Redaktor seçimi
Kənd Təsərrüfatı Nazirliyinin rəhbərliyində "soyuq" savaş - Fəda Abbasov Sərvan Cəfərovla Elçin Zeynalova qarşı -
Emin Əmrullayevin menyusuna: Göyçay şəhəri 7№-li orta məktəbin öz qanunları var –
“Veysəloğlu”nun toz basmış vitrinləri…- Şirkətin sahibi Aydın Talıbov kimdir ? -
Goranboy Rayon Mədəniyyət Sektorunda İsax Məmmədov hakimi-mütləqliyi:
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə xatırlatma:
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
Günün xəbəri

“Adın da xan, özün də xan Lənkəran” -Küçələrindən çirkab axan Lənkəran

Yenixeber.org: Ölkənin ən böyük, yüksək turizm potensiallı rayonlarından olan Lənkərana Naşirlər Assosiasiyasının kitab sərgisinə getmişdik. Hər şey gözəl idi – maraqlı kitablar, təqdimatlar, sərgiyə axın-axın gələn böyüklər, kiçiklər və ətrafda yumşaq bir bahar havası! Amma bu havada adamın burnunu cırmaqlayan xoşagəlməz iydən gizlənmək çətin idi… 

Şəkillərə baxmaq kifayətdir ki, o iyi siz də burnunuzda hiss edəsiniz: Lənkəranın mərkəzi küçələrində park, mehmanxana, teatr, restoran, yaşayış evləri və hətta hakim partiya YAP-ın öz qərargahının böyür-başı ilə çirkab suları axır. Bəzi yerlərdə burulub göllənən bu üfunətli mayeyə “su” deyirik, amma onun içində nələrin üzdüyünü təsəvvürünüzə gətirə bilərsiniz. Adamlar burada gəzişir, masa qoyub çay içir, uşaqlar burada oynaşırlar. “Çirkli realizm” janrından belə səhnələr köhnə filmləri xatırladır, ancaq təəssüf ki, kinoya baxmırsan, canlı mənzərəni seyr edirsən. Başqa ölkələrdə muzeylər təmir edən neft və milyonlar səltənətinin xan şəhəri Lənkəranda hətta Xan sarayına (indiki Tarix-diyarşünaslıq muzeyi) girmək üçün üzünü yana tutub, açıq kanalizasiya xəttinin üstündən adlamalısan! 

Səbəbini soruşanda eşitdiklərimiz daha təəccüblü idi. Bilirsiniz, burada əksəriyyət əmindir ki, şəhərdə normal kanalizasiya xəttinin olmaması nə maddiyyat, nə də, Allah eləməmiş, pis yerli idarəçilik nəticəsidir. Hamı böyük siyasi səbəb axtarır və tapır.

Nə isə, xan Lənkəranı iydən xilas etmək bizim iqtidarımızda deyildi, sərgidə isə işimizi bitirmişdik. Bir yandan da havanın 20 dərəcəyədək qızacağını deyirdilər, amma mehmanxanadan çıxmazdan əvvəl səhərin sərinliyində, hələ üfunət yayılmamış, bu şəkilləri çəkə bildik.(pressklub) 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam