Redaktor seçimi
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Təhməzlilərin "6-cı mərtəbə"sində çirlki pullar belə yuyulur -
Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki ekoloji fəlakət yaradır-
Heydərovların “London macərası” başa çatdı – 
Qadının evini başına uçuran “Melissa Group” tikinti şirkəti kimindir? -
Deputatlığa namizəd olmuş “Emil Daymond” kimi tanınan Emil Məmmədov əslində kimdir? -
Günün xəbəri

“Qara-Qum Holdinq” MMC-nin vergi maxinasiyası-DE-FAKTO

 

“Qara-Qum Holdinq” MMC-nin vergi maxinasiyası

Yenixeber.org: Xatırladaq ki, 2018-ci ilin avqust ayında Baş prokuroluq bir neçə iş adamının həbsi barədə məlumat yaymışdı. Həmin vaxt ekoloji qanun pozuntularına yol verən, daha doğrusu qum-çınqıl yataqlarının qanunsuz istismarını həyata keçirib ətraf mühitə zərbə vuranlar həbs edildi. Bu məsələ həmin ilin iyun ayında Göyçay çayının üzərindəki körpünün dayaqlarının çay yatağında qanunsuz qum-çınqıl hasilatı nəticəsində qazılması, nəticədə sel sularının körpünü uçurmasından sonra aktuallaşmışdı. Həmin vaxtdan başlayaraq bir neçə şirkət rəhbəri və vəzifəli şəxslər tutuldu. Bu işlər üzrə aparılan istintaq zamanı sahibkarlar tərəfindən dağ-mədən obyektlərinin istismarı zamanı ətraf mühitin qorunması qaydalarına riayət olunmaması, müvafiq icra hakimiyyəti orqanından lisenziya almalı olduğu halda, buna əməl edilməməsi, eləcə də lisenziyalaşma şərtlərini pozmaqla qanunsuz sahibkarlıq fəaliyyətlərini davam etdirmələri, vəzifə səlahiyyətlərindən sui-istifadə kimi əməllərini törətmələrinə əsaslı şübhələr müəyyən edildiyindən “Avro-Asiya İnşaat Korporasiyası Evrascon” ASC-nin rəhbəri Manaf Şirinov, “Titanik-5” MMC-nin rəhbəri Şahin Məmmədov, “Azvirt” MMC-nin iş icraçısı vəzifəli şəxsi İbrahim Quluyev, “Alyans” MMC-nin rəhbəri Nəriman Yəhyayev, “Gülövşə” MMC-nin rəhbəri Mahir Allahverdiyev və “Qara-Qum Holdinq” MMC-nin rəhbəri Yasif Ağayevə Cinayət Məcəlləsinin qeyd edilən maddələri ilə ittiham elan edilərək, Mahir Allahverdiyev barəsində polisin nəzarəti altına vermə, digər təqsirləndirilən şəxslər barəsində isə məhkəmənin qərarları ilə həbs qətimkan tədbiri seçilmişdi. Qeyd olunan cinayət işləri üzrə qanunsuz sahibkarlıq fəaliyyəti nəticəsində dövlətə və təbiətə 2,7 milyon manat məbləğində maddi ziyan vurulması, habelə 182 min manat məbləğində vergidən yayınma halları müəyyən edilmiş və istintaq zamanı dəymiş ziyanın tam ödətdirilməsi təmin edilməklə cinayət işləri baxılması üçün aidiyyəti məhkəmələrə göndərilmişdi.
Bu xatırlatmanı ona görə etdik ki, bu şirkətlərdən biri yenə öz qanunsuz əməllərindən qalmır. “Qara-Qum Holdinq” MMC-nin rəhbəri Yasif Ağayev indi də dövləti aldatmaqda davam edir. Belə ki, 8 saylı Ərazi Vergilər İdarəsi tərəfindən MMC-yə yazılmış 400.000 manatlıq cəriməni müxtəlif maxinasiyalarla öz şəxsi vəkilinin əli ilə sildirmək istəyir. Görünür o, öz köhnə əməllərini davam etdirməklə cəzasız qalacağına ümid edir və yaxud da çəkdiyi cəza yüngül olub deyə belə hərəkət edir. Ümidvarıq ki, bu yazımızdan sonra əlaqədar orqanlar lazımi tədbirlər görəcəkdir.
Mövzuya qayıdacağıq və qarşı tərəfi də dinləməyə hazırıq.(aktualxeber.az)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam