Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Sahibkar dövlət qrumlarına ÜZ TUTDU: "Ədalət Göyüşov məni və ailəmi ölümlə hədələyir" -VİDEO

backend


Ağsu rayonu Ərəbuşağı kənd sakini, sahibkar Mürsəlov Azər Xandadaş oğlu Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevə, Azərbaycan Respublikasının I vitse Prezidenti Mehriban xanım Əliyevaya və Azərbaycan Respublikasının Baş Prokuroru Kamran Əliyevə, Azərbaycan Respublikasının İnsan Haqları üzrə Müvəkkili (Ombudsman) Səbinə xanım Əliyevaya mürəciət edib.
Yenixeber.org: Video-müraciəti olduğu kimi təqdim edirik:
"Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə,Azərbaycan Respublikasının I Vitse Prezidenti Zat-Aliləri Mehriban xanım Əliyevaya, Azərbaycan Respublikasının Baş Prokuroru cənab Kamran Əliyevə, Azərbaycan Respublikasının İnsan Haqları üzrə Müvəkkili( Ombudsman) çox hörmətli Səbinə xanım Əliyevaya.
Mən Ağsu Rayon Ərəbuşağı kənd sakini Mürsəlov Azər Xandadaş oğlu yazaraq sizlərə bildirmək istəyirəm ki, mənim 22 ildir icarə əsasında istifadə etdiyim Şamaxı Rayon Dəmirçi kəndi ərazisində yerləşən yaylaq otlaq sahəsi müxtəlif bəhanələrlə mənə verilmir. İlk öncə mən evdə olmayan zaman gəlib heyvan sayımı düz saymadılar. Sonra mən ərizə ilə müraciət etdim gəlib heyvan sayımı yenidən sayaraq sənəd verdilər ki, həqiqətən də mənim 367 baş qoyunum var. Mən həmin sənədi götürərək İsmayıllı Rayon İcra Hakimiyyətinə getdim, orada İcra başçısı Nahid Bağırovla görüşdüm. O, mənə bildirdi ki, bu məsələdə haqlıyam və həmin ərazi mənə veriləcək. Mən də heyvanlarımı götürüb həmin yay otlaq sahəsinə getdim. 3 gündən sonra olduğum əraziyə Ədalət Göyüşov adlı iş adamının qardaşı, polsi kapitanı Rəhim Bədəlov, 1 polis serjantı, İcra Hakimiyyəti başçısının müavini Şahin müəllim və tanımadığım 2 nəfər şəxs gələrək mənə bildirdilər ki, bu ərazini Nahid Bağırov Ədalət Göyüşova söz verib, sən buranı tərk etməlisən. Bu ərazini tərk etməsən, səni ya 8000 manat cərimə edəcəyik, ya da 4 il azadlıqdan məhrum olacaqsan.
Mən də kəndli adamam, deyilənlərdən qorxaraq ərazini tərk etməyə məcbur oldum. Geri qayıdan zaman çox sayda heyvanım tələf oldu. Mən yenidən İsmayıllı Rayon İcra Hakimiyyətinə müraciət etdim. Lakin onlar Ədalət Göyüşovun nüfuzundan qorxaraq mənə həmin ərazini verməkdən boyun qaçırdılar. Səbəb olaraq bildirdilər ki, mənim heyvan sayım azdır. Heyvan sayımın 367 baş olmasını təsdiq edən sənədi tanımadılar. Halbuki həmin ərazidə 50 baş keçi 60 baş qaramal saxlanılır. Bundan sonra mən dəfələrlə Cənab Prezidentə, Məhriban xanıma, Kamran Əliyevə müraciətlər etdim. Etdiyim bütün müraciətlər həll edilməsi üçün İsmayıllı Rayon İcra Hakimiyyətinin üzərinə göndərildi. Onlar isə məsələni ört-basdır edərək mənə kömək etmədilər.
Mən daha sonra Prezident Aparatında Ağaəli Əhmədovun qəbulunda oldum. Ağaəli müəllim məsələ ilə tanış olduqdan sonra mənim haqlı olduğumu əsas gətirərək, elə yanımdaca İsmayıllı Rayon İcra Hakimiyyətinə zəng edərək, haqqım olan yerin mənə verilməsinə kömək etmələrinin lazım olduğunu bildirdi. Ağaəli müəllimin də tövsiyyəsi və göstərişi işə yaramadı. İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısının göstərişi ilə müavinləri Mahmud müəllim, Şahin müəllim və Eyyub müəllim müxtəlif bəhanələrlə məni fikrimdən döndərməyə çalışdılar. Mənə dedilər ki, sənin müqavilənin vaxtı bitib. Mən onlara bildirdim ki, müqaviləmin artırılması üçün dəfələrlə müraciət etmişəm. Hətta Qəbələ Rayonundan Katastr idərəsindən gəlib yerimin koordinatlarını da qeydiyyata alıblar. Mənə bildirdilər ki, sənədlər hazır olanda sənlə əlaqə saxlayacağıq. Mənlə əlaqə saxlanılmayıbsa burda mənim günahım nədir? Bundan əlavə onlara dedim ki, həmin ərazidə vətəndaşlar var ki, onlarında müqaviləsi yoxdur. Onlar sizələrə haqq verir deyə onların yerinə dəyə bilmirsiniz? Fikrimdə qəti olduğumu, məsələni ictimailəşdirdiyimi, dəfələrlə Cənab Prezidentə məktublar yazdığımı bilib mənlə Ədalət Göyüşovu bir masa arxasında oturtmağa çalışdılar. Ədalət Göyüşov edilən təklifi qəbul etmədi. O, həmin əraziyə xərc çəkdiyini bildirərək yalnız onun çəkilən xərci geri qaytarılacağı təqdirdə ərazidən çıxacağını bildirdi. Mən ona veriləcək pulumun olmadığını, mənə ondan da çox ziyan dəydiyini bildirdim. Bundan əsəbiləşən Ədalət Göyüşov açıq aşkar bildirdi ki, o yerdən nə olursa olsun çıxmayacaq. Dediyinə görə o yerdə heç heyvanda saxlamayacaq, amma o yeri mənə verməyəcək. Biz onsuz da bilirik ki, o yerdə Ədalət Göyüşovun 1 dənə də olsun heyvanı yoxdur. Daha sonra o, bizə bildirdi ki, bizneslərindən əldə etdiyi pullarından, yaxın dostlarından istifadə edərək mənə hər cür ziyan vuracaq. O, məni artıq neçənci dəfədir ki, şərləməklə, ailə üzvlərimə ziyan vurmaqla, hətta məni öldürməklə hədələyir.
Cənab Prezident, hörmətli Mehriban xanım, cənab Kamran Əliyev, hörmətli Səbinə xanım Əliyeva, Sizlərdən xahiş edirəm mənə köməklik edin. Ədalət Göyüşovdan sizlərin təyin etdiyiniz İcra Başçısı Nahid Bağırov, onun müavinləri həddindən çox qorxurlar. Özlərinin dediyinə görə Ədalət Göyüşov özündə hətta onların üzərinə qışqırmaq cəsarəti də tapır. Dövlətin məmurlarının bu dərəcə- də çəkindiyi Ədalət Göyüşovdan mən qorxmuram. Ailəmə, övladlarıma ziyan verəcək deyə qorxuram. Sizlərdən xahiş edirəm öz danışığında dəfələrlə "Mən Azərbaycanda heç kimdən qorxmuram, kimə istəyirsiz yazın, mənim hər yerdə etibarlı adamlarım var" deyən Ədalət Göyüşovdan məni və ailəmi qoruyun."(
Qaynarxett.az)














Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam