Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Nazirlik Aparat rəhbərinə yaxın şirkətə 5 milyonluq tender verdi-DE-FAKTO

Nazirlik Aparat rəhbərinə yaxın şirkətə 5 milyonluq tender verdi

 

Təhsil Nazirliyi nəzdində Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsi "AzEduNet” MMC ilə maliyyə dəyəri 4 999 999.01 AZN təşkil edən satınalma müqaviləsi imzalayıb. 

Yenixeber.org: Müqavilədə ümumtəhsil məktəblərinin yüksək sürətli internet şəbəkəsinə qoşulması, pandemiya dövründə şagirdlərin təhsilə cəlb olunmasını təmin etmək məqsədilə distant təhsilin təşkili ilə əlaqədar məktəblərin fiberoptik kabellə internətə qoşulması nəzərdə tutulur.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarında göstərilir ki, "AzEduNet” MMC 14 dekabr 2007-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 6 340 000 AZN olan şirkətin hüquqi ünvanı Bakı şəhəri Yasamal rayonu, Məhəmməd İbn Hinduşah Naxçivani küçəsi, ev 22, mənzil 49-da yerləşir. MMC-nin qanuni təmsilçisi Yəhyayev Natiq Rza oğludur. 
Mediada yayılan məlumatlara görə, "AzEduNet” MMC Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin sabiq rəisi, hazırda Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Aparat rəhbəri vəzifəsində çalışan Samir Məmmədova yaxın şirkətdir. MMC-nin təsisçiləri Haciyev Fuad Bəyalı oğlu və  Həsənov Heydər Elmar oğludur. "AzEduNet”in qanuni təmsilçisi Natiq Yəhyayev həm də MMC-nin direktoru vəzifəsini daşıyır. 
Samir Məmmədov Təhsil Nazirliyində idarə rəisi vəzifəsində çalışarkən "AzEduNet” MMC ilə maliyyə dəyəri milyonlarla manatla ölçülən müqavilələr imzalanıb. Bu barədə internet resurslarında çoxsaylı materiallara rast gəlmək mümkündür.(Qaynarinfo )
Seyid

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam