Redaktor seçimi
Sahib Məmmədovun "islahatları" AHİK-nı borca salıb -
Jurnalistika problemi və ya məsələ təkcə qəzetlər deyil -
Vüqar Gülməmmədovun qayınatasının qoçu şirkəti: Olympus Park-a gözün üstdə qaşın var deyən tapılacaqmı? -
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Günün xəbəri

Kür cana gəldi…-Çayın quruması dayandı, suyun səviyyəsi 25 sm artıb

                   Kür çayının Salyan rayonundan keçən hissəsində suyun səviyyəsi artıb.

Yenixeber.org: Bu barədə rayon sakinləri məlumat verib.

Sakinlər bildiriblər ki, onlar bir müddət əvvəl Kürün rayon ərazisindən keçən hissəsində çayın suyunun tamamilə quruduğunun şahidi olublar: “Kürün Salyan rayonu ərazisindən keçən hissəsində çayın suyu tamamilə qurumuşdu. Çayın quruması isə rayon ərazisində su böhranı yaratmışdı. Martın 16-dan başlayaraq çayın qurumuş hissəsində suyun səviyyəsi qalxaraq 20-25 santimetrə qədər artıb”.

Sakinlər suyun artmasını müxtəlif amillərlə izah ediblər.

Kürün Salyan hissəsində suyun səviyyəsinin artması ilə bağlı məsələyə Milli Hidrometeorologiya Xidmətinin rəis müavini Rafiq Verdiyev aydınlıq gətirib.

O, bildirib ki, Kürün sözügedən hissəsində suyun səviyyəsinin qalxmasının əsas səbəbi Mingəçevir su anbarıdır: “Düzdür son günlər ölkə ərazisində yağan intensiv yağışlar da suyun səviyyəsinin artmasına səbəb olur. Lakin həmin ərazidə suyun səviyyəsinin qalxması, anbardan buraxılan suyun həcminin 95 kubmetr/saniyəyə çatdırılmasıdır”.(pressklub)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam