Redaktor seçimi
Guya korrupsiyaya qarşı araşdırma aparırlar —
Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyada dövlətin pulu belə "yeyilir" -
“Blak lounge” restoranı kütləvi narazılıq yaradır–
Qoşqar Təhməzli dövlətin pulun belə xərcləyir -
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Günün xəbəri

Atamoğlan Babayevin şübhəli tenderləri –Büdcəni kimlər talayır?

Yenixeber.org: Bərdə rayon Suvarma Sistemləri İdarəsi 22.05.2022- ci il tarixində dövlət satınalmalarının vahid internet portalına yerləşdirdiyi və 2023-cü ildə satınalma planlarına daxil etdiyi zəruri malların və xidmətlərin satın alınması üzrə planlaşdırdığı 11 açıq tederdən 7-ni artıq yekunlaşdırıb. Satınalmalar üzrə bağlanılmış müqavilələr aşağıdakı kimidir.

“Əmirli 08/425, Əmirli 08/426, Əmirli 08/441,Şahvəlilər 08/248,Xanərəb 08/X-10,Mehdixanlı 08/414,Xan Xanımlı 08/912,Xanərəb 08/X-14,Xanərəb 08/634,Şərəfli 08/446,Həsənqaya 08/815,şərəfli 08/964,Əmirli 08/021,Hacallı 08/855,Soğanverdilər 08/337, Xanərəb 08/930,Piyadalar 08/373 reper nömrəli (cəmi 17 ədəd) subartezian quyularının quyu lülələrinin yenidən qazılması” işlərinin satın alınması üzrə “İqbal-R” MMC ilə 476.000 manat məbləğində satınalma müqaviləsi 12.06.2023-cü il tarixində;

2023-cü ildə nəzərdə tutulan “Nasos stansiyalarında hidromexaniki və elektrotexniki avadanlıqlar üçün mal-material və ehtiyat hissələrinin” satın alınması üzrə “ART-PROJE” MMC ilə 164.359,33 manat məbləğində satınalma müqaviləsi 12.06.2023-cü il tarixində;

2023-cü ildə nəzərdə tutulan “Maşın mexanizmlərə və nəqliyyat vasitələrinə tələb olunan sürtkü yağlarının” satın alınması üzrə “VNM SERVİS” MMC ilə 25.417,2 manat məbləğində satınalma müqaviləsi 12.06.2023-cü il tarixində;

2023-cü ildə nəzərdə tutulan “Torpaqqazan mexanizmlər (ekskovator, buldozer və s.) üçün ehtiyat hissələrinin” satın alınması üzrə “AVTO TEXNİKA DETALİNG” MMC ilə 34.999,98 manat məbləğində satınalma müqaviləsi 12.06.2023-cü il tarixində;

2023-cü ildə nəzərdə tutulan “Nəqliyyat vasitələri üçün tələb olunan ehtiyat hissələrinin” satın alınması üzrə “VNM SERVİS” MMC ilə 8.942,04 manat məbləğində satınalma müqaviləsi 12.06.2023-cü il tarixində;

2023-cü ildə nəzərdə tutulan “Nasos stansiyalarında, subartezian quyularında və digər qurğularda quraşdırılmış avadanlıqların cari təmir işləri üçün tələb olunan tikinti materiallarının” satın alınması üzrə “TEXNOLOG” MMC ilə 62.976,6 manat məbləğində satınalma müqaviləsi 09.06.2023-cü il tarixində;

2023-cü ildə nəzərdə tutulan “Subartezian quyularında hidromexaniki və elektrotexniki avadanlıqlar üçün mal-material və ehtiyyat hissələrinin” satın alınması üzrə “KASKAD – HİDRO M” MMC ilə 99.442,97 manat məbləğində satınalma müqaviləsi 11.05.2023-cü il tarixində;

             Burada əsas diqqət çəkən məqamlar hansılardır?

17 ədəd subartezian quyularının quyu lülələrinin yenidən qazılması işlərinin satın alınması üzrə “İqbal-R” MMC ilə bir mənbədən bağlanılan müqavilədir.”Dövlət Satınalmaları Haqqında” Qanunu görə bir mənbədən satınalma metodu satın alınan mallar yalnız hər hansı konkret malgöndərəndə və ya hər hansı konkret malgöndərən (podratçı) həmin mallar (işlər və xidmətlər) üzərində xüsusi hüquqlara malik olduqda, onların əvəzedicisi və alternativi olmadıqda tətbiq edilə bilər. Bəs görəsən “İqbal-R” MMC subartezian quyularının quyu lülələrinin yenidən qazılması üzrə xüsusi hüquqlara malikdirmi? Malikdi.

Dövlət Vergi Xidmətinin reyestr məlumatlarında “İQBAL-R” Məhdud Məsuliyyətli Cəmiyyətinin 25.02.2010-cu il tarixdə 11 saylı Ərazi Vergilər Baş İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 20 manat olan MMC-nin hüquqi ünvanının BƏRDƏ RAYONU, BƏRDƏ ŞƏHƏRİ, M.HÜSEYNZADƏ, ev 66, qanuni təmsilçisi kimi isə Zeynalov Rahim Zahid oğlu qeyd olunub.

Qeyd edək ki, MMC Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin Tikilməkdə olan meliorasiya və irriqasiya obyektlərinin birləşmiş müdiriyyəti tərəfindən respublikanın ayrı ayrı zonalarında subartezian quyularının əsaslı təmiri və yeni subartezian quyularının qazılması işlərinin satınalınması üzrə keçirdiyi onlarla tenderin qalibi olub və son üç ildə dəyəri milyonlalarla manat olan dövlət sifarişi alıb. Məsələn MMC 2020-ci ildə Ağdam rayonunda 20 quyu, Bərdə rayonunda 23 quyu, Tərtər rayonunda 21 quyu, Yevlax rayonunda 7 quyu, Şamaxı rayonunda 4 quyu, Qobustan rayonunda 2 quyu, Laçın rayonunda 2 quyunun qazılmasını həyata keçirib. Şərtlərə əsasən MMC 360.200 manata 79 yeni subartezian quyuları qazıb. Quyunun birini 4559 manata.

Bərdə rayon Suvarma Sistemləri İdarəsinin keçirdiyi tenderdə isə 17 ədəd subartezian quyularının quyu lülələrinin yenidən qazılmasına 476.000 manat ayrılıb ki, orta hesabla quyuların hər birinə 28 000 manat xərclənəcək. Bu fantastik bir qiymət deyilmi? Yeni quyuların qazılmasına 4559 manat, hazır quyuların yenidən qazılmasına 28 000 manat. Görəsən buna, bu yaxınlarda Dövlət Su Ehtiyatları Agentliyinin sədri təyin edilən, keçmiş biznesmen, gənc kadr Zaur Mikayılov necə, inanırmı?

Qeyd edək ki, “İQBAL-R” Məhdud Məsuliyyətli Cəmiyyəti Tikilməkdə olan Meliorasiya və İrriqasiya Obyektlərinin Birləşmiş Müdiriyyəti ilə Azərbaycan Respublikasının rayonlarında su təchizatının yaxşılaşdırılması məqsədilə yeni subartrzian quyularının qazılması üzrə bir satınalma müqaviləsi də 16.06.2023-cü il tarixdə bağlayıb. Müqavilənin qiyməti 2.444.250 manat təşkil edir. Bu tender də bir mənbədən satınalma üsulu ilə keçirilib. Rayonlarda nə qədər subartrzian quyularının qazılacağı bəlli deyil. Amma bu da fantastik məbləğdi. Hər quyudan nə qədər silinəcək, kim bilir?

Bərdə rayon Suvarma Sistemləri İdarəsinin satınalmalarda yol verdiyi qanunsuzluqlar bunlarla da bitmir. Dövlət satınalmalarının vahid internet portalı üzərindən apardığımız araşdırmada İdarənin Tender Komissiyası 06.02.2021- ci il tarixində 2022-ci il üzrə zəruri malların satınalma planları açıqlayıb. Satınalma planlarına E-tenderdə keçirilməsi planlaşdırılan 17 açıq tender, 4 təkliflər sorğusu daxil edilmişdir. Lakin 2022-ci il ərzində Bərdə rayon Suvarma Sistemləri İdarəsinin Tender Komissiyası dövlət satınalmalarının vahid internet portalında açıq tender və kotirovka sorğusunun keçirilməsi barədə iddiaçılara heç bir elektron dəvət elanı verməmiş, 2022-ci il ərzində keçirilmiş açıq tender və təkliflər sorğularının nəticələri barədə qanunla müəyyən olunmuş qaydada heç bir açıqlama etməmişdir. Yəni, satınalmaların heç biri qanunla müəyyən edilmiş qaydada təşkil olunmamışdır.

Beləliklə, buradan suallar yaranır. İdarənin Tender Komissiyası 2022-ci il ərzində açıq tender və kotirovka sorğusunun keçirilməsi barədə iddiaçılara heç bir elektron dəvət elanı verməmişsə il ərzində nəzərdə tutulmuş satınalma prosedurlarını necə keçirmişdir? Əgər malların və xidmətlərin satın alınması əvvəlcədən elan olunmamışsa qalib olan şirkətlər Bərdə rayon Suvarma Sistemləri İdarəsi tərəfindən keçirilməsi nəzərdə yutulan tenderlər barədə məlumatları haradan almış, tenderdə iştirak üçün necə müracət etmiş, qalib seçilmişdir? Satınalma planlarına daxil edilmiş, zəruri malların və xidmətlərin satın alınmasını Suvarma İdarəsi 2022-ci il ərzində hansı üsullarla almışdır?

Qeyd edək ki, Bərdə rayon Suvarma Sistemləri İdarəsinin Tender Komissiyası tərəfindən analoji qanun pozuntularına 2021-ci ildə də yol verilib. Belə ki, Tender Komissiyası illik satınalma planlarına daxil etdiyi mal-materialların və xidmətlərin satınalınması üzrə keçirilməsi nəzərdə tutlmuş açıq tenderlərlə bağlı qanunla müəyyən edilmiş qaydada əvvəlcədən dövlət satınalmalarının vahid internet portalında iddiaçılara heç bir dəvət elan verməmiş, tenderlərin nəticələrini ictimaiyyətə açıqlamamışdır. Dövlət satınalmalarının vahid internet portalının bazasına Bərdə rayon Suvarma Sistemləri İdarəsinin ən son yerləşdirdiyi məlumat 2019-cu ildə olub.

Göründüyü kimi Bərdə rayon Suvarma Sistemləri İdarəsinin Tender Komissiyası son iki ildə keçirilmiş bir çox açıq tenderlərin təşkilini qanunla müəyyən edilmiş qaydada həyata keçirməmiş, dövlət satınalmalarının vahid internet portalı vasitəsi ilə iddiaçılara dəvət elanı verməmiş, bağlanılan müqavilələr barədə məlumatlar açıqlamamışdır. Bu da keçirilmiş tender və təkliflər sorğusu prosedurlarında saxtakarlıq hallarına yol yerildiyinə əsaslı şübhələr yaradır.

Qeyd edək ki, Bərdə rayon Suvarma Sistemləri İdarəsinin rəisi Atamoğlan Babayevdir. Bundan əvvəl Ağcabədi rayonu Subartezian Quyularının İstismarı İdarəsinin rəisi olub. Ağcabədidə dövlət vəsaitlərini talamaqda ad çıxarıb. Bərdədəki vəzifəsinin başına isə 2022-ci ilin may ayında keçib. Göründüyü kimi qısa müddət ərzində Ağcabədidəki əməllərini Bərdədə də davam etdirir.(Aktualinfo.org)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam