlarda Əhməd Vəliyev və oğlanları Samir və Munir Vəliyevə məxsus milyardların “Muğan Bank” vasitəsilə necə Azərbaycan – Avropa – Azərbaycan dövriyyəsini edir… Mövzu çox maraqlı və geniş araşdırma tələb etdiyi üçün yaxın zamanlarda Türkiyə müxbirimizin araşdırma yazısını dərc edəcəyik.(cumhuriyyet.az)

Bizi izləyin.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam