Redaktor seçimi
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Yardımlının “mer”i dövlət büdcəsini yardım fondu bilir –
Əziz Əzizov dövlətin pulun belə “ƏZİZləyir” – 
Dördmərtəbəli evin beşinci mərtəbəsi –  Elşad Həsənov "romantikası"nın səbəbi nə? /  
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
İlqar Abbasov Bələdiyyə sədri postunu satıb?! -
Günün xəbəri

Xəlil Göyüşovun şirkəti dövləti aldadır? -FOTOFAKT

 Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev cənablarının rəhbərliyi

altında aparılan 44 günlük Vətən müharibəsində əldə edilən şanlı qələbədən

sonra işğaldan zad olunan torpaqlarımızda tikinti işləri vüsət almaqdadır.

Yenixeber.org: Düşmən tapdağından azad edilən ərazilərimizdə hazırda

genişmiqyaslı infrastruktur işləri aparılır.

İşğaldan azad edilən torpaqlarımızda aparılan tikinti işlərinin bir hissəsini

Körpü Bina Tikinti şirkəti aparır.

Lakin Azərbaycanda uzun illərdir tikinti sahəsində fəaliyyət göstərən

Körpü Bina Tikinti şirkəti nədənsə Qarabağda inşa etdiyi bəzi obyektləri

müasir standartlardan kənar aparır.

Belə ki, sözügedən şirkət konkret olaraq Bərdə-Ağdam magistralı

üzrədində inşa edilən yerüstü piyada keçidlərinin inşası zamanı bir

çox qüsurlara yol verib.

Məsələn, “Dördyol-1” qəsəbəsində inşa eidlən yerüstü piyada keçidində

əlil arabaları üçün hərəkət zolağının düzgün aparılmadığı bildirilir.

Həmçinin bu keçiddə lift də yoxdur.

Beklə olan təqdirdə Qarabağ müharibəsi veteranlarının daha çox yaşadığı

qəsəbədə əlillərin bu keçiddən hansı formada istifadə edəcəyi ciddi

suallar yaradır.

Digər bir məqam isə inşa edilən yerüstü piyada keçidində havalandırma

sisteminin və nəfəsliklərin olmamasıdır.

Yüksək tempraturlu günlərdə uzunluğu 50 metrlik havalanması olmayan piyada

keçidində insanların necə hərəkət etmələri də sual yaradan amillərdəndir.

Daha vacib məqam isə bu keçidin tikintisində istifadə olunan əsas materialın – alkopan

üzlüklərinin keyfiyyəti ilə bağlıdır. Yanğına davamsızlığına və güclü radioasiya şüalanması

yaratdığına görə bir çox inkişaf etmiş ölkələrdə qadağan edilən alkopan materialının

bu keçidlərdə istifadə edilməsi görülən digər yaxşı işlərə kölgə salır.

Əldə etdiyimiz məlumatda isə bu örtüklərin Çində istehsal olunduğu, ancaq

“türk malı” adı altında keçidlərdə istifadə edildiyi vurğulanır.

Qeyd edək ki, “Körpü-Bina-Tikinti” MMC (“KBT” MMC ) 2001-ci ildə təsis edilib.

Üç yüz min manat nizamnamə kapitalı olan “Körpü-Bina-Tikinti” MMC-nin

qanuni təmsilçisi Göyüşov Xaliq Avdıl oğludur.

“Körpü-Bina-Tikinti” MMC-nin tikinti maqnatı Xəlil Göyüşova aid olduğu

bildirilir.

Məsələ ilə bağlı “Körpü-Bina-Tikinti” MMC-dən mövqe öyrənə

bilmədik.(Qlobal.az) 

 
 
 
 
 
 
 
 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam