Redaktor seçimi
Sahib Məmmədovun "islahatları" AHİK-nı borca salıb -
Jurnalistika problemi və ya məsələ təkcə qəzetlər deyil -
Vüqar Gülməmmədovun qayınatasının qoçu şirkəti: Olympus Park-a gözün üstdə qaşın var deyən tapılacaqmı? -
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Günün xəbəri

Xətai icra hakimiyyətindən şübhəli tender -Şirkət yaranmamış necə fəaliyyət göstərib?

Xətai Rayon Mənzil Kommunal Təsərrüfat Birliyi (MKTB) yumşaq inventar və xüsusi geyimlərin satın alınması üzrə elan etdiyi müsabiqənin qalibini açıqlayıb. 

Yenixeber.org: Qalib şirkət “Koneks Consturction” MMC-dir. Satınalma müqaviləsinin maliyyə dəyəri 80 499.6 AZN-dir.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarında “Koneks Construction” MMC-nin 27 noyabr 2019-cu ildə qeydiyyata alındığı göstərilir. Şirkətin nizamnamə kapitalı 10 AZN-dir. Hüquqi ünvanı Bakı şəhəri Binəqədi rayonu, Səttar Bəhlulzadə küçəsi, ev 39, mənzil 29-da yerləşən MMC-nin qanuni təmsilçisi Osmanlı Vahid Cuma oğludur. 

Açıq mənbələrdə Vahid Osmanlı barəsində hər hansı məlumat yoxdur. “Koneks Constructions” MMC-yə gəlincə, şirkət bundan əvvəl də tenderlərdə iştirak edib. 

MMC 25 fevral 2021-ci il tarixdə Bakı Dövlət Universiteti ilə 172 601.81 AZN,  martın 12-də 155 257.04 AZN, may ayında isə Nəsimi rayon MKTB ilə 202 379. 50 AZN dəyərində satınalma müaviləsi imzalayıb. Mediada gedən məlumatlara görə, həmin vaxt şirkətin 904 AZN vergi borcu olub. “Dövlət Satınalmaları haqqında” qanun vergi borcu olan şirkətlərin tenderlərdə iştirakını qadağan edir. Amma hansısa səbəbdən bu qanun “Koneks Construction” MMC-yə aid edilməyib. 

Açıq mənbələrdə qeyd edilir ki, şirkət 2016-cı ildən tikinti sektorunda fəaliyyət göstərir. Təsərrüfat malları, dəftərxana ləvazimatları, xüsusi geyimlərin satışı ilə məşğul olan və 2019-cu ildə yaradıldığı qeyd edilən şirkətin 2016-cı ildən inşaat sektorunda necə fəaliyyətdə olması maraq doğurur.(hit.az) 

VÜQAR


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam