Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Nazirlikdən etiraz edən qazilərlə bağlı AÇIQLAMA -FOTO

 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi qazilərin əlilliyin təyinatı ilə bağlı narazılığına münasibət bildirib. 

Yenixeber.org: Qurumun İctimaiyyətlə Əlaqələr Şöbəsindən bildirilib ki, Vətən müharibəsi iştirakçılarının müraciətlərinə nazirlik tərəfindən daim xüsusi qayğı və həssaslıqla yanaşılır:

“Bu gün nazirliyə müraciət edən bir qrup müharibə iştirakçısı da nazirliyin rəhbər vəzifəli şəxsləri tərəfindən diqqətlə dinlənilib. Onların müraciətləri əlilliyin qiymətləndirilməsi məsələləri ilə bağlı olub. Hər bir müraciət qeydiyyata alınıb və araşdırılaraq nəticəsinə uyğun tədbirlər görüləcək.

Qəbul zamanı bildirilib ki, Vətən müharibəsində yaralanmış və müalicə müddəti bitmiş hərbi qulluqçuların əlilliyinin qiymətləndirilməsi üçün aidiyyəti qurumlarla birgə işlər davam etdirilir. Həmin hərbçilərdən artıq 3 min nəfərə ölkəmizin ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik və müvafiq sosial ödənişlər təyin edilib. 

Təqdim edilən göndəriş və şəhadətnamədə əksini tapan diaqnoz, eləcə də hazırkı sağlamlıq vəziyyəti əlillik təyinatına əsas yaradan hər bir şəxsə müvafiq əlillik dərəcəsi təyin edilir”.

“Onu da bildirək ki, müraciət edən müharibə iştirakçılarından bəziləri nazirliyin qəbul şöbəsində təhdidedici hərəkətlər edərək, buradakı kompüter avadanlıqlarını, giriş qapısını, turniketi sındırıb, dövlət əmlakına ziyan vurublar. Bununla əlaqədar da tədbirlər görüləcək. Gələnlərin bir çoxunun da əlilliyi daha öncədən təyin edilib”, - deyə qeyd edilib.

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam