Redaktor seçimi
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin şübhəli qrantları seriyasından... - 
Məhəmməd Musayev Saleh Məmmədovu necə aldadır? -
Gəncə Dövlət Universitetində baş verənlər şok edir...  Rektor Yusif Yusibovun adı ağır cinayət iddialarında: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi media təşkilatı adı ilə “piy” əridir - 
QHT-lərə Dövlət Agentliyindən Nazirlər Kabinetinə sayqısızlıq -
“Zulu Shipping” dosyesində adı keçən İsmayıl Qasımov kimdir? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi ifşa olunur: reklam təşkilatının nikah layihəsinə dəstək -
Günün xəbəri

Rafiq Cəlilov qaydaları belə pozdu... - Guya yoxlama aparırmış.../FOTOLAR

Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilovun Cəlilabad şəhərində fəaliyyət göstərən 8 saylı körpələr evi-uşaq bağçasına ayaqqabı ilə daxil olması müzakirələrə səbəb olub.
Yenixeber.org Pandemiya ilə əlaqədar xüsusi karantin rejiminin tələblərinə, bağçalarda təmizlik və dezinfeksiya işlərinin aparılmasının, tibbi maskadan istifadəyə, hər gün işçi heyətinin və uşaqların temperaturunun ölçülməsinə, sanitar-gigiyena qaydalarına ciddi şəkildə əməl edilməsinin, ərzaqların keyfiyyətinə diqqətin artırılmasının vacibliyini qeyd edən icra başçısı bununla bağlı aidiyyatı üzrə tapşırıqlarını verib.
Amma Rafiq Cəlilov verdiyi tapşırıqları elə 8 saylı körpələr evi-uşaq bağçasında özü pozub. Belə ki, icra başçısı müavinləri ilə bağçaya gedib. Onlar ayaqqabı ilə uşaq otaqlarına daxil olub. Hətta uşaqların gəzdiyi xalçanın üzərinə də ayaqqabı ilə çıxıb.
Bağçanın müdirəsi çəkələklə gəzdiyi halda, onlar ayaqqabı ilə mətbəxə də daxil olublar.
Rafiq Cəlilov 8 saylı uşaq bağçasında etdiyi səhvi həmin gün getdiyi Cəlilabad şəhər 10 saylı körpələr evi-uşaq bağçasında təkrarlamayıb. O, müavinləri ilə birgə 10 saylı uşaq bağçasında keçirilən Yeni il şənliyində iştirak edib. Bu dəfə onlar bağçaya ayaqqabılarının üzərinə selofan paket keçirməklə daxil olublar.(qaynarinfo)

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam