Göyçay sakinləri Fəqan Şirinov, Orxan Əsgərov və Elməddin Əsgərzadə rayon Suvarma Sistemləri İdarəsinin müdiri vəzifəsini icra edən Orxan Mahmudovdan şikayətçidirlər.
Yenixeber.org: Bu barədə adıkeçən şəxslər redaksiyamıza müraciət ediblər.
Onlar bildirir ki, Orxan Mahmudov vəzifəsindən sui-istifadə edərək Fəqan Şirinovu Əmək Məcəlləsinin 70-ci maddəsinin “Ç” bəndi ilə qanunsuz olaraq işdən çxarıb. “Digər ikimizi isə öz ərizəmizlə işdən çıxmağa məcbur edib”.
Onlar qeyd ediblər ki, uzun müddətdir Göyçay rayon Suvarma Sistemləri İdarəsində ekskavator sürücüsü vəzifəsində işləyiblər. “Bu müddət ərzində işimizdə heç vaxt nöqsana yol verməmişik. Əksinə yaxşı işçi olduğumuz üçün təltif edilmişik. Şakir Əhmədov adlı müdir yaş senzinə görə işdən çıxdığı üçün ixtisası bu sahə üzrə olmayan, bir gündə olsun bu sahədə işləməyən təcrübəsiz Orxan Mahmudova müdir vəzifəsinin icrası həvalə edildi. Adam vəzifəsinin icrasına başlayan kimi işçilərə qənim kəsilməyə başladı”.
Şikayətçilər bildirir ki, onlar Orxan Mahmudova bildiriblıər ki, qiyməti 300 min manat olan texnikaların yağ və filtiri dəyişdirilmədən, sürmək olmaz. “İzah etdik ki, texnika xarab olacaq. Amma o, bizi məcbur edir ki, öz vəsaitiniz hesabna ekskavatorları təmir etdirib, yağını və filtirini dəyişməlisiniz. Biz imkansız olduğumuz üçün buna etiraz edib 6 nəfər işçi Meliorasiya və Su Təsərrüfatı ASC-yə üz tutduq. Orada bizi Qurban müəllim qəbul etdi. Bizi dinlədikdən sonra Orxan Mahmudova zəng edib problemin həll edilməsini tapşırdı. Orxan Mahmudov Qurban müəllimə bildirdi ki, problemi həll edəcəyəm. Səhəri günü Orxan Mahmudov idarədə iclas keçirib, Fəqan Şirinovu Əmək Məcəlləsinin 70-ci maddəsinin “Ç” bəndi ilə qanunsuz olaraq işdən çxartdı, iki nəfərimizi öz ərizəmizlə işdən çıxmağa məcbur etdi”.
Şikayətçilər bildirir ki, onlar Orxan Mahmudovun intriqalarının qurbanına çevriliblər. Üstəlik qeydd edirlər ki, Göyçay Suvarma Sistemləri İdarəsində müdir əvəzi əvvəl bankada işləyib. Lakin yol verdiyi nöqsana görə işdən qovulub. “Bu adam müdir vəzifəsini 3 aydır icra etsə də, bütün qohum-tanışlarını vəzifəyə gətirib.Hansı ki, onların hamısı bu sahənin kadrları deyil, heç bir iş təcrübələridə yoxdur. Məsələn, o, bibisi oğlunu mühasib təyin edib. Ucarda yaşayan dostunu isə sürücü təyin edib. Bazarda yer pulu yığan tanışını nəzarətçi qoyub. Əlavə olaraq, 11 nəfər qohum- tanışlarını idarəyə işə qəbul edib. Hansı ki, onların heç biri bu sahənin adamları deyil”.
Göyçay sakinləri Orxan Mahmudovun daha bir məziyyətindən bəhs ediblər. Onlar bildirir ki, Mahmudov rayonun Qarabaqqal kəndi ərazisindəki keçmiş kərpic zavodunda beton istehsalı ilə məşğul olub. “Vergidən yayınmaq üçün əmək müqaviləsi bağlamadan çoxlu sayda insanı işə cəlb edib, əməyini istismar edir. Hansı ki, orada 50 dən çox insan işləyirdi. Görünür, Göyçay Suvarma Sistemləri İdarəsini də belə işlətmək fikrindədir”.
Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.