Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Fəlakət var, kədər var... ümidsizlik yoxdur – Türkiyə bu gün

             “Bu, bir sınaqdır və Türkiyə bu sınaqdan üzüağ çıxacaq”

Yenixeber.org: Türkiyədə baş verən dağıdıcı zəlzələlərin acı nəticələri üzə çıxmaqda davam edir. Fevralın 6-da, ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonunda 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonunda 7,6 maqnitudalı iki zəlzələ baş verib. Güclü yeraltı təkanlardan sonra bölgədə 6,6 maqnitudayadək yüzlərlə afterşoklar qeydə alınıb.

Təbii fəlakət Türkiyə və Suriyada böyük dağıntı və minlərlə itkilərə səbəb olub. İki zəlzələ həmçinin Livan, Kipr, İraq, İsrail, İordaniya, İran və Misirdə hiss edilib.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkədə 7 günlük matəm elan edib. Bundan başqa, ölkənin zəlzələ baş verən 10 şəhərində 3 aylıq fövqəladə vəziyyət elan olunub. Bu hadisə Türkiyədə 1939-cu ildən bəri qeydə alınan ən güclü zəlzələ kimi tarixə düşüb.

Baş verən ətrafında qardaş ölkənin fikir adamları, həmçinin Türkiyədə yaşayan azərbaycanlılarla həmsöhbət lmuşuq.

ABŞ-da təhsil almış türkiyəli politoloq, professor Selman Arslanbaş:

“Türkiyə dərin hüzn içərisindədir. Prezident Rəcəb Tayyib Ərdoğanın sərəncamı ilə Türkiyədə 7 günlük matəm elan olunub. Zəlzələnin baş verdiyi şəhərlərdə isə 3 aylıq fövaqəladə vəziyyət elan edilib. Bütün Türkiyənin ürəyi zəlzələnin baş verdiyi ərazilərdə döyünür.

Bütün Türkiyə, eləcə də Şimali Kipr, Azərbaycan və digər qardaş dövlətlər birləşib, zəlzələnin doğurduğu faciənin fəsadlarının aradan qaldırılmasına çalışır. Təkcə Kahramanmaraş və zəlzələnin baş verdiyi ərazilərdə deyil, bütün Türkiyədə kədər hökm sürür.

İstanbul seysmik zona olduğu üçün bu panika bu mərkəzi şəhərdə də hiss olunmaqdadır. İnsanlar bütün səylərini zəlzələnin nəticələrinin aradan qaldırılmasına, bacı və qardaşlarımızın xilas olmasına yönəldir. Ölkə dərin kədər içərisində olsa da, iqtisadi böhran hiss olunmur. Türkiyədə həyat matəm içində, ancaq ənənəvi qaydada davam edir”.

Türkiyənin “MEDİSTANBUL” xəstəxanasının direktoru Murat Deste:

“Hamı bir nəfər kimi bu faciənin aradan qaldırılmasına çalışır. Dövlət və özəl klinikalar yeraltı təkanların nəticəsində xəsarət almış soydaşlarımızın müalicəsi məqsədilə səfərbər olunub.

Azərbaycandan, Şimail Kiprdən və digər qardaş dövlətlərdən dəstək gəlməkdədir. Hesab edirəm ki, bu zəlzələ türk dünyasının birliyini bir daha bütün dünyaya nümayiş etdirdi.

Vəziyyət yaxşı deyil. Bütün Türkiyə kədər içərisindədir. Ölkədə rəsmi matəm elan olunub. Sosial statusundan asılı olmayaraq, hər kəs zəlzələ qurbanlarına yardım etməyə çalışır. Ürək dağlayan bir mənzərədir.

Türkiyə tarixində ən dağıntılı yeraltı təkanlardan biridir. Əhali təşviş içərisindədir. Bütün diqqət Kahramanmaraş və digər şəhərlərdə acınacaqlı durumda olan soydaşlarımızın xilasına yönəlib. Əminəm ki, Türkiyə bu sınaqdan da üzüağ çıxacaq”.

Türkiyədə yaşayan gənc azərbaycanlı sahibkar Mikayıl Mirzəzadə:

“Türkiyədə baş verən zəlzələdən sonra əhali müxtəlif qruplar şəklində təşkilatlanıb. Burada məqsəd zəlzələdən zərər çəkənlərə maddi yardımlar etmək, müxtəlif formalarda onlara dəstək olmaqdır. Türkiyədə yaşayan soydaşlarımız da bu prosesdə yaxından iştirak edirlər.

Məlumdur ki, bu gün Türkiyədə onmilərlə azərbaycanlı tələbə təhsil alır. Onların arasında da koordinasiya mövcuddur. Zəlzələ qurbanlarına yardım etmək üçün azərbaycanlı gənclər səfərbər olunublar. Eyni zamanda, Azərbaycandan da dəstək gəlməkdədir.

Çox təsirli anlardır və bütün Türkiyə, Azərbaycan dərin qəhər içərisindədir. Türkiyədə maarifləndirmə işləri aparılır ki, əhali arasında təşviş yaranmasın. Çünki belə fors-major vəziyyətlərdə yenidən zəlzələnin olacağına dair şayiələr buraxılır.

Rusiyada səfərbərlik elan olunanda ruslar kütləvi şəkildə ölkəsini tərk etdilər. Türklər isə heç yerə getmirlər. Bu, türkün böyüklüyünü göstərir. Biz türk olduğumuza görə, fəxr edirik”.

Hazırda Türkiyədə olan soydaşımız Ramin Murtuzayev:

“Türkiyəyə gələndən bir gün sonra bu hadisə baş verdi. Bir neçə günə Bakıya geri dönəcəyəm. Bütün Türkiyə ayaqdadır. Rəsmi matəm elan olunub və bütün əyləncə mərkəzləri fəaliyyətini dayandırıb. Hətta, bu qərar olmasaydı belə, əhali əyləncəli yerlərə getməyəcəkdi.

Sözün bütün mənalarında həmrəylik hiss olunur. Əhali kiçik qruplar halında yardımlar toplayır, zəlzələ qurbanlarına yardımlar göndərir. Burada yaşayan azərbaycanlılar da dəstək kampaniyalarında fəal iştirak edirlər.

Lakin heç bir iqtisadi böhran və gərginlik yoxdur. Sadəcə bu faciəyə görə əhval-ruhiyyə aşağıdır. Müəyyən qədər də təşviş var. Bu, bir sınaqdır və Türkiyə bu sınaqdan da üzüağ çıxacaq.

Çox təəssüf ki, belə bir faciə yaşandı. Hər kəs yardım üçün zəlzələnin baş verdiyi bölgəyə getmək istəyir. Lakin bunlar sistemli şəkildə həyata keçirilir və Türkiyə hökuməti bu prosesi peşəkar formada tənzimləyir”.(AYNA)

Azər Niftiyev

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam