Redaktor seçimi
YAP-ın namizədlər siyahısından kənarda qalan Mahir Abbaszadə barədə ŞOK FAKTLAR –
Elmir Ramazanovun özbaşınalıqları... -
Əziz Əzizov haqda ŞOK İDDİALAR -
Yevlax Qeydiyyat İmtahan və Texniki Baxış Şöbəsindən şikayət var:
Qızartma toyuq sevdası: siyasi bağlantılı azərbaycanlı Britaniyada gizli milyonları belə yatırdı -
ADAU rektorun özəl hissləri ilə idarə olunur?! -
"AZƏRENERJİ"də dövlət vəsaitləri kimlərin nə kimi şəxsi maraqlarına sərf edilir? -
Kərəm Həsənovun özəlləşdirmə və ASC maxinasiyaları -
Günün xəbəri

Mingəçevir şəhər rəhbərliyi öz yarıtmaz işini təzyiqlərlə ört-basdır edir -TƏFƏRRÜAT

Mingəçevir

Yenixeber.org: 25 oktyabr 2023-cü ildə  Mingəçevirdə fərqli düşüncəyə qarşı repressiya və senzura ittihamları ortaya çıxır məqaləmizdə məlumat vermişik ki, Mingəçevirdə vətəndaş cəmiyyəti fəalları kommunal sahənin vəziyyəti barədə tənqidlərə cavab olaraq polisin təzyiqindən narahat olduqlarını bildiriblər. Fəallar yerli hakimiyyəti ifadə azadlığını boğmaqda ittiham edirlər. Şəhər sakinləri iddia edirlər ki, Mingəçevirdə sosial şəbəkə fəalları öz tənqidlərinin nəticəsi olaraq böyük cərimələrlə üzləşirlər ki, bunu da ödəmək mümkün deyil.

Şəhər sakinlərinin narazılığına yaşayış binalarının zirzəmilərinə kanalizasiya və su borularının sızması və bunun da  antisanitariyaya, ağcaqanad və üfunətin yayılmasına gətirib çıxarması ilə bağlı  çoxsaylı faktlar səbəb olur. Adamlar iyrənc şəraitə görə həyətlərdə dincələ bilmirlər. "Ayda bir dəfə kommunal xidmətlər gəlir və zirzəmiləri təmizləyir, amma çirkab su yenidən məkanı doldurur və evdə rütubət yaradır", - şəhər sakini jurnalistə deyib.

Təqib olunmaqdan ehtiyat etdiyi üçün adını çəkə bilmədiyimiz Mingəçevir sakini oktyabrın 25-də axşam  Turan-a zəng edərək bildirib ki, fəallardan biri polisə çağırıldıqdan və orada ağır söhbətdən sonra polisin diqtə etdiyi bəyanatı verməyə məcbur olub.

Yaşayış binasının zirzəmilərini su basması və kommunal xidmətlərin pis işləməsi barədə Turan-a məlumat verən digər sakin fəala xəbərdarlıq edib ki, ondan polisə şikayət edəcək, çünki onun telefon nömrəsini Turan-ın jurnalistinə verib. O xahiş edib ki, bir daha zəng etməsinlər, belə ki, mətbuatla ünsiyyətə görə işini itirməkdən qorxur.

Oktyabrın 26-da 24xeber.az saytında və Mingəçevir İctimai Nəzarət Qrupu FB qrupunda Mingəçevir sakini Murad Rza oğlu Musayev bəyanat yayaraq deyib ki, Turan agentliyinə müsahibə verib, lakin agentlik sakinlərin kommunal xidmətlərin işindən narazılığına dair sözlərini kontekstdən çıxararaq dərc edib. M.Musayev prezident İ.Əliyevin siyasətini tam dəstəklədiyini bildirib və daxili işlər naziri Vilayət Eyvazovun Mingəçevirə təyin etdiyi polis rəisi Ədalət Əliyevə nöqsansız işinə görə təşəkkür edib. Mətnin müəllifi Allahdan polkovnik Ə. Əliyevə güc-qüvvət diləyir.

Ancaq bu, Turan agentliyinin yaşayış binalarının çirkab suları ilə dolmuş zirzəmilərini əks etdirən çoxsaylı fotoşəkillərin və yazıların mətbuatda və sosial şəbəkədə yayıldığını Mingəçevirin mərkəzi və yerli hakimiyyətinə xatırlatmasına mane olmur. Bu videolarda sakinlər belə evlərdə çətin yaşayış şəraitindən narazılıqlarını ifadə edərək, ağcaqanad sancmasından yoluxma təhlükəsini və binalardakı rütubətin digər nəticələrini xatırladırlar.

Sakinlər dövlət orqanlarına çoxsaylı yazılı şikayətlərdən və bu binalarda kanalizasiya və su borusu şəbəkələrinin, zirzəmilərin əsaslı təmirini həyata keçirə bilməyən mənzil-kommunal xidmətlərinin gücsüzlüyündən danışırlar. Vətəndaşlar Mingəçevir şəhərində dəhşətli vəziyyətin ən çox hökm sürdüyü ünvanları göstərirlər:

Xurşudbanu Natavan küç.,

Şəfa Bağlar massivi,

QRES yaşayış massivi,

Xətai küç. və s.

Sosial şəbəkədəki yazılardan birinin altında Mingəçevir sakini Əfqan Sadıqov açıqlama verib: “İcra başçısının başı qarışıb tənqidçi bloqerləri,  fəalları şərləyib həbs etdirməyə”.

Lakin Mingəçevir  İH-də sakinlərə izah ediblər ki, vətəndaşlar tərəfindən göstərilən nöqsanlar altmışıncı illərdə tikilmiş kanalizasiya sisteminin müasir 130 minlik şəhərin tələbatının öhdəsindən gələ bilməməsindən qaynaqlanır. Mingəçevir İH-dən verilən məlumatda kanalizasiya şəbəkəsinin yenilənməsi istiqamətində görülən işlərdən bəhs edilib. Əvvəlcə çirkab suların çıxarılması üçün əsas magistral yollar tikilir, sonra həyət sistemləri dəyişdiriləcəkdir.  İşləri Su Resursları Agentliyi aparır. 

Yazını şəhər sakininin bu fikri ilə yekunlaşdırırıq və Mingəçevir polisinə və şəhər rəhbərliyinə birbaşa vəzifələrini yerinə yetirməyi, narazı adamların ağzını qanunazidd  əməllərlə yummamağı arzu edirik.(Turan)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam